İLAHİ BƏNDƏLƏR VƏ İFFƏT

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
İrad: Əgər bütün qeyd olunanlar ilahi bəndələrə xas spesifik xüsusiyyətlərin hər kəsin asanlıqla əldə edə bilmədiyi daha yüksək məqamlara aid olduğunu göstərirsə, iffətsizlikdən qorunmağı yalnız onlara mənsub edə bilmərik. Məsələn, heç də demək olmaz ki, namaz qılıb oruc tutmaq, şərab və qumardan çəkinmək yalnız Allahın həqiqi bəndələrinə aiddir. Çünki bu kimi işlər hər bir müsəlmanın vəzifəsidir və demək olar, müsəlmanların əksəriyyəti onlara riayət edir.
Cavab: İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisə əsasən, zinanın müxtəlif qisimləri var və yalnız iffətə zidd əməllə bitmir. Demək, Allahın həqiqi bəndələri onun bütün qisimlərindən uzaqlaşanlardır. Həmin hədisdə belə deyilir: “İnsanın hər bir üzvü zina edə bilər; gözün zinası (pis və ehtiraslı) baxışdır, ayağın zinası iffətsiz məclislərə doğru hərəkətdir, qulağın zinası isə nalayiq sözlərə qulaq asmaqdır.”
Göründüyü kimi, insanın hər bir orqanı, hətta fikri və qəlbi belə, iffətsiz əmələ aludə ola bilər. İnsanın pis düşüncəsi, çirkin səhnələrin təsəvvürü də iffətsizlik nümunələrindəndir. Bu hədisə diqqət yetirməklə zinanın daha geniş məna kəsb edərək iffətsizliyin bütün növlərini əhatə etdiyi qənaətinə gəldikdə, ilahi bəndələrin daha dərin təsəvvürə malik olduqları məlum olur və hətta fikir və düşüncələri belə bu əmələ aludə olmur. Zinanın bütün yönlərindən paklıq isə böyük iftixardır ki, Allahın həqiqi bəndələrindən başqalarına nəsib olmur.

12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma