Dəvənin nisab həddi

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Zəkatın istifadə olunduğu yerlərİnəyin nisab həddi


Məsələ 1631: Dəvənin 12 nisabı var:
1. 5 dəvənin zəkatı 1 qoyundur. Bundan az miqdarın zəkatı yoxdur.
2. 10 dəvənin zəkatı 2 qoyundur.
3. 15 dəvənin zəkatı 3 qoyundur.
4. 20 dəvənin zəkatı 4 qoyundur.
5. 25 dəvənin zəkatı 5 qoyundur.
6. 26 dəvənin zəkatı 2 illik 1 dəvədir.
7. 36 dəvənin zəkatı 3 illik 1 dəvədir.
8. 46 dəvənin zəkatı 4 illik 1 dəvədir.
9. 61 dəvənin zəkatı 5 illik 1 dəvədir.
10. 76 dəvənin zəkatı 3 illik 2 dəvədir.
11. 91 dəvənin zəkatı 4 illik 2 dəvədir.
12. 121 və ondan yuxarı (olan) dəvələri 40-40 hesab edib və 40 (baş) dəvə üçün 3 illik 1 dəvə verməlidir. Yaxud 50-50 hesablayıb, hər 50 dəvə üçün 4 illik 1 dəvə verməlidir Yaxud 40-50 hesab etməlidir. Lakin, burda da elə hesablamalıdır ki, bir şey artıq qalmasın, qalsa da 9-dan çox olmasın. Zəkatı mütləq dişi dəvədən olmalıdır.


Məsələ 1632:
İki nisab arasında olan say üçün zəkat vacib deyil. Yəni, əgər dəvələrin sayı birinci nisab həddi olan 5-dən keçib ikinci nisab həddi olan 10-a çatmasa, yalnız 5 dəvənin zəkatını verər. Başqa nisab hədləri də bu qayda ilədir.


Məsələ 1633: Dişi və ya erkək və ya bəzilərinin dişi və bəzilərinin də erkək olmasından asılı olmayaraq hər vaxt qoyun, inək, dəvə nisab həddinə çatsa zəkatı vacibdir.


Məsələ 1634: Keçi, qoyun və quzunun zəkatda bir-birləri ilə fərqi yoxdur. Habelə, müxtəlif dəvə, inək və camış növləri də eyni cinsdən hesab olunur.


Məsələ 1635: Vacib ehtiyata əsasən, zəkat üçün verilən qoyunun ən azı bir ili, keçinin isə iki ili tamam olmalıdır.


Məsələ 1636: Zəkat verdiyi qoyunun qiyməti digər qoyunlarının qiymətindən az olarsa, eybi yoxdur. Lakin, müstəhəbdir ki, qiyməti çox olan qoyunu versin. Yaxud da ən azı orta həddə olmalıdır. İnək və dəvə də eyni hökmə aiddir.


Məsələ 1637: Bir-birləri ilə şərik olanların payı nisab həddinə çatsa, gərək zəkat versin.


Məsələ 1638: Əgər bir nəfərin bir neçə yerdə qoyun, inək və dəvəsi varsa, üst-üstə toplanıldıqda nisab həddinə çatsa gərək zəkatını versin. Xəstə, nöqsanlı qoyun, inək və dəvələrin də zəkatları vacibdir.


Məsələ 1639: Əgər bütün qoyun, inək və dəvələr sağlam, nöqsansız və cavan olsa, onların zəkatını xəstə, nöqsanlı və qocadan verə bilməz. Əgər bə’zisi sağlam və ya xəstə, nöqsansız və ya eyibli və yaxud cavan və ya qoca olarsa, vacib ehtiyata əsasən, zəkat üçün sağlam, nöqsansız və cavanları seçməlidir. Lakin, onların hamısı xəstə, eyibli və qoca olarsa zəkatını onların özündən verə bilər.


Məsələ 1640: Ona mal-qaranın zəkatı vacib olan şəxs zəkatı başqa maldan versə, onların sayı nisab həddindən azalmayınca hər il zəkat verməlidir. Hər vaxt nisab həddi azalsa, artıq zəkat vacib deyil. Əgər 11-ci ay tamam olmazdan öncə heyvanı ayrı bir şeylə dəyişsə, ona zəkat vacib deyil. Lakin, o heyvanları başqa qoyun, inək və dəvə ilə dəyişsə, məsələn, 40 (baş) qoyun verib 40 (baş) ayrı qoyun alsa, vacib ehtiyata əsasən, onların zəkatını verməlidir.

 

Zəkatın istifadə olunduğu yerlərİnəyin nisab həddi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma