Qüslün qisimləri və hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
2. “İstihazə”Cənabət qüslünün hökmləri

 


Məsələ 376:
İstər vacib, istər müstəhəb qüslü iki şəkildə yerinə yetirmək olar: Tərtibi şəkildə və irtimasi şəkildə.


Məsələ 377:
Tərtibi qüsl bu şəkildə yerinə yetirilir: Niyyətdən sonra baş və boyun yuyulur, sonra sağ və daha sonra sol tərəf (vacib ehtiyata əsasən,) yuyulur. Bilərəkdən və ya bilməyərəkdən, ya da unutqanlıqdan bu ardıcıllıq pozularsa, yenidən qüsl vermək lazımdır.


Məsələ 378:
Göbəyin və ayıb yerin yarısını sağ tərəflə, yarısını sol tərəflə yumaq lazımdır. Amma yaxşı olar ki, onlar həm sağ, həm də sol tərəflə tam şəkildə yuyulsunlar.


Məsələ 379: Hər üç tərəfə, yə’ni baş və boyuna, sağ tərəfə və sol tərəfə tam qüsl verildiyinə əmin olmaq üçün hər tərəfi yuyarkən o biri tərəfin də bir hissəsi yuyulur. Müstəhəb ehtiyat budur ki, boyunun sağ hissəsi bədənin sağ tərəfi, sol hissəsi bədənin sol tərəfi ilə də yuyulsun.


Məsələ 380: İnsan qüsüldən sonra başa düşsə ki, bədəninin bir hissəsini yumayıb, qalan hissə sol tərəfdə olsa, həmin hissəni yumaqla qüsül tamamlanır. Əgər sağ tərəfdə qüsl verilməmiş hissə qalmışsa ehtiyat budur ki, həmin hissəni yuduqdan sonra sol tərəf bir daha yuyulsun. Əgər baş və boyunun bir hissəsi qalmışsa onları yuduqdan sonra həm sağ və həm də sol tərəfi yumaq lazımdır.

 
Məsələ 381: Qüsül tamamlandıqdan sonra şəkk yaranarsa ki, üzvlər düzgün yuyulub, yoxsa yox, bu şəkkə e’tina edilmir.


Məsələ 382: İrtimasi qüsl verərkən niyyətdən sonra bütün bədən bir dəfə və ya tədricən suya batırılır. Bu işi həm hovuz və ya gölməçədə həm də bədəni bir dəfəyə bürüyən şəlalə altında görmək olar. Amma adi duş altında irtimasi qüsl vermək mümkün deyil.


Məsələ 383: Bədənin bir hissəsi sudan kənarda olan vaxt irtimasi qüsül niyyət edilsə və insan suya daxil olsa bəs edər. Amma bütün bədən suda olduğu vaxt qüsl niyyəti ilə bədənin tərpədilməsinə irad var.


Məsələ 384:
Əgər irtimasi qüsüldən sonra mə’lum olsa ki, bədənin bir hissəsi yuyulmayıb, yenidən qüsl vermək lazımdır.


Məsələ 385: İrtimasi qüsüldə ayaqların da altının islanması üçün onları yerdən qaldırmaq lazımdır.


Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə imkan olduqda, irtimasi qüsl vermək vacibdir.


Məsələ 387:
Vacib ehtiyat budur ki, vacib oruc tutmuş, həcc və ümrə üçün ehram bağlamış şəxs irtimasi qüsl verməsin, başını suya batırmasın. Əgər unudaraq irtimasi qüslü verərsə, qüslü düzgündür. Bu halda irtimasi qüslün oruc və ehrama zərəri yoxdur.


Məsələ 388:
Tərtibi qüsüldə üç dəfə suya batmaq olar. Birinci dəfə baş və boyuna qüsül vermək niyyəti ilə, ikinci dəfə sağ tərəfə qüsl vermək niyyəti ilə üçüncü dəfə sol tərəfə qüsl vermək niyyəti ilə suya batmaq düzgündür.


Məsələ 389: İrtimasi qüsüldə bədən tamamilə pak olmalıdır. (Vacib ehtiyata əsasən). Tərtibi qüsldə isə bütün bədənin pak olması vacib deyil. Tərtibi qüsl zamanı hər üzvə qüsl verməzdən öncə həmin üzv paklanarsa bəs edər.


Məsələ 390:
Öncə qeyd etdik ki, haram yolla cünub olmuş şəxsin təri murdar deyil. Belə bir şəxs isti su ilə qüsl verə bilər. Amma daha yaxşı olar ki, onu tərlətməyəcək ilıq su ilə qüsl versin.


Məsələ 391: Əgər bədənin az bir hissəsi yuyulmamış qalarsa qüsl batildir. Amma qulaq, burun və gözün içi kimi daxili fəzaları yumaq lazım deyil.


Məsələ 392:
Qüsl verərkən suyun bədənə çatmasına mane olan hər şey təmizlənməlidir. Əgər ağlabatan şəkildə belə bir şeyin olması ehtimal edilərsə, araşdırma aparıb arxayın olmaq lazımdır.


Məsələ 393:
Bədəndən sayılan qısa tükləri yumaq lazımdır. Vacib ehtiyata əsasən, uzun tükləri və onların altını da yumaq lazımdır.


Məsələ 394:
Dəstəmaz suyunun pak olması kimi şərtlər qüsüldə də öz gücündə qalır. Amma qüsüldə bədəni yuxarıdan aşağıya yumaq vacib deyil. Tərtibi qüsüldə bədən üzvlərinin yuyulması arasında fasilə də buraxıla bilər. Amma sidik və nəcisini saxlaya bilməyən şəxs ardıcıl qüsl verib dərhal namaz qılmalıdır. İstihazə halında olan qadın da belədir.


Məsələ 395: Hamam pulunu vermək fikri olmayan və ya hamam sahibinin razılığını öyrənmədən hamam pulunu nisyəyə saxlayan şəxsin qüslü ehtiyata əsasən batildir. Hamam pulunu haram və ya xümsü verilməmiş puldan ödəmək də qüslü batil edir.


Məsələ 396: Hamamda adi həddən artıq su işlədən şəxsin qüslünə irad var. Amma hamamçını razı salmaq məqsədi olsa, eybi yoxdur.


Məsələ 397:
Əgər insan qüsl verib-vermədiyinə şəkk etsə, qüsl verməlidir. Amma qüsl verdikdən sonra verdiyi qüslün düzgünlüyünə şübhə etsə, bu şübhəyə əhəmiyyət verməməlidir.


Məsələ 398:
Əgər qüsl zamanı “hədəsi-əsğər”, yə’ni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə tə’siri olmaz. Amma namaz və bu kimi işlər üçün yenidən dəstəmaz almaq lazımdır.


Məsələ 399: Əgər bir şəxs cunub olduqdan və namaz qıldıqdan sonra qüsl verib-vermədiyinə şəkk edərsə, qıldığı namazlar düzgündür, amma sonrakı namazlar üçün qüsl verməlidir.


Məsələ 400: Bir neçə vacib və ya həm vacib, həm də müstəhəb qüsl əvəzinə bir qüsl vermək bəs edər. Yə’ni cənabət, heyz, meyyitə toxunma, cümə qüslü niyyəti ilə verilən bir qüsl bütün qüsülləri aradan qaldırır.


Məsələ 401: Cənabət və ya başqa bir qüsül, vacib və ya müstəhəb qüsüldən sonra namaz qılmaq olar və dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, cənabət qüslündən başqa qüsüllərdən sonra dəstəmaz alınsın.

 

2. “İstihazə”Cənabət qüslünün hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma