Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Oğrunun kəsilmiş əlinin başqasına transplantasiyası [Oğurluğun cəzası]

Sual : Oğrunun kəsilmiş barmaqlarını başqasının əlinə məsələn, kombinatda əli kəsilmiş şəxsin əlinə tikməyin (peyvənd) hökmü nədir? Bunun caiz olduğu təqdirdə üzvün sahibinin buna icazə verməsi lazımdırmı?
Cavab: Üzvün sahibinin icazəsi ilə caizdir.

Oğurlanmış malın qaytarılmasının cəzanın icrasında təsiri [Oğurluğun cəzası]

Sual : İslam cinayət məcəlləsində və bəzi fiqhi mənbələrdə oğurluq halları üçün təyin olunan cəzanın həyata keçirilməsində mütləq (qeydsiz-şərtsiz) şəkildə bəyan olunan şərtlərdən biri də budur ki, oğru oğurluqdan sonra malı sahibinə qaytarmamış olsun. Sual budur ki, sözü gedən bu şərt istintaqın bütün mərhələlərində – hətta cinayət sübut olunandan və qərar çıxarılandan sonra da qüvvədədir, yoxsa hakimə şikayət olunmazdan öncəyə aiddir?
Cavab: Cinayət sübuta yetəndən və qərar çıxarılandan sonra malı sahibinə qaytarmağın heç bir faydası yoxdur və cəzanın ləğv olunmasına səbəb olmur.

Əli kəsərkən hissizləşdirici dərmandan istifadə [Oğurluğun cəzası]

Sual : Oğurluq cəzasını icra edərkən hissizləşdirici dərmanlardan istifadə etməyin hökmü nədir?
Cavab: Eybi yoxdur.

Oğrunun kəsilmiş əlini yerinə tikmək [Oğurluğun cəzası]

Sual : Oğrunun əli kəsiləndən sonra əlini əvvəlki yerinə bilərmi?
Cavab: Fiqhin qisas bölümündə bu məsələ məşhurdur ki, cani kəsilmiş qulağı öz əvvəlki yerinə tiksə (peyvənd etsə) və bu peyvənd tutsa, zərərçəkən özü kimi olsun deyə, onu kəsə bilər. İmam Baqirdən (əleyhis-səlam) buna aid sənədi mötəbər olan, yaxud ən azından səhabələrin əməl etdikləri bir hədis nəql olunmuşdur. Bu hədisin xüsusiyyətlərini kənara qoymaqla (ümumiləşdirməklə) məzmununu cəzalar fəslinə aid etmək çətin olsa da oğrunun əlinin kəsilməsini çatdıran dəlil və sübutların zahiri bunu göstərir ki, onu peyvənd etmək caiz deyil. Xüsusilə də “İləl” və ”Uyun”-da İmam Rizadan (əleyhis-səlam) nəql olunan hədisdə deyilir: وعلّة قطع اليمين من السارق لانه تباشر الاشياء (غالباً) بيمينه و هى افضل اعضائه و انفعهاله فجعل قطعها نكالا و عبرة للخلق لئلا يبتغوا اخذ الاموال من غير حلّها و لانّه اكثر ما يباشر السرقه بيمينه Bu məna peyvənd etməklə uyğun deyil. Digər bir hədisdə deyilir: عن النّبى(صلى الله عليه وآله) انّه اتى بسارق فامر به فقطعت يده ثم علقت فى رقبته (“Cəvahir”, 41-ci cild, səh. 543, “Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 275)

Malını uduzan şəxs tərəfindən cəza tələbi [Oğurluğun cəzası]

Sual : Oğrunu cəzalandırmaq üçün bütün şərtlərdən başqa oğrunun əlinin kəsilməsinə dair zərərçəkənin tələbi də lazımdır, yoxsa başqa şərtlərin mövcud olduğu təqdirdə sadəcə qazıya şikayət etməklə, cəzanın icrası vacib olacaqdır?
Cavab: Onun şikayəti kifayətdir, cəzanın icra olunmasına dair tələbə ehtiyac yoxdur.

Bir neçə oğurluq üçün bir cəza [Oğurluğun cəzası]

Sual : Bir şəxs dörd dəfə oğurluq etmiş və onların hamısı sübuta yetmişdir. Onların hamısı üçün bir cəza tədbiri həyata keçirilsə kifayətdir, yoxsa hər biri üçün ayrı-ayrılıqda cəza tədbiri lazımdır?
Cavab: Onların hamısı üçün bir cəza kifayətdir.

Malı oğurlanan şəxsin şikayətindən öncə oğrudan malın alınması [Oğurluğun cəzası]

Sual : Zərərçəkən tərəfindən qazıya şikayət təqdim olunmazdan öncə oğurlanmış əmlak hüquq-mühafizə orqanları tərəfindən alınıb sahibinə qaytarmaq üçün saxlanılmışdır. Belə ki, zərərçəkənin malın qaytarılması üçün müraciət etdiyi zaman mal ona təhvil veriləcəkdir. Lakin zərərçəkən bu mövzudan xəbərdar olsa da əmlakı təhvil alandan qabaq qazıya şikayət edir. Belə halda da oğrunun cəzalandırılması vacibdir?
Cavab: Oğru üçün təyin olunmuş cəza tədbiri burada icra olunmur və mal öz sahibinə qayıtmış kimi sayılır.

İnsan cəsədinin oğurlanması üçün cəza [Oğurluğun cəzası]

Sual : İnsan cəsədi mal-əmlak sayılırmı? Şəriət baxımından qanuni məqsədlər üçün onun alveri caizdirmi? Cəsəd oğurluq halı üçün cinayət faktı ola bilərmi? Xüsusilə də onun ölüm tarixindən əsrlər keçdiyi bir halda cəsəd tarixi və arxeoloji baxımdan qiymətli sayılarsa?
Cavab: Müsəlmanın cəsədinin alğı-satqısı caiz deyil və mal (əmlak) sayılmır. Amma qeyri-müsəlmanın bədəni anatomiya kimi şəri-qanuni məqsədlər üçün icazəli olan hallarda belə (alğı-satqısı) eyibsiz deyil. Hər iki halda oğurluq cəzasını icra etmək işkallıdır.

Dövlət orqanlarından oğurluq [Cəzaların müxtəlif məsələləri]

Sual : Təxminən 3 il bundan öncə (cahillik ucbatından və yaramaz dostlara qoşulmağın nəticəsində) bələdiyyə idarəsindən bir neçə top məftil oğurlayıb satmışam. Onun dəyərini ödəmək istəsəm: 1) Kimə və ya hansı təşkilata verməliyəm? 2) Bu işdə mənim tərəf-müqabilim bələdiyyə idarəsidirsə, müəyyən bir şəxsi razı salmaq və ondan halallıq istəmək lazımdırmı? 3) O zaman hər kiloqram məftilin qiyməti misal üçün, 40 tümən idisə, indi 120 tüməndir. Mən hansı məbləği ödəməliyəm? 4) Biz üç nəfər idik, amma pulun hamısı iki nəfər arasında bölüşdürüldü. İndi mən məftillərin hamısının pulunu ödəməliyəm, yoxsa misal üçün, məftillərin çəkisini yarıya bölüb yarısının pulunu ödəməliyəm? 5) Məftillərin təxmini çəkisi dəqiq yadımda deyil. Bu halda qiyməti necə ödəməliyəm?
Cavab: Siz onun qiymətini bələdiyyə idarəsinin bankdakı gəlir hesablarından birinə köçürə bilərsiniz. Malın hazırkı qiymətini ödəməyiniz lazımdır. Başqaları öz səhmlərini ödəməsələr, siz məbləğin hamısı qarşısında zaminsiniz. Bu işi yerinə yetirəndən sonra halallıq istəmək lazım deyil, Allah dərgahında tövbə etməlisiniz. Çəkisində şübhə etsəniz, ehtiyat etməlisiniz.

Casusluğun cəzası [Müharibə edənin cəzası]

Sual : Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?
Cavab: Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.

Dövlət orqanlarından oğurluq [Müharibə edənin cəzası]

Sual : Təxminən 3 il bundan öncə (cahillik ucbatından və yaramaz dostlara qoşulmağın nəticəsində) bələdiyyə idarəsindən bir neçə top məftil oğurlayıb satmışam. Onun dəyərini ödəmək istəsəm: 1) Kimə və ya hansı təşkilata verməliyəm? 2) Bu işdə mənim tərəf-müqabilim bələdiyyə idarəsidirsə, müəyyən bir şəxsi razı salmaq və ondan halallıq istəmək lazımdırmı? 3) O zaman hər kiloqram məftilin qiyməti misal üçün, 40 tümən idisə, indi 120 tüməndir. Mən hansı məbləği ödəməliyəm? 4) Biz üç nəfər idik, amma pulun hamısı iki nəfər arasında bölüşdürüldü. İndi mən məftillərin hamısının pulunu ödəməliyəm, yoxsa misal üçün, məftillərin çəkisini yarıya bölüb yarısının pulunu ödəməliyəm? 5) Məftillərin təxmini çəkisi dəqiq yadımda deyil. Bu halda qiyməti necə ödəməliyəm?
Cavab: Siz onun qiymətini bələdiyyə idarəsinin bankdakı gəlir hesablarından birinə köçürə bilərsiniz. Malın hazırkı qiymətini ödəməyiniz lazımdır. Başqaları öz səhmlərini ödəməsələr, siz məbləğin hamısı qarşısında zaminsiniz. Bu işi yerinə yetirəndən sonra halallıq istəmək lazım deyil, Allah dərgahında tövbə etməlisiniz. Çəkisində şübhə etsəniz, ehtiyat etməlisiniz.

Oğurluq cəzasının şərti [Oğurluğun cəzası]

Sual : Oğurluq cəza tədbirinin tətbiq edilməsi üçün lazım olan şərt – oğurlanmış malın dəyərinin dörddə bir şəri dinar miqdarına çatmasıdır. Hal-hazırda dirhəm və dinar (mövzusu aktual) olmadığına görə, oğurluq cəza tədbirinin dəyər və məbləğ baxımından şərtinin gerçəkləşdiyini necə ayırd edək? Dövriyyədə olan pulu və ya sikkə vurulmamış qızılı meyar təyin etmək olarmı?
Cavab: Bu barədə peşəkar ekspertlərdən sual olunmalıdır ki, sikkəli dinar mövcud olarsa, dəyəri nə qədərdir. Onun dörddə birinin dəyəri oğurluq cəzası üçün lazım olan miqdar olacaqdır. Əgər miqdara dair şəkk-şübhə yaranarsa, yəqinlik hasil olan miqdar hesablanmalıdır.

Bəhayi olmuş müsəlmanın əmlakının bölünməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir neçə müsəlman övladı olan müsəlman bir şəxs bəhailiyi qəbul edib bəhai qadınla evlənərsə, vəfat etdiyi surətdə müsəlman və bəhai övladlarının, eləcə də bəhai arvadının irs payı hansı şəkildə bölünməlidir?
Cavab: Onun əvvəlcədən sahib olduğu və ya sonradan əldə etdiyi əmlakın hamısı müsəlman varislərinə çatır.

Vəfat edən şəxsin irs qalmış tüfəngi [İrsə aid müxtəlif məsələlər]

Sual : Tüfəng də qılınc kimi böyük oğula yetişirmi?
Cavab: Ehtiyat, sair varislərlə müsalihə etmək (onların razılığını əldə etmək) və varislərin arasında azyaşlı (səğir) olduğu təqdirdə onun haqqını verməkdir.

Əmlakın varislərə şərtlərlə satılması [İrsə aid müxtəlif məsələlər]

Sual : Mən öz daşınan və daşınmaz əmlakımın hamısını min tümənə öz övladıma satmış və onun adına keçirmişdim. Amma şərtim bu idi ki, nə qədər ki, sağam əmlak öz ixtiyarımda olsun. Təəssüflər olsun ki, övladım məndən qabaq dünyadan getdi. Sualım budur: Belə vəziyyətdə bu əmlak özümə qayıdır, yoxsa övladımın varislərinin mülkiyyətinə keçir?
Cavab: Əgər əmlakın övladınızın mülkiyyətinə keçməsini və mənfəətinin isə ömrünüzün sonuna kimi sizin olmasını nəzərdə tutmuşdunuzsa, onun dünyadan getməsi ilə əmlak onun varislərinin mülkiyyətinə keçir, siz isə ömrünüzün sonuna qədər təkcə mənfəətlərin sahibisiniz.

Varislərin əlindəkilərin əmanət və ya zəmanət olması [İrsə aid müxtəlif məsələlər]

Sual : Ölüm hökmü çıxarılandan və irs varislərin arasında bölünəndən sonra onların əlində əmanət sayılır, yoxsa zamin olduqları mal hökmündədir?
Cavab: Onlar əlindəkilərə zamindirlər.

Qəza namazı və orucu üçün mərhumun əmlakından götürmək [İrsə aid müxtəlif məsələlər]

Sual : Vəfat etmiş şəxs öz əmlakının üçdə birinə dair heç bir vəsiyyət etməmişdirsə, onun varisləri irs malının əslindən mərhumun namaz və orucunu yerinə yetirmək üçün əcir tuta bilərlərmi?
Cavab: Bu işə razılıqları olsa və azyaşlı (səğir) olmasalar maneəsi yoxdur.

Vəfat etmiş şəxsin heç bir varisi yoxdursa [İrsə aid müxtəlif məsələlər]

Sual : Əgər irs qruplarından heç kim mövcud olmasa, mərhumun əmlakı kimə çatmalıdır?
Cavab: Onun irsi İmama (əleyhis-səlam) və ya onun canişininə çatır.

İtkin düşmüş insanın əmlakının bölünməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : İtkin düşmüş şəxsin əmlakı ilə bağlı vəzifə nədir?
Cavab: Onun ölümünə yəqin edilməyincəyə qədər əmlakı qorunub saxlanılmalıdır. Əgər bu əmlakın tələf olacağı ehtimalı varsa, şəri hakimin icazəsi ilə satılmalı, pulunu itkin düşən şəxsdən bir xəbər çıxana qədər şahidlərin hüzurunda varislərdən etibarlı olanlara verilməlidir.

Vəfat edən şəxsin irs qalmış tüfəngi - 2 [İrsə aid müxtəlif məsələlər]

Sual : Əgər tüfəngin güllələrinin sayı patrondaşının (darağın) tutumundan çox olsa, yenə də böyük övlada çatırmı?
Cavab: Yuxarıdakı məsələ kimidir yalnız güllələrin sayı həddən artıq çox olarsa, bu halda vərəsələrin hamısının haqqıdır.

Əmlakın həyat yoldaşına satılması [İrsə aid müxtəlif məsələlər]

Sual : Bir şəxs ölümündən iki il öncə ölümü ilə nəticələnən xəstəliyi ola-ola, öz əmlakının hamısını arvadına satmış və nəticədə onun şəri varisləri irsdən məhrum olmuşlar. Bu müamilə şəri cəhətdən səhihdirmi? Yuxarıda fərz olunan şəraitdə müamilə (həqiqətən deyil) yalnız zahiri cəhətdən həyata keçərsə, səhihdir, yoxsa yox? Müamilədə məcburiyyət ehtimalı varsa, onun hökmü nədir? Habelə bunları fərz etməklə varislərə ziyan vurmaq məqsədinin olması ehtimal edilirsə, müamilənin hökmü nədir?
Cavab: Əgər müamilə zahirdə ciddi və ixtiyar üzündən baş vermişdirsə, əksi sübuta yetməyincə qüvvədədir. O, ölümlə nəticələnən xəstəlikdə olduğuna görə ehtiyat budur ki, yalnız əmlakının üçdə birində (müamiləyə) əməl olunsun və yerdə qalanında isə varislərlə müsalihə olunsun (razılaşdırılsın).

Ər və uşaqların eyni zamanda öldüyü təqdirdə qadının irsi [Birinci qrup varislər]

Sual : Bir şəxs üç uşağı ilə birlikdə dəm qazından boğularaq dünyasını dəyişmişdir və onların hansı birinin əvvəl və hansının sonra vəfat etdiyi məlum deyil. Bunu da qeyd etmək lazımdır ki, bu uşaqların heç bir əmlakı yoxdur. Atanın varisi hal-hazırda arvadı, atası və anasıdır. Onlar irsi hansı şəkildə bölməlidirlər?
Cavab: Uşaqların səhmi atanın malından götürülməli və onların vərəsələrinə verilməlidir. Yerdə qalanı isə atanın varislərinə çatmalıdır.

Bir yerdə vəfat edən ata və oğulun irslərinin bölünməsi [İrsə aid müxtəlif məsələlər]

Sual : Ata və oğul eyni vaxtda və avtomobil qəzasında dünyalarını dəyişmişlər. Atanın başqa üç övladı da var. Digər tərəfdən, mərhum ata ilə birlikdə ölən oğulun da dörd övladı var. Sual budur ki, babanın irsindən bu yetim övladlara bir şey çatırmı?
Cavab: Atanın əvvəlcə vəfat etdiyini fərz edirik: onun malından bu övlada irs çatır, onun da irs payı yetim övladlarına yetişir. Sonra oğulun əvvəlcə vəfat etdiyini fərz edirik: onun sahib olduğu əmlakın bir hissəsi ataya və bir hissəsi onun övladlarına çatır. Bir sözlə, irs qanununa əsasən onların hər birinə digərinin əmlakından irs çatır və həmin irs onların varislərinə yetişir.

Zərdüşt ailənin müsəlman övladının irsi [İrs aparan qruplar]

Sual : Zərdüşt dininə etiqad bəsləyən ailənin oğlanlarından biri 1362-ci ildə fədai partizan dəstələrinin əsas aparıcılarından biri kimi ələ keçirilib azadlıqdan məhrum edilməklə həbsxanada yerləşdirilmişdir. O, həbsdə ikən tövbə etmiş və İslam dinini qəbul edəndən və cəzasını çəkəndən sonra azadlığa buraxılmışdır. 1366-cı ildə atası dünyasını dəyişmiş və 1368-ci ildə sözü gedən şəxs öz irs səhmini alaraq onun daşınmaz hissəsini rəsmən öz mülkiyyətinə keçirmişdir. Hal-hazırda məhkəmə vəkillərindən birinin yol göstərməsi ilə qanunvericiliyin 881-ci maddəsinə istinadən öz anasının, bacısının və qardaşının əleyhinə şikayət işi qaldırmışdır. Maddədə deyilir: “Kafirə müsəlmandan irs çatmır, əgər vəfat etmiş kafirin varisləri arasında müsəlman varsa, təbəqə və dərəcə baxımından müsəlmandan irəli olsalar belə kafir varislərə irs çatmır.” Buyurun ki, müsəlman varislərdən başqa digər varislərə də irs çatırmı?
Cavab: Sualda fərz olunanlara əsasən, yalnız müsəlman varisə ondan irs çatır. Lakin belə hallarda əxlaq normalarına riayət etsələr, daha yaxşı olar.

Əmr be məruf və nəhy əz münkərin qüvvədən düşməsi [Əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət və pislikdən çəkindirmək)]

Sual : İslam respublikasında əmr be məruf etmək üçün xüsusi qurum fəaliyyət göstərdiyi təqdirdə əmr be məruf və nəhy əz münkər vəzifəsi digər insanlardan götürülürmü? Onların işi başqalarının işi ilə üst-üstə düşərsə, vəzifə nədir?
Cavab: Əmr be məruf və nəhy əz münkər ümumi bir hökmdür. Hər kəs öz imkanı daxilində bu işə vəzifəlidir. Belə bir qurumun fəaliyyəti bu məsuliyyəti digərlərinin öhdəsindən götürmür. Üst-üstə düşmə hallarını isə müxtəlif planlaşdırmalarla həll etmək lazımdır.

Yaxşı işlərə dəvət edərkən “Allaha yaxın olmaq” niyyəti [Əmr be mərufun vacib olması şərtləri]

Sual : Əmr be məruf və nəhy əz münkər edərkən qürbət niyyəti (Allahın fərmanına əməl etmək niyyəti) şərtdirmi?
Cavab: Qürbət qəsdi şərt deyil, lakin onsuz heç bir kəsə savab vermirlər.

Tələbənin müəllimi pis işlərdən çəkindirməsi [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Bəzən qadın müəllimələr ali məktəb siniflərinə təhrikedici paltarlarla gəlirlər. Tələbələr də dərsi mənimsəmək üçün əlacsız qalıb onlara baxmalı olurlar. Onların vəzifələri nədir?
Cavab: Belə hallarda ali məktəblərin rəhbərliyi ilə həmahəng tədbir töküb bu kimi halların qarşısını almaq lazımdır ki, tələbələr problemlə üzləşməsinlər və müəllimlər də öz şəri vəzifələrinə əməl etsinlər.

Hədislərdə “əul” sözünün mənası [İrsə aid müxtəlif məsələlər]

Sual : Xahiş edirik ki, aşağıdakı hədisdə “عالت الفريضه “ cümləsini izah edəsiniz: قال الشعبى: «ما رايت افرض من علىٍّ ولا احسب منه و قد سئل عنه عليه السلام و هو على المنبر يخطب، عن رجل مات و ترك امراته و ابوين و ابنتين، كم نصيب المرئة؟ فقال ـ عليه السلام ـ صار ثُمنهاً تسعاً فلقّبت بالمسئله المنبريه شرح ذلك: للابوين السدسان و للبنتين الثلثان و للمراه الثمن عالت الفريضه فكان لها 3 من 24 ثمنها فلما صارت الى 27 صار ثمنها تسعا فان ثلاثه من 27 تسعها و يبقى 24 للابنتين 16 و 8 للابوين سواء»
Cavab: Hədisin mənası budur ki, ərinin uşağı olan təqdirdə zövcənin (arvadın) səhmi ilkin hökmə əsasən səkkizdə bir olacaqdır. Lakin valideynin (ata-ananın) və iki qızın səhmləri ilə yanaşı mühasibə olunarsa, onların səhmlərinin məcmusunu toplasaq 27 səhm olacaqdır. (Əgər əmlakı 24 hissəyə bölsəniz 16 pay suluseyn (üçdə iki), 8 pay suduseyn (altıda iki) və 3 pay (səkkizdə bir) olacaqdır. 16, 8 və 3-ün məcmusu 27 pay edir.) Əgər iyirmi yeddi paydan üçünü götürsəniz doqquzda birə bərabər olar. Hədisin təfsiri belədir. Lakin fiqhi nəzəriyyələrə görə digər hədislərə nəzər salmaqla bu məsələdə fikir ayrılığı mövcuddur.

Nalayiq işlərin islah olunması üçün münasibətləri kəsmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Ağılsız (səfeh) və ləyaqətsiz işlər görən şəxslərə xəbərdarlıq edəndən sonra öz əməllərindən əl çəkməsələr, onlarla münasibəti kəsmək olarmı?
Cavab: Onlarla əlaqəni kəsmək münkərdən çəkinmələri ilə nəticələnəcəksə, bu iş lazımdır.
Səhifə sayı : 52