Qunut

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Namazın tərcüməsi11. Muvalat

 


Məsələ 996: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan öncə qunut tutmaq müstəhəbdir. Amma ehtiyat budur ki, şəf’ namazında qunut tutulmasın. Amma bir rəkətlik vətr namazında rükudan öncə qunut tutmaq müstəhəbdir.


Məsələ 997: Ayat namazının beş qunutu, fitr və qurban bayramları namazının birinci rəkətində beş, ikinci rəkətində dörd qunut var.

 
Məsələ 998: Qunutda xüsusi bir zikr demək, dua oxumaq şərt deyil. Əlləri qaldırmaq da zəruri sayılmır. Amma yaxşı olar ki, əllər üz müqabilində qaldırılsın. Belə ki, əllərin içi üzü səmaya olsun. Qunutda əllər bir-birinə yapışdırılır, zikr deyilir, dua oxunur. Qunutda istənilən bir zikri söyləmək olar. Hətta bir dəfə “Sübhanəllah” demək bəs edər. Amma yaxşı olar ki, qunutda bə’zi dualar oxunsun.

Məsələn:
لاَ إِلهَ إِلاّ اللهُ الحَلِیمُ الکَرِیمُ لاَ إِلهَ إِلاّ اللهُ العَلِىُّ العَظِیمُ سُبحانَ اللهِ رَبِّ السَّمَاواَتِ السَّبعِ وَرَبِّ الأرَضِینَ السَّبعِ وَمَا فِیهِنَّ وَمَابَینَهُنَّ وَرَبِّ العَرشِ العَظِیمِ وَالحَمدُ لِلّهِ رَبِّ العَالَمِینَ

“La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səb’i və rəbbil ərəzinəs-səb’i və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”
Qunutda dünya və axirət ehtiyaclarını istəmək olar.


Məsələ 999: Qunutu bir qədər ucadan demək müstəhəbdir. Amma cəmiyyət namazında imam-camaat iqtida edənin qunutunun səsini eşitməməlidir.


Məsələ 1000: Əgər bilərəkdən qunut tərk edilsə, onun qəzası yoxdur. Əgər yaddan çıxsa, rüku həddinədək əyilməmiş xatırlayanda qalxıb qunut demək müstəhəbdir. Əgər rükuda yada düşsə, rükudan sonra onu demək olar. Əgər səcdədə yadına düşsə namazın salamından sonra qəzasını demək olar.

Namazın tərcüməsi11. Muvalat
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma