Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Nalayiq işlərin islah olunması üçün münasibətləri kəsmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Ağılsız (səfeh) və ləyaqətsiz işlər görən şəxslərə xəbərdarlıq edəndən sonra öz əməllərindən əl çəkməsələr, onlarla münasibəti kəsmək olarmı?
Cavab: Onlarla əlaqəni kəsmək münkərdən çəkinmələri ilə nəticələnəcəksə, bu iş lazımdır.

Pis işlərdən çəkindirmək üçün ailəvi münasibətlərdən çəkindirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Şəri əməl və göstərişlərə laqeyd olan (məsələn, xüms, zəkat verməyən), şəriətə zidd işlər görən, habelə əmr be məruf və nəhy əz münkərə heç bir əhəmiyyət qohumlarla əlaqələri kəsmək caizdirmi?
Cavab: Qohumluq əlaqələrini kəsmək onların ayılmalarına (bu işləri tərk etmələrinə) səbəb olacaqsa, vacibdir. Mənfi təsiri varsa, bu işi etməyin.

Qeybət məclisini tərk etmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Əgər bir şəxs bir neçə nəfərin yanında (ictimai yerdə) qeybət etsə və əmr be məruf və nəhy əz münkərin onda heç bir təsir qoymayacağına əmin olsaq, bizim vəzifəmiz nədir?
Cavab: Belə yerlərdə iştirak etməyin.

Yaxşı işlərə dəvət edərkən “Allaha yaxın olmaq” niyyəti [Əmr be mərufun vacib olması şərtləri]

Sual : Əmr be məruf və nəhy əz münkər edərkən qürbət niyyəti (Allahın fərmanına əməl etmək niyyəti) şərtdirmi?
Cavab: Qürbət qəsdi şərt deyil, lakin onsuz heç bir kəsə savab vermirlər.

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin ziyanı olarsa [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Əgər idarədə əmr be məruf və nəhy əz münkər etmək insanı mükafat və əlavə iş (üçün əmək haqqı) kimi imtiyazlardan məhrum edərsə, yenə də bu iş vacibdirmi?
Cavab: Nəzərə çarpacaq mühüm bir ziyana səbəb olmasa, vacibdir.

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin ziyanı varsa

Sual : Əgər idarədə əmr be məruf və nəhy əz münkər etmək insanı mükafat və əlavə iş (üçün əmək haqqı) kimi imtiyazlardan məhrum edərsə, yenə də bu iş vacibdirmi?
Cavab: Nəzərə çarpacaq mühüm bir ziyana səbəb olmasa, vacibdir.

Quranı səhv oxuyan adama səhvini bildirmək [Əmr be məruf və nəhy əz münkərin hökmləri]

Sual : Quranı səhv oxuyan şəxsə səhvini başa salmaq vacibdirmi?
Cavab: Yaxşı olar ki, xoş dillə xəbərdarlıq edilsin.
Səhifə sayı : 52