Beşinci şərt: Səcdə yerinin oturulan yerdən hündür olmaması

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Namaz qılınması üçün müstəhəb və ya məkruh olan yerlərDördüncü şərt: Kişinin qadından öndə dayanması


Məsələ 813: Namaz qılanın alnını qoyduğu yer onun durduğu yerdən o qədər hündür olmamalıdır ki, səcdə forması pozulsun. Vacib ehtiyat budur ki, səcdə yeri oturulan yerdən dörd bağlı barmaqdan artıq hündür və ya alçaq olmasın.


Məsələ 814: Kişinin naməhrəm qadınla başqalarının daxil ola bilmədiyi xəlvət bir yerdə olmasının eybi var və vacib ehtiyat budur ki, bu hal yaranmasın. Belə bir yerdə namaz qılmağın da eybi var. Eləcə də, şərab içilən, qumar oynanılan, qeybət edilən günah məclisləri kimi yerlərdə namaz qılınmasına irad var.


Məsələ 815: Vacib ehtiyat budur ki, Kə’bə evində (Kə’bənin daxilində) vacib namaz qılınmasın. Amma orada müstəhəb namaz qılmaq olar. Hətta müstəhəbdir ki, Kə’bənin daxilində hər künc qarşısında iki rəkət namaz qılınsın. Kə’bənin üzərində isə həm vacib, həm də müstəhəb namaz qılmağın eybi var.


Namaz qılınması üçün müstəhəb və ya məkruh olan yerlərDördüncü şərt: Kişinin qadından öndə dayanması
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma