CƏHƏNNƏM ATƏŞİNDƏN QORXU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Rəhman Allahın həqiqi bəndələrinin səciyyələrindən dördüncüsü cəhənnəm atəşindən qorxmaqdır. “Furqan” surəsinin 65-66-cı ayələrində belə buyurulur:
﴿وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا إِنَّهَا سَاءتْ مُسْتَقَرًّا وَمُقَامًا﴾
“(Rəhman Allahın həqiqi bəndələri) belə deyərlər: Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et ki, həqiqətən, onun əzabı (cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir. Şübhəsiz, cəhənnəm pis yer və pis məskəndir.”
Görəsən, Allah dərgahında böyük məqam və səciyyəvi xüsusiyyətlərə malik həqiqi bəndələri yüksəldən yalnız bu ibarələri daim deməlidir, yoxsa niyyətlərilə bərabər əməlləri də mühüm rol oynayır?
Şübhəsiz, sırf dua və Allahla mənəvi rabitə kifayət deyil. İnsanı yüksək məqamlara qaldıran, əməllə birgə olan xeyirxah niyyətlərdir və bu da ümumi bir qaydadır. Məsələn, şiəlik iddiasında olub, imam Əlinin (ə) məhəbbətindən dəm vurmaq və Əhli-beytə sevgidən danışmaq insanı günahlardan qorumur, yaxud ibadət və itaətə çəkmir və yaxud məsum imamların həqiqi şiələri zümrəsinə qatmır. Buna görə də, rəvayətlərdə sözü əməl və rəftarına zidd olan məzəmmət edilir. İmam Rzadan (ə) nəql olunan bir hədisdə deyilir: “Cəhənnəm atəşindən Allaha pənah apardığını deyib, amma (cəhənnəmə sürükləyən) nəfsin istəklərindən üz çevirməyən insan özünü ələ salır.”  Başqa bir hədisdə isə belə deyilir: “Günahından tövbə edib, ondan əl çəkməyən şəxs, elə bil, öz Rəbbini ələ salır.”

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma