GÜNAHLARIN SAVAB VƏ İTAƏTƏ ÇEVRİLMƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İlahi bəndələrin səciyyələri
Həqiqi tövbə qəribə təsirə malikdir! Bir çox ayələrə əsasən, belə tövbədən sonra Allah-Taala həmin günahları tamamilə savab və yaxşı əməllərə çevirir! Yəni xatakar və günahkarın üzrünü qəbul edir, onu cəzalandırmaqdan daşınaraq bağışlayır və hətta ona qiymətli bir hədiyyə də əta edir! Görəsən, bundan böyük alicənablıq varmı? Peyğəmbəri-Əkrəm (s) buyurur: “Qiyamət günü çoxları əməl dəftərinə baxıb, nagahan heyrət və təəccübdən fəryad edərək deyəcəklər: “Səhvə yol verilib, bu bizim dəftərimiz deyil! Burada gördüyümüz günahlar və yerinə yetirmədiyimiz ibadətlər qeyd edilib! Mütləq səhv düşüb, başqasının əməl dəftəri bizə verilib!” Onlara belə xitab olunar: “Xeyr, heç də səhvə yol verilməyib, bu sizin özünüzündür. Siz dünyada tövbəyə müvəffəq olduğunuz (həqiqi tövbə etdiyiniz), saleh və yaxşı əməllərlə qara keçmişinizi işıqlandırdığınız üçün, Biz sizin əməl dəftərinizdəki günahları savab və ibadətə çevirmişik!” Sonda Peyğəmbəri-Əkrəm (s) “Allah onların günahlarını yaxşılıqlara çevirər.”  – ayəsini tilavət edərkən mübarək çöhrəsində sevinc duyulur və təbəssümdən hətta dişləri belə görünür.
Doğrusu, tövbə mehriban Allaha minnətdarlıqdır. Xoşbəxtlik arzulayanlar hökmən Onun mərhəmət dəryasına üz tutmalıdırlar.
Doğrusu, mehriban, bağışlayan, rəhmli, kəramətli, səxavətli və tövbələri qəbul edən Allahın rəhmət qapısından uzaqlaşanlar necə də qafildirlər!...

 . “Furqan” surəsi, ayə 70.
 . “Nurus-səqəleyn”, 4-cü cild, səh.33 (“Təfsiri-nümunə”dən nəqlən, 15-ci cild, səh.161.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma