Heyvanların başını kəsmək qaydası

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Heyvanların başının kəsilməsinin şərtləriHeyvanların başının kəsilməsi və ovlanılmasının hökmləri


Heyvanların başını kəsmək qaydası


Məsələ 2220: Heyvanın başını kəsdikdə əgər hülqum və boyunun iki böyük damarını tam şəkildə kəssələr kafidir. Lakin, müstəhəb ehtiyata əsasən, dörd böyük damarını yə’ni, boyunun iki böyük damarı və əlavə olaraq hülqum (nəfəs borusu), qida borusu boğazın altında olan çıxıntıdan kəsilməlidir.


Məsələ 2221: Əgər bu damarlardan bə’zilərini kəsib heyvanın ölməsinə qədər səbr edib sonra qalan (damarları) kəssələr faydasızdır. Hətta bu qədər səbr etməsələr də, təbii olaraq damarları ardıcıl kəsməsələr, heyvan diri olsa da belə, iradı var.


Məsələ 2222:
Əgər canavar qoyunun boğazını, baş kəsildikdə kəsilməli olan damarlardan heç nə qalmadığı halda qopartsa, o heyvan haram olur. Lakin, o damarlar sağlam və qoyun diri olsa, onun, qeyd edilən qaydalara əsasən, başını kəssələr, halaldır. Həmçinin, əgər bir heyvanın qeyri-şəriət hökmlərinə əsasən, başı kəsilsə pakdır, amma onun ətini yemək haramdır. Bu baxımdan qeyri-islami ölkələrdən gələn heyvanların başlarının kəsilməsini bilsək, dəri və gönləri pakdır.

Heyvanların başının kəsilməsinin şərtləriHeyvanların başının kəsilməsi və ovlanılmasının hökmləri
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma