Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Varisi olmayan məqtul [Qan sahibləri]

Sual : Varisi olmayan şəxsin qatili (qəsdən adam öldürmə halında) edam olunmalıdır?
Cavab: Belə hallarda qan sahibi İmam və şəri hakimdir.

Qatilin qisas hökmündən bixəbərliyi [Qisasın hökmləri]

Sual : Qatil hökmü bilmədiyini və qəsdən adam öldürmənin cəzasının qisas olduğundan xəbərsiz olduğunu iddia etsə, bu iddia da məhkəmənin rəyinə görə həqiqətə yaxın sayılsa və doğru olması ehtimalı da mövcud olsa, qisas hökmünü tətbiq etməkdə təsiri olacaqmı?
Cavab: Qisas hökmünü bilməməyin qisas hökmünü icra edib-etməməkdə heç bir təsiri yoxdur.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni [Qisasın hökmləri]

Sual : Bir şəxs başqası ilə dalaşarkən onu elə yaralamışdır ki, bu kimi yaralar adətən öldürücü deyil – həkimə müraciət etməklə, müalicə olunmaqla sağalır. (Məsələn, onun bir barmağını qırmışdır.) Lakin zərərçəkən qəsdən həkimə müraciət etməmiş və müalicə olunmamışdır. (Yoxsulluq üzündən, müalicə xərclərinə gücü çatmadığından, laqeydlik və səhlənkarlıq üzündən və ya inadkarlıqdan da ola bilər.) Nəticədə yarada çürümə (infeksiya) baş vermiş və bədənin digər yerlərinə keçərək zərərçəkənin ölümünə səbəb olmuşdur. Bunları nəzərə almaqla sual budur ki, sözü gedən qətl hadisəsi qəsdən adam öldürmə sayılır və ondan qisas alınmalıdır, yainki, öldürmək məqsədilə vurmadığına görə ehtiyatsızlıq üzündən qətl sayılır? Yaxud da ümumiyyətlə qətl hadisəsi ona aid edilmir və o, sadəcə yetirdiyi xəsarətə uyğun olaraq dəyən zərəri ödəməyə və ya diyə verməyə məhkum olunmalıdır?
Cavab: Sualda fərz olunanlara əsasən, xəsarət yetirən şəxs qəsdən bunu etdiyi təqdirdə üzv qisasından əlavə, səhvən etdiyi təqdirdə isə üzvün diyəsindən əlavə nə isə ödəməyə zamin deyil.

Əmr sahibinin qatildən qisas alınması ilə bağlı izni [Qisasın hökmləri]

Sual : Qatildən qisas almaq üçün vəliyyi-əmr və ya onun nümayəndəsinin icazəsinə ehtiyac varmı? Bu icazə verilmədiyi təqdirdə qatillə əlaqədar vəzifə nədir? İcazə verilən zamana qədər, hətta on illər keçsə belə, qatil həbsdə qalmalıdır, yoxsa dərhal azad olunmalıdır? İkinci halda hansı formada təzminat alınmalıdır?
Cavab: Vəliyyi-əmrin icazəsi lazım deyil. Qazının çıxardığı hökm kifayətdir. Qazı olmasa, möminlər içində adil olan şəxslər şəri hakimin əvəzinə izn verə bilər. Şəri hakim icazə versə, amma qan sahibi razı olmasa, ona son xəbərdarlıq ediləcəkdir ki, ya qisas alsın ya da qatilin razı olduğu təqdirdə diyə alsın. Əgər bunların heç birinə razı olmasa, vəzifə aydın olana kimi vəsiqə (təzminat) təqdim etməklə qatili azad etmək olar.

Qətldə şübhəli bilinən şəxsdən qisas almaq [Qisasın hökmləri]

Sual : Bir şəxs iki kalaşnikov gülləsi ilə qətlə yetirilmişdir. Qətldə şübhəli bilinən şəxslər dörd nəfərdir. Onlardan üçünün əlində kalaşnikov tipli avtomat silah olsa da hal-hazırda aradan çıxıb gizlənmişlər. Lakin yaxalanan birinin əlində brunov tipli silah tutulmuşdur. Belə olduqda qan sahibləri dördüncü şəxsdən qisas alınmasını tələb edə bilərlərmi? Ümumiyyətlə, burada hansı növ hökm verilməlidir?
Cavab: Şəriət qanunlarına əsasən onun qətl törətdiyi sübut olunmasa, ondan qisas almağa haqları yoxdur.

Ərlə arvadın qan sahibləri [Qan sahibləri]

Sual : Ər və ya arvad qətlə yetirilmişdir və biri-birindən savayı varisləri yoxdur. Bunu nəzərə almaqla aşağıdakı suallara cavab verin: 1) Onlar biri digərinin qan sahibləridirmi? 2) Qatildən diyə almaq haqları varmı? 3) Onların birinin qətlindən sonra digərinin razılıq verməsi (şikayət etməməsi) qatildən qisas alınmasının qarşısını alacaqdırmı?
Cavab: Ərlə arvadın qarşılıqlı olaraq bir-birlərinin qatilindən qisas almaq hüquqları yoxdur. Lakin onlara diyədən pay çatır.

Qatilin qisasdan sonra dirilməsi [Qisasın hökmləri]

Sual : Bir şəxs qisasa məhkum edilir və can qisası adı ilə edam olunur. Tibbi ekspert onun dünyadan getməsinə dair rəy verir. Amma o, ölüxanada ayılıb özünə gəlir, bu halda: 1) Qisas hökmü öz qüvvəsində qalır, yoxsa qüvvədən düşür? 2) Qisas öz qüvvəsində qalırsa, birinci dəfə dar ağacından asmanın diyəsi cinayətkar şəxsə verilməlidirmi? 3) Diyə ödəmək kimin öhdəsinə düşür? 4) Diyənin ödənmə möhləti nə qədərdir?
Cavab: Qisas hökmü öz qüvvəsində qalır və qan sahibləri onu tələb edə bilərlər. 2 və 3) Əgər cani zədələnsə, üzvü qüsurlu şəklə düşsə və ya digər formada zərər çəksə, ehtiyat vacib budur ki, onun diyəsi beytul-maldan ödənilsin. Bu, o halda ola bilər ki, hökm qazı və onun məmurları tərəfindən icra olunsun və hökmün icrasında heç bir laqeydlik və səhlənkarlıq baş verməsin. 5) Digər diyələr kimidir.

Azyaşlı qəyyum həddi-buluğa çatana kimi qatilin həbsdə qalması [Qan sahibləri]

Sual : Uşağın sahibinin (vəlisinin) qisas almağa haqqı olmadığını və uşağın həddi-buluğa çatmasına hələ çox qaldığını fərz etsək, uşaq həddi-buluğa çatıb özü bir qərara gələnə qədər qatili həbs etmək olarmı? Ümumiyyətlə, uşağın həddi-buluğ yaşına qədər çəkən zamanın qisas tələbi ilə əlaqəsi varmı?
Cavab: Zaman uzun çəkərsə, cinayət işlətmiş şəxsi kafi (qaneedici) vəsiqə (sənəd) almaqla azad etmək lazımdır.

Qəyyumun qisas və əfvlə bağlı ixtiyarları [Qan sahibləri]

Sual : Qan sahibləri hamılıqla uşaq (səğir) və ya ruhi xəstə olsalar, başçı və ya qəyyumlarının onların tərəfindən qisas tələb etməyə və ya əfv etməyə haqları varmı?
Cavab: Qisas və ya əfv etmək hüququnu sübut etmək çətindir. Yalnız bir halda ola bilər ki, uşaqların məsləhəti qəti şəkildə bunu tələb etsin.

Qan qəyyumlarının bəzisinin azyaşlı olması [Qan sahibləri]

Sual : Qisas hökmü mürəkkəb (hissələrə bölünə bilən) hökmdürsə, qan sahiblərinin bəzisi aqil və həddi-buluğa çatmış, bəzisi isə ruhi xəstə və azyaşlı (səğir) olsa, məsələni necə həll etmək mümkündür? Diqqət etmək lazımdır ki, qisas və yaxud əfv hallarında qan sahiblərinin bəzisi azyaşlı və geri zəkalı olduqlarına görə qisas almaq və ya əfv etmək hüququna malik deyillər.
Cavab: Böyüklər qisas almaq istəsə, azyaşlıların səhmlərini onların sahib (vəli) və ya qəyyumlarına ödəməlidirlər.

Qan qəyyumlarının əfv, diyə və qisasla bağlı ixtilafları [Qan sahibləri]

Sual : Fərz edək ki, qisas inhilali hüquqdur və qan sahibləri hamılıqla aqildirlər və həddi-buluğ yaşına çatmışlar. Onlardan bəziləri qisas alınmasını, bəziləri diyə almağı tələb edirlər. Bəziləri isə əfv etmək qərarına gəlirlər. Bu halda məsələnin hökmü necə olacaqdır?
Cavab: Onlardan bəzisi diyə almaq istəsə, qalanlarının diyə səhmlərini ödəməklə qisas almağa haqqı var. Əgər bəziləri əfv etsələr qalanlarının qisas haqları var. Amma gərək diyə səhmini caninin özünə və varislərinə ödəsinlər.

Qisas haqqının mürəkkəb olması [Qisasın hökmləri]

Sual : Qisas inhilali (bir neçə hissəyə və haqqa ayrıla bilən) və mürəkkəb (bir neçə hissədən tərkib tapmış) hüquqdur, yoxsa qeyri-inhilali və bəsit?
Cavab: Qan sahibləri birlikdə qisas barəsində tədbir görməli və yaxud başqa bir şəxsi bu işi yerinə yetirmək üçün vəkil tutmalıdırlar. Əgər onlardan biri digərlərinin icazəsi olmadan qisas alarsa, haram bir iş görmüşdür və digərlərinin hissəsini (səhmini) verməlidir.

Vələdüzzinanı öldürdüyünə görə müsəlman şəxsdən qisas alınması [Qisasın hökmləri]

Sual : Müsəlman bir şəxs, müsəlman vələdüz-zinanı (şəriətə görə qeyri-qanuni yolla dünyaya gəlmişi) qətlə yetirsə, ondan qisas alınırmı?
Cavab: Qisas alınır.

Qisasa məhkum edilmiş qatilin qüsl və kəfəni [Meyit qüslünün hökmləri]

Sual : Can qisasına (edama) məhkum olunmuş şəxsi qisasdan öncə hazırlamaq (qüsl verib kəfənləmək) lazımdır, yoxsa qüsl və kəfəni qisasdan sonra da yerinə yetirməyin maneəsi yoxdur?
Cavab: Öncədən olması lazımdır.

Kəsilmiş üzvün yerinə tikildiyi təqdirdə qisas [Qisasın hökmləri]

Sual : Bir şəxs başqasının barmağını və ya əlini qəsdən kəssə və zərərçəkən özünü dərhal tibb məntəqəsinə çatdırıb kəsilmiş üzvünü cərrahiyyə əməliyyatı ilə yerinə qaytarsa və sağalsa, zərərçəkənin qisas almağa haqqı varmı?
Cavab: Qisas almağa haqqı var. Lakin ikincinin də öz barmağını cərrahiyyə ilə yerinə qaytarmağa haqqı var.

Birinin hücum etdiyini sanıb onu qətlə yetirmək [Oğrunu və hücum edəni öldürmək]

Sual : Əgər bir şəxs qarşı tərəfin hücum edəcəyini güman edib ona tərəf atəş açsa və onun qətlə yetirsə, bunun qisası varmı?
Cavab: Qatil qarşı tərəfin təcavüzkar şəxs olduğunu (hücum etdiyini) güman edib atəş açsa, qisası yoxdur, amma diyə verməlidir.

Qisas haqqının xüsusi və ya ümumi olması [Qisasın müxtəlif məsələləri]

Sual : İslamda adam öldürmə ümumi (ictimai) xarakter daşıyır, yoxsa xüsusi (şəxsi)? Qan sahibləri (qəyyum) əfv edərsə şəri hakim müxtəlif təzirlər (yüngül cəza növləri) nəzərdə tuta bilərmi?
Cavab: İslam dinində adam öldürmə xüsusi xarakter daşıyır. Qan sahiblərinin əfv etməsi ilə qisas hökmü qüvvədən düşür. Amma bu işin (əfvin) təkrarı ictimaiyyət arasında müəyyən mənfi təsirlər qoyarsa, ictimai asayişi, nizam-intizamı pozarsa, məsələ ümumi xarakter alacaq və ikinci dərəcəli hökmlər meydana gələcəkdir. Yalnız sualda qeyd olunan formada deyil, şəhərlərdə, kəndlərdə baş verən buna oxşar hallarda da şəriət hakimi nizam-intizamın qorunmasında müqəddimə kimi münasib təzirlərdən istifadə edə bilər. Bu məsələni şəriətdə şəxsi xarakter daşıyan digər hallara da aid etmək və problemin ümumi xarakter aldığı vaxt, təzirlərdən istifadə etmək olar. Bunu da qeyd etmək lazımdır ki, mövzunu ayırd etmək şəri hakimin öhdəsindədir. Bəzən belə məsələlərdə təcrübəli ekspertlərin də rəyini öyrənmək lazım gəlir.

Üzvlərə xəsarətlə bağlı qəsamə [Lövs və qəsamə]

Sual : Bədən üzvləri ilə bağlı qisas qəsamə ilə sübut oluna bilərmi?
Cavab: Bədən üzvlərinə yetirilən xəsarəti sübut etmək üçün qəsamədən istifadə etmək olar, amma bu yolla qisas yox, yalnız diyə sübuta yetir.

Qətli iddia edənlərin bilmədən and içməsi [Lövs və qəsamə]

Sual : Bir sinifdə təhsil alan 12 yaşlı iki oğlan uşağı məktəb saatı çatmazdan öncə çaya tərəf getmiş və onlardan bir çayda batmışdır. Suda batan uşağın qəyyumları iddia edirlər ki, yoldaşı onu çaya itələmiş və o, çaya düşüb suda batmışdır. Lakin ittiham olunan şəxs hadisəni inkar edir. Bu barədə heç bir bəyyinə (sübut) də yoxdur. Hətta onun yaşıdları olan uşaqlar arasında da hadisədən xəbəri olan yoxdur. Yuxarıda deyilənləri nəzərə almaqla, sual budur ki, iş and içməyə gəlib çıxarsa, kim and içməlidir? Bu məsələnin həlli üçün başqa bir yol varmı?
Cavab: Sualda qeyd olunduğu kimi, hadisənin şahidi yoxdur. Qəsamənin andlarında yəqin lazımi şərtdir. İddia edən şəxsin və ya şəxslərin and içməsinin məsələdə heç bir təsiri yoxdur. Cinayəti sübut etmək üçün heç bir dəlil-sübut olmadığından, ittiham olunan şəxs bəraət alır və ehtiyat budur ki, uşaq and içsin.

Qəsamənin əleyhinə iqrar [Lövs və qəsamə]

Sual : 1268. Bir şəxs qəsamə * mərasimində qisasa məhkum olunmuşdur. İcra mərhələsində (qəti hökm çıxarılandan sonra) məhkum olunmuş şəxsin oğlu zərərçəkənin qəsdən öldürüldüyünü iqrar edir. Belə olduqda vəzifə nədir?
Cavab: Bu məsələni bir neçə şəkildə təsəvvür etmək olar: 1) Bu şəxsin (iddia edənin) özü qəsamənin bir hissəsidir və bu halda sonrakı iqrara əsasən əməl etmək (ölçü götürmək) olmaz. Bu iqrar yalnız iddia edən şəxs özünü təkzib edəndən sonra qəbul oluna bilər. 2) Onun özü qəsamənin hissəsi deyil və onun şəxsən andını qəbul etmək lazım deyil. İddia qəti olsa belə, özünü təkzib etməsə onun iqrarına etina etmək olmaz. 3) Onun iddiası gümana əsaslanır. Bu halda qəsamənin tələbinə əməl etməklə iqrarın tələbinə əməl etmək arasında ixtiyar sahibidir. Lakin hüquqi məsələlərdə güman əsasında olan iddianı qəbul etmək olmaz. Nəticə budur ki, özünü təkzib etməsə, iqrara əməl edə bilməz. * Hal şahidlərinin məhkəmədə xüsusi şərtlərlə and içmələri

Qisasın diyəyə çevrilməsi [Qisasın hökmləri]

Sual : Bədənə vurulan xəsarətə (yaraya) görə qisas hökmü verilir. Tibbi ekspert yaranın uzunluğunu və dərinliyini təyin edəndən sonra cinayətkarla zərərçəkən arasında arıqlıq və köklük baxımından fərqlər meydana çıxır. Məsələn, 3 sm dərinlikdə bıçaq yarası köklüyünə görə zərərçəkən üçün o qədər də təhlükəli olmamışdır. Amma cinayətkardan qisas almaq üçün onun bədənini həmin dərinlikdə yaralasalar, arıq olduğuna görə onun üçün hətta ölüm təhlükəsi yarada bilərsə. Bu halda vəzifə nədir? Qisası diyə ilə dəyişmək lazımdırmı? Onlar arasında razılaşma olmasa, vəzifə nədir?
Cavab: Bu məsələni bir neçə şəkildə təsəvvür etmək mümkündür: 1) Qisasda yaranın uzunluğuna, eninə və dərinliyinə riayət etməklə cinayətkarı real təhlükə gözləyirsə və ya (arıqlığına görə) ölüm təhlükəsi ehtimal edilirsə, heç şübhəsiz qisas hökmü diyə ilə dəyişdirilməlidir. Ona görə ki, qisasın ümumi dəlilləri belə hallara şamil olmur və başqa sözlə desək, onlar arasında ürfi uyğunluq (bərabərlik) yoxdur. Bundan əlavə, caifə, münəqqələ və məmumə kimi yaraların qisas – təhlükəsi olduğuna görə – tələb etmədiyini deyən dəlillər də bizim bəhsimizə şamildir. 2) Qarşı tərəf üçün təhlükəsi olmasa, lakin onların bədənləri arasındakı fərq o qədər olsa ki, birinin bədənində 1 sm, digərinin bədənindəki 3 sm - ə bərabər olsun, belə yerdə dərinliyin ölçüsünə olduğu kimi riayət etmək lazım deyil. Çünki, əvvəla, qisasın sübut və dəlillərində əsas sayılan ürfi (xalqın gözündə) oxşarlıq və bərabərlik burada yoxdur. Çünki, misal üçün, arıq adamda 3 sm dərinliyində yara sümüyə çatır, halbuki kök adamda səthi bir yara sayılır. Ona görə də qisasın dəlillərində mövcud olan bərabərlik burada yoxdur. Həmçinin dərinlikdə bərabərliyi qoruyub saxlamağın lazım olduğunu bildirən bir hədis mövcud deyil. İkincisi, şicac yarası (üzdə olan yaralar) və ya bütün yaralarla əlaqədar hədislərdə dərinlik deyilərkən onun gerçəkləşməsi nəzərdə tutulur (caifə, damiyə, baziə, səmhaq, muzihə və s.). Bilirik ki, bu adların kök və arıq adamlar haqqında gerçəkləşməsi dərinliyin az-çox olmasından asılı deyil. 3) Bu məsələ en və uzunluq baxımından da mülahizə edilməlidir. Əgər misal üçün, bir şəxsin qollarının eni və uzunluğu çox azdırsa (qolları çox kiçikdirsə), digərinin qollarının eni və uzunluğu o birisindən bir neçə dəfə çoxdursa, bu halda uzun qollu insanın qolunu yarısına qədər yaralasalar, bu yara uzunluq baxımından (kiçik qollu) cinayətkarın bütün qolunu əhatə edəcəkdir. Burada da en və uzunluq baxımından bərabərliyi göstərən qane edici bir dəlil mövcud deyil. Əksinə, qisasın mənasında və Bəqərə surəsinin 194-cü ayəsində (فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ) sözü gedən oxşarlıq və bərabərlik nisbi oxşarlıq və bərabərlikdir. (Yuxarıda qeyd etdiyimiz kimi, burada en və uzunluqda olan oxşarlıq və bərabərlik nəzərdə tutulmur: Belə bir bərabərlik bəzən bir nəfərin qolunun hamısına aid ola bilər).

Öldürülmüş şəxsin əfv etməsi [Qisasın hökmləri]

Sual : Zərərçəkmiş şəxs ölümündən qabaq cinayətkarı əfv edib bütöv qısası güzəştə gedə bilərmi? Üzv qisasını necə?
Cavab: Üzv qisasında (əfv etmək) icazəlidir. Amma can (ölüm hadisəsində) qisası ilə bağlı fəqihlər arasında fikir ayrılığı var. Əfv etməyin icazəli olması ehtimalı da müstəsna deyil. Ehtiyat müsalihə (qarşılıqlı razılıq) etməkdir.

İslam dininin qadına münasibəti [Qadın hüquqları]

Sual : Bəzən ictimaiyyətdə İslam dininin qadına qarşı mənfi fikirdə olduğu haqda fikirlər söylənir. Məsələn, deyilir ki, qadının ağlı naqisdir, yaxud qadın ərinə etiraz etsə cəhənnəmdə yanacaq. Halbuki kişi öz qadınına zülm edəndə, spirtli içkilər içəndə onun haqqında deyilmir ki, Cəhənnəmdə yanacaqdır. İslam dininə görə qadının heç bir üstünlüyü yoxdur? Nə üçün İslam dinində qadınlar haqqında belə sözlər səslənir?
Cavab: İslam dininin qadın və onun hüquqları ilə bağlı tərzi-təfəkkürünə nəzər salın. İslam dini qadını kişi kimi tam mənasında müstəqil və azad sayır. Qadını sevməyi peyğəmbərlərin xüsusiyyətlərindən biri hesab edir. مِنْ اخْلاقِ الْانْبِياءِ حُبُّ النِّساءِ Digər hədisdə oxuyuruq: Hər kəs həyat yoldaşına əzab-əziyyət verməklə onu malını verib canını qurtarmağa məcbur etsə, Allah onun əri üçün cəhənnəmdən aşağı cəzaya razı olmayacaq. Çünki Allah-taala zülm olunan qadına görə yetim (və onun tapdanmış hüquqları) üçün qəzəbləndiyi qədər qəzəblənər. Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan digər hədisdə deyilir: Cəbrayıl qadın barəsində o qədər tapşırıqlar verdi ki, güman etdim, aşkar günahdan başqa səbəbdən talağ (boşanma) məsləhət deyil. Eləcə də çox saylı ayə və hədislər İslam dinində qadının rolunu və dəyərini göstərir. Onları mütaliə etməklə aydın olur ki, İslam dininin qadın və onun hüquqları haqda mənfi fikirdə olması fikri yanlışdır və bu sözü deyən insan İslam qanunlarından bixəbərdir.

Məcbur edən və tutub saxlayanın qan sahibləri tərəfindən əfvi [Qisasın hökmləri]

Sual : Fəqihlər demişlər: Bir kəsi adam öldürməyə məcbur edən şəxs ömrünün sonunadək azadlıqdan məhrum edilir. Onu tutub saxlayan şəxs isə gözləri çıxarılmaqla cəzalandırılmalıdır. Sual budur: Bir nəfər başqasını adam öldürməyə məcbur etsə, digəri isə tutub saxlasa və üçüncüsü şəxs qətl törətsə, qan sahiblərinin qatili əfv etmək hüquqları olduğu kimi, məcbur edəni və tutub-saxlayanı da bağışlamaq hüquqları varmı? Yainki, bu, zina cəzası kimi İlahi bir cəzadır və güzəştə getmək mümkün deyil?
Cavab: Qan sahibləri tutub saxlayan və vadar edən şəxslərə güzəştə getsələr, onlara aid olan hökmün icrası üçün heç bir əsas qalmır və bu hökm qisas hökmündə olduğu kimidir. Vadar edən və tutub saxlayan şəxslərin hər ikisinin cəzası azadlıqdan məhrum edilməkdir. Kor etmək isə rainin (tamaşaçı və keşikçi) hökmüdür ki, xüsusi hallarda baş verə bilər.

Həkimin və zərbə vuranın qətldə məsuliyyətlərinin göstəricisi [Qisasın müxtəlif məsələləri]

Sual : Bir şəxs digərinə qarşı elə bir iş görmüşdür ki, bu iş ya adətən öldürücüdür (məsələn, öldürücü zəhər), ya da adətən öldürücü deyil (məsələn, başqasının qoluna cüzi xəsarət vurmaq). Hər iki halda zərərçəkəni xəstəxanaya gətirmişlər və həkim öz vəzifəsini yerinə yetirməkdən boyun qaçırmışdır: Birinci surətdə zəhərli maddəni çıxarmamışdır. İkinci surətdə də səhlənkarlıq ucbatından, yaxud gigiyenik qaydalara riayət etməmək üzündən, çirklənmiş, yaxud da dezinfeksiya edilməyən alət və ləvazimatdan istifadəyə görə zərərçəkən infeksiyaya yoluxmuş, yaranın yayılmasına səbəb olmuş və bədən üzvünün kəsilməsi, yaxud da yaralı şəxsin ölümü ilə nəticələnmişdir. Bu iki halda qatil kimdir və qətl hansı növdən sayılır? Həkim və xəsarət yetirən şəxsin hər ikisi məsuliyyət daşıyırsa, onların hər birinin cəzası nədir?
Cavab: Birinci surətdə öldürücü zəhər verən şəxs qatildir və cinayət qəsdən adam öldürmə sayılır. İkinci surətdə isə həkimin səhvi ölümlə nəticələnibsə, qatil həkimdir. Lakin bu qətl ehtiyatsızlıq üzündən adam öldürmə sayılır. Amma onların hər ikisi ölüm hadisəsində müqəssirdirsə, ödəməli olduqları diyə onların adam öldürmədə olan rollarına mütənasib formada olacaqdır.

Hücum edəni qətlə yetirməyin şəriət hökmü [Müdafiənin hökmləri]

Sual : İnsana hücum edən bir adamı və yaxud evə oğurluğa girən oğrunu öldürmək olarmı?
Cavab: Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).

Günahsız şəxsi qanını halal sayıb öldürmək [Qəsdən adam öldürmə və ona bənzər hallar]

Sual : Bir şəxs qanı hədər olan birini öldürmək niyyətindədir, amma öldürməli olduğu şəxsin kimliyində səhvə yol verib qanı hədər olmayan başqa bir şəxsi öldürür. Baş verən qətl hadisəsi hansı növdəndir?
Cavab: Qəsdən adam öldürməyə bənzər qətl sayılır.

Yaralanmış şəxsin qəza yerini tərk etməsi [Qisasın hökmləri]

Sual : Yol hərəkəti qaydalarını pozan sürücü yolu keçən piyadanı maşınla vurur və onu xəstəxanaya aparmaq bəhanəsi ilə maşına mindirir. Amma qorxudan, cəzadan qaçmaq üçün onu çöllükdə, bir kimsənin görmədiyi bir yerdə başlı-başına buraxır. Yaralı şəxs çox qan itirdiyinə və tibbi yardımın olmadığına görə orada vəfat edir. Bu qətl hadisəsi qəsdən adam öldürmə sayılırmı?
Cavab: Əgər onu bu halda çöllükdə başlı-başına buraxmaq adətən ölümlə nəticələnərsə (adətən belə işin nəticəsi ölümdürsə), qəsdən adam öldürmə sayılır.

Günahsız insanın öldürülməsi [Qəsdən adam öldürmə və ona bənzər hallar]

Sual : Bir kəs günahsız bir adamı öldürmək istəyir. Lakin hədəfin kimliyində səhv etdiyinə görə başqa bir günahsız şəxsi qətlə yetirir. Baş verən qətl hadisəsi hansı növdəndir?
Cavab: Bu qətl, qəsdən adam öldürmək sayılır və qisası var. Lakin ehtiyat müstəhəb odur ki, zərərçəkənin qəyyumları cinayətkar ilə diyə ilə bağlı və buna bənzər hallarda müsalihə etsinlər (razılaşsınlar).
Səhifə sayı : 52