GECƏ NAMAZINDAKI HİKMƏT

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Sual: Ayə və rəvayətlərdə gecə namazının bu qədər qiymətləndirilməsi nədən irəli gəlir? Başqa sözlə, gecə namazı nədən ötrüdür?
Cavab: Aşağıdakı mətləbləri gecə namazının mahiyyəti barədə qənaətbəxş hesab etmək olar:
1. Gecənin bir vaxtı Xaliqi ilə raz-niyaz üçün yataqdan qalxmaq bəndənin ibadətdə əzmkarlığını göstərir.
2. Gündüzün səs-küyündən uzaq gecənin qaranlığında səmimi ibadət üçün şərait daha çoxdur.
3. O vaxt əldə edilən əhval-ruhiyyəni günün başqa saatlarında qazanmaq çətindir.
4. Gecənin qaranlığında riyakarlığa yer yoxdur. İnsan məsciddə və camaat içərisində riyaya düçar ola bilər. Adətən, birgə qılınan namazlarda riyaya zəmin yaranır. Lakin gecənin bir vaxtı tək-tənha camaatın gözündən uzaq qılınan namazın saf və xalisliyində ehtimal çoxdur və bu da onun dəyər və savabını artırır.
5. Gecə namazı insana ruhi aramlıq bəxş edir. Müasir tibb bir çox xəstəliklərin səbəbini ruhi gərginlikdə görür. Gecə ibadətləri insanın ruhi gərginliklərini azaldır, əhval-ruhiyyəsini dəyişir. “Gecə namazı insanın sağlamlığını təmin edir! – kimi rəvayətlərlə də bunu anlamaq olar.
Demək, gecə namazını yaşatmaq böyük səadətdir. Əgər onu tam şəkildə qılmaq çətin görünürsə, müstəhəb əməllərini yerinə yetirmədən qılınsın. Bu zaman onun on bir rükətini on beş dəqiqə ərzində qılmaq olar. Hətta daimi qıla bilməsək də, heç olmazsa, həftədə bir dəfə, “cümə” günləri unutmasaq yaxşıdır.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma