Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Maşının suda batmasına görə sürücünün zəmanəti [Diyə ödəməyin metodu]

Sual : Cəbhə bölgəsində sürücü əsgər öz komandiri ilə dərin sularda zirehli maşını yuyarkən müəyyən səbəbdən motor sönür və maşın suda batmağa başlayır. Maşının üstündə olan əsgərlər özlərini suya atırlar lakin onlardan ikisi suda batır. Sürücü təkidlə bildirir ki, komandir mənə bu barədə əmr vermişdir. Komandir isə bunu inkar edir. Batan əsgərlərin maşına minməyə məcbur olmadıqlarını və maşın batmazdan öncə özlərini suya atdıqlarını nəzərə alsaq, sürücü zamindirmi?
Cavab: Əgər maşını yumaq üçün oraya aparmışlarsa və hamı da bunu bilirdisə və bəziləri öz istəkləri ilə ona minmiş və ya maşında qalmışlarsa, sürücü zamin deyil. Habelə, maşının üstündə qalmaq onları xilas edəcəkdisə və onlar tələskənlik ucbatından özlərini suya atmışlarsa, yenə də sürücü zamin (borclu) deyil. Sürücü öz komandirinin bu barədə əmr etdiyini iddia edirsə və qarşı tərəf (komandir) də bunu inkar edirsə, heç bir faydası yoxdur: Hətta bunu inkar etməsə belə, yenə də onun məsuliyyətini aradan qaldırmayacaqdır.

İki nəfərin malı tələf etməsi [Diyə ödəməyin metodu]

Sual : Əgər bir şəxs neft, yaxud digər yanacaq maddəsini özgəsinin əmlakının üstünə töksə və başqa birisi kibritlə onu yandırsa və mal tələf olsa, onların hər biri digərinin kibrit yandırdığını iddia etsə, vəzifə nədir?
Cavab: O iki nəfərdən birinin bu işi gördüyü məlum ikən həqiqi müqəssiri aşkar edən bir dəlil-sübut mövcud olmasa, zəmanət (təzminat) onlar arasında bölünəcəkdir.

Onurğa beyninin dağılmasından irəli gələn ölümün diyə və qisası [Diyə ödəməyin metodu]

Sual : Güllə bir şəxsin bədəninin bir tərəfindən girib o biri tərəfindən çıxmış və onurğa beyninin tamamilə dağılmasına səbəb olmuşdur. Zərərçəkən bir müddət sonra dünyasını dəyişmişdir. Tibbi ekspertizanın rəyinə əsasən ölümün səbəbi ilkin yaralardan doğan fəsadlar olmuşdur. Qeyd etmək lazımdır ki, güllə atan şəxs öncə onurğa beynini qırdığına görə kamil diyə, həmçinin kamil diyənin üçdə ikisi qədər də caifəyə görə ödəməlidir. Xahiş edirik ki, yuxarıda deyilənlərlə əlaqədar və atəş açan şəxsin nə qədər diyə verməli olduğu barədə öz rəyinizi bəyan edəsiniz.
Cavab: Əgər atəş açma qəsdən baş vermişdirsə, gülləni atan şəxs verilmiş diyəni geri qaytarıb qisasa (edama) hazırlaşmalıdır. Əgər səhvən və ya ehtiyatsızlıq üzündən baş vermişdirsə, artıq diyə düşmür və bir diyə kifayətdir. Bir zərbə ölümlə nəticələnmişdirsə, caifə diyəsi də düşmür.
Səhifə sayı : 2