37-Ölümdən sonrakı aləm

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Bizim dini əqidəmiz
38-Məad və əməl kağızlarımız36-Cismani məad[9]

37-Ölümdən sonrakı aləm
İnsan dünyasını dəyişdikdən sonra, onun sürəcəyi həyat, Qiyamət, Behişt və Cəhənnəm, bizim təsəvvür etdiyimiz kimi deyil, həqiqətdə ondan daha da, üstün şəkildədir. Qur`an buyurur: “Heç kəsin xəbəri yoxdur ki, gördüyü yaxşı işlərə görə onun üçün (yaxşılar üçün) qeyb aləmində gözləri işıqlandıran necə mükafat yığılıbdır!” (Səcdə, 17) Peyğəmbər (s.ə)-in məşhur hədisində belə buyurulur: Allah-təala buyurur: “Mən öz saleh əməlli bəndələrim üçün gözlərin indiyədək görmədiyi, qulaqların eşitmədiyi və indiyədək ürəklərə dammayan nemətlər hazırlamışam! (Axirət nemətləri)[10]
Doğrusu, biz bu məhdud dünyada, ana bətnində olan uşağa bənzəyirik. Ana bətnində olan uşaq, əgər ağıla və düşüncəyə malik olsa, anasının bətnindən kənarda olan varlıqlar. Həqiqətlər haqqında (məsələn; günəş, ay, sərinlik, əsrarəngiz güllər, dəniz ləpələri) düzgün fikir yürüdə bilməz! Yaşadığımız dünya da, axirət dünyası ilə müqayisədə, belədir.
 

38-Məad və əməl kağızlarımız36-Cismani məad[9]
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma