CƏHƏNNƏMİN YENİ TƏSVİRİ!

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
İmam Əli (ə) bir hədisdə cəhənnəmin bir guşəsini belə vəsf edir:
إنَّ فِى جَهَنَّمَ رُحىً تَطْحَنٌ...
“Cəhənnəmdə (beş şeyi) üyüdən bir dəyirman vardır.”
أَفَلا تَسْئَلُونَ ما طَحْنَها؟
“Onun nəyi üyütdüyünü bilmək istəmirsinizmi?”
Dostları soruşur: “Ey möminlərin əmiri, nəyi üyüdür?” Həzrət buyurur:
1. أَلعُلَماءُ الْفَجَرَةُ “Günahkar (facir) alimləri.”
Başqalarını yaxşı işlərə dəvət edib, özü əməl etməyən alim həmin dəyirmanın yemi olacaq.
2. وَالْقُرّاءُ الْفَسَقَةُ “Fasiq (günahkar) Quran qarilərini.”
Quran qarisi, yaxud hafizləri tilavət etdiyinə əməl etmirsə, Allah göstərməsin, “riba” (sələm) ayəsini oxuyub, özü ona bulaşırsa, yaxud “qeybət” ayəsini oxuyub, özü başqalarının qeybətini qırırsa, belələri də o dəyirmanın yemi olacaq.
3. وَالْجَبابِرَةُ الظَّلَمَةُ “Zülmkar hakimləri.”
Cəmiyyətə rəhbərlik edənlər xalqa xidmət əvəzinə zülm və haqsızlığa yol verirlərsə, həmin dəyirmanın qurbanı olacaqlar.
4. وَالْوُزََراءُ الْخَوَنَةٌ “Xəyanətkar vəzirləri.”
Cəmiyyətin tərəqqisi və inkişafı ilə birbaşa bağlı məsul şəxslər – vəzirlər və nazirlər öz vəzifələrinin icrasında səhlənkarlıq və xəyanət edirlərsə, ilahi əzaba layiq görülərək sözügedən dəyirmanın yeminə çevriləcəklər.
5. وَالْعُرَفاءُ الْكَذَبَةُ “Yalançı mütəxəssisləri.”
“Arif”in cəm forması olan “ürəfa” sözü hər hansı sahə üzrə mütəxəssis və bilik sahiblərinə deyilir. Hədisin bu hissəsi söz və işlərində saxtakarlıq edən ixtisas sahiblərinə aiddir.
Diqqəti cəlb edən odur ki, onlar daim ölüb-dirilərək yeni-yeni şiddətli əzablara məruz qalacaqlar. Bu və bu kimi hədislər axirət aləmi barədə müəyyən təsəvvür versə də, orada baş verənlərin mahiyyəti bizə qaranlıqdır.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma