Bank və xeyriyyə fondlarının müamilələri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
Demək, alınan əmək haqqı borcdan ayrı olmalıdır. Əmr be mə’ruf və nəhy əz münkər (yaxşılığa də’vət və pisliyə qadağa)


Məsələ 2420: Xalqın banklardakı cari hesablara yatırdığı pullar qərzül-həsənə, yə’ni xeyriyyə məqsədi ilə borc mahiyyəti daşıyır. Onlar istədikləri vaxt bu pulu geri ala bilər. Əgər verilən pul müqabilində qazanc nəzərdə tutularsa haramdır. Bu halda borc da batildir və bank həmin puldan istifadə edə bilməz.


Məsələ 2421: İnsanların banka yatırdığı qısa müddətli və uzun müddətli pullar və nəzərdə tutulan qazanclar yalnız şər’i ölçülər çərçivəsində halaldır. Bu pullar müzaribə və şirkət kimi dini müamilələr şəklində mümkün sayılır. Pul verən şəxs əmin olmalı və ya ehtimal etməlidir ki, bank onun vəkili olaraq müştəri ilə müamilələrdə şər’i ölçüləri nəzərdə saxlayacaq. Amma əmin olsa ki, bütün deyilənlər zahiridir və kağız üzərindədir, götürülən qazanc haram olur.


Məsələ 2422:
Şəxslərin banklardan qərzül-həsənə adı ilə götürdüyü pullar və ödədikləri əlavələr yalnız şər’i ölçülərlə nizamlandıqda halaldır. Şər’i ölçülər nəzərdə tutulmasa bu əməliyyatlar sələm yönümlü olur.


Məsələ 2423: İnsan bilsə ki, bankda həm halal, həm də haram pullar var, amma hansı puldan ona verildiyini bilməsə, həmin pulu ala bilər. Amma əmin olsa ki, ona verilən pul haram puldur, bu puldan istifadə edə bilməz. Bu qəbil pullar vacib ehtiyata əsasən şər’i hakimin icazəsi ilə onun əsil sahibi tərəfindən sədəqə verilməlidir. Bu əməliyyatlarda bankın daxili və ya xarici, dövləti və ya qeyri-dövləti olmasının fərqi yoxdur.


Məsələ 2424: Xarici, qeyri-müsəlman banklarından qazanc almaq olar. Amma müsəlman banklarından qazanc almaq haramdır.


Məsələ 2425:
Bank və ticarət köçürmələri halaldır. Bank və ya tacir bir şəxsdən pul alıb, ona qəbz verir və həmin pulu başqa bir yerdə ona ödəməyi öhdəsinə götürür. Pulun köçürülməsi üçün pul sahibindən nə isə alır. Belə bir müamilə halaldır. Köçürmə haqqını həmin puldan çıxmaq və ayrıca götürmək olar. Eləcə də, bank və ya müəssisə bir şəxsə pul verib onu başqa bir məhəldə bankın şö’bəsinə çatdırmağı tapşırarsa, ona verdiyi zəhmət haqqı halaldır.


Məsələ 2426:
Girov bankları borc verib qazanc götürmək məqsədi ilə girov alsalar həm borc batildir, həm bankın girov malı satmağa haqqı yoxdur. Girov malı alan şəxs də ona sahib olmur.


Məsələ 2427: Xeyriyyə fondlarının əmək haqqı ünvanında pulların saxlanması üçün verdiyi haqlar halaldır. Amma vacib ehtiyat budur ki, bu məbləğ bankın ümumi xərclərinə uyğun olsun. Belə olmasın ki, pulun qazancı əmək haqqı adı ilə alınsın. Xeyriyyə fondları (qərzül-həsənə sandıqları) verilən borc müqabilində heç bir şərt qoya bilməz. Məsələn, deyə bilməzlər ki, verilən borca görə işçiyə əmək haqqı verilməlidir.

Demək, alınan əmək haqqı borcdan ayrı olmalıdır. Əmr be mə’ruf və nəhy əz münkər (yaxşılığa də’vət və pisliyə qadağa)
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma