Daimi əqdin hökmləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Müvəqqəti evlənmənin hökmləriEvlənmək haram olan qadınlar


Məsələ 2062: Daimi əqd olunan qadın, ehtiyata əsasən, ərinin icazəsi olmadan evdən çölə çıxa və yaxud evdən xaric bir iş seçə bilməz (şifahi icazə və yaxud da bə’zi əlamətlərdən razılığının mə’lum olmasından asılı olmayaraq) və şəriət hökmlərinə əsasən bir üzrü olmadıqda onun cinsi yaxınlığına mane olmasın. Ərə də ona yemək, paltar, mənzil və başqa avadanlıqları hazırlaması vacibdir (hətta həkim, dərman və s. şeylərin pulunu da verməlidir). Əgər hazırlamasa, ehtiyata əsasən, buna imkanı olub-olmamasından asılı olmayaraq, ona borcludur.
Məsələ 2063: Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır və onun yemək, geyim, mənzil və bir yerdə yatmaq hüququ qüvvəsindən düşür. Lakin mehriyyə hüququ aradan getmir.


Məsələ 2064: Ev işlərini görmək, yemək bişirmək, təmizlik işləri aparmaq və s. qadının vəzifəsi deyil. Əgər öz meyli ilə (işləsə) istisnadır. Əgər kişi onu bu işlərə məcbur etsə, bu işlərin müqabilində qadın ondan öz zəhmət haqqını ala bilər.


Məsələ 2065:
Əgər bir şeyin xərcini tələb etsə və ər verməsə, qadın onun icazəsi olmadan həmən günün xərci qədər onun malından götürə bilər və vacib ehtiyata əsasən, bu iş şəriət hakiminin icazəsi ilə olsun. Əgər özü məişətini təmin etməyə məcbur olsa, işə məşğul olduğu vaxtda ərindən itaət etməsi vacib deyil.


Məsələ 2066: Kişi daimi arvadını nə ərli qadın kimi ərli, nə ərsiz qadın kimi ərsiz olması bilinmədiyi halda tərk edə bilməz. Lakin, vacib deyil hər dörd gecədən bir onun yanında qalsın. Əgər bir neçə arvadı varsa, bu cəhətdən onların arasında ədalətlə rəftar etməlidir. Bunun şərhi geniş fiqhi kitablarda verilmişdir.


Məsələ 2067: Ər dörd aydan artıq arvadı ilə cinsi əlaqəni tərk edə bilməz. Əgər qadın cavan olsa, bu zamanda onun günaha düşməsi qorxusu var. Ehtiyat vacibə əsasən, elə raftar etməlidir ki, o günaha düşməsin.


Məsələ 2068: Daimi nikahda mehriyyənin təyin edilməsi vacib deyil və onsuz əqd düzgündür. Lakin, sonradan onunla yaxınlıq etdiyi halda, mehriyyəsini onun kimi qadınlara uyğun olan halda verməlidir.


Məsələ 2069: Əgər nikahda mehriyyənin verilməsi üçün bir zaman tə’yin olunmayıbsa, qadının tez bir zamanda mehriyyəsini tələb etmək hüququ var. Hətta mehriyyəsini almazdan qabaq, ərin mehriyyəni verməyə imkanı olub-olmamasından asılı olmayaraq, əri ilə cinsi yaxınlığın qarşısını ala bilər. Əgər onun imkansızlığı əvvəlcədən mehriyyənin nəqd halında deyil, onun zimməsində olmasına işarə olsa, istisnadır.

 

Müvəqqəti evlənmənin hökmləriEvlənmək haram olan qadınlar
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma