İzdivac nikahının şərtləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Əqdi pozmağın mümkün olduğu eyblər Daimi əqdin oxunma qaydası


Məsələ 2032: İzdivac nikahının bir neçə şərti var:
1-Ehtiyata əsasən, onun siğəsi ərəb dilində düzgün şəkildə oxunmalıdır. Əgər qadın və kişi siğəni ərəb dilində oxuya bilməsələr, öz dillərində oxuya bilərlər və ərəb dilində siğəni oxumaq üçün vəkil tutmaları vacib deyil. Lakin, elə kəlmələrdən istifadə etməlidirlər ki, ərəbcə oxunan siğənin mə’nasını anlatmalıdır.
2-Siğə oxuyan şəxsin inşa qəsdi olmalıdır. Yə’ni bu kəlmələri deməkdə məqsədi o iki nəfərin arasında ər-arvadlıq yaratmaq olmalıdır, qadın özünü kişinin arvadı etməli və kişi də bu mə’nanı qəbul etməlidir. Vəkilin də məqsədi belə olmalıdır.
3-Nikah siğəsini oxuyan şəxs aqil olmalı və başqasının tərəfindən vəkil olmasından asılı olmayaraq, ehtiyata əsasən, həddi-büluğa çatmalıdır.
4-Vəliyy və yaxud vəkil nikah siğəsini oxuduqda ər-arvadı müəyyən etməlidir. Bu baxımdan, əgər bir şəxsin bir neçə qızı olsa, kişiyə “zəvvəctukə ihda bənati” (yə’ni, qızlarımdan birini sənin arvadın etdim) deyə bilməz.
5-Qadın və kişi öz ixtiyarları ilə izdivaca razı olmalıdırlar. Lakin, onlardan biri zahirdə könülsüzlüklə icazə versə, amma ürəkdə razı olduğunu bilsək, nikah düzgündür.
6-Nikah siğəsi düzgün oxunmalıdır. Əgər onun mə’nasını əvəz edəcək bir halda səhv oxusalar, nikah batildir. Amma mə’na əvəz olmasa, eybi yoxdur.


Məsələ 2033: Ərəb dilinin qrammatikasını bilməyən, lakin nikah kəlmələrini düzgün tələffüz edən və onun mə’nasını da bilən şəxsin nikahı düzgündür.


Məsələ 2034:
Əgər bir qadının nikahını bir kişi üçün onların icazəsi olmadan oxusalar, sonradan onlar razı olub icazə versələr, nikah düzgündür.


Məsələ 2035:
Əgər bir qadın və kişini və yaxud onlardan birini izdivaca məcbur etsələr, lakin nikah oxunduqdan sonra razı olub icazə versə, ehtiyat vacibə əsasən, nikah siğəsini yenidən oxumalıdırlar.


Məsələ 2036: Ata və yaxud atanın atası zəruri halda həddi-büluğa çatmayan və yaxud dəli uşağı evləndirə bilərlər. Uşaq həddi-büluğa çatandan, dəli ağıllı olandan sonra, ehtiyat vacibə əsasən onu pozmamalıdırlar.


Məsələ 2037: Həddi-büluğa çatan və rəşidə - öz məsləhətini tə’yin edə bilən qız bakirə olsa, ehtiyata əsasən, atası və yaxud babasının (atanın atasının) icazəsi ilə evlənməlidir. Lakin qız üçün münasib ər tapılsa və ata buna qarşı çıxsa, onun icazəsi şərt deyil. Həmçinin, ataya və yaxud atanın atasına əl çatmasa və qızın da izdivac etməyə ehtiyacı olsa və yaxud qız əvvəllər ərə gedibsə, bu iki halda da ata və babasının icazəsi yeni izdivacda lazım deyil.

 

Əqdi pozmağın mümkün olduğu eyblər Daimi əqdin oxunma qaydası
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma