Yaranışda olan nizam-intizamdan nümunələr

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verin Fikirləşin və cavab verin


Dünyada olan nizam-intizam, hədəf, məqsəd və proqram hamıya aşkardır. İndi isə bunlardan bir neçə nümunəni sizlərə təqdim edirik.
Bu kitabda dünyadakı nizam-intizam barədə çəkilmiş bir neçə kiçik və böyük nümunəni oxucuların nəzərinə çatdıracağıq.
Xoşbəxtlikdən, bu gün təbiət elmlərinin inkişafı sayəsində və təbiət incəliklərinin, eləcə də insanın, heyvanın, bitkilərin, kəhkaşanlar aləminin, hətta, kiçik bir hüceyrənin sirlərinin kəşf olunması ilə Allahı tanıma qapıları insanların üzünə açılmışdır. Hətta iş o yerə çatmışdır ki, təbiət elmlərinə dair yazılmış kitabları «tövhid» və «Allahı tanıma kitabları» adlandırmaq olar. Bu kitablar insanlara Allahın qüdrətinin əzəmət və böyüklüyünü çatdırır. Çünki bu kitablar dünya varlıqlarının nizamına olan baxışdakı pərdəni aradan götürür. Bu kitablar dünyanı yaradan Allahın nə qədər alim və qadir olduğunu çatdırır.
İnsan bədəninə başçılıq edən üzv
İnsan kəlləsinin içində rəngi kül rənginə bənzər, «beyin» adlanan bir üzv var. Beyin insan bədənin ən mühüm və incə üzvüdür. Çünki o, bütün qüvvə və hissiyatla başçılıq edir. İnsanın bütün iradə və istəyi ondan asılıdır.
Beynin əhəmiyyətli, incə və zərif üzv olması barədə baş vermiş əhvalatı sizin nəzərinizə catdırırıq.
(İranda nəşr olunan jurnalların birində yazımışdır): Şirazlı cavan bir tələbə Xuzistanda avtomobil qəzasına uğrayır. Avtomobil qəzasında onun beyni zədələnir. Lakin bədəninin zahirində heç bir nöqsan, zədə yox idi. Bütün bədən üzvləri salamat idi. Təəccüblü burasıdır ki, o, bütün keçmişini unutmuşdu. Fikri, düşüncəsi yaxşı idi, bütün deyilənləri anlayırdı. Lakin öz ata-anasını görsəydi, tanımazdı. Anasını ona göstərib «bu sənin anandır» dedikdə təəccüb edirdi. Onu Şirazdakı evlərinə gətirdilər. Divarda asılmış öz çəkdiyi rəsmləri ona göstərdikdə təəccüblənərək «mən bunları birinci dəfədir, görürəm» deyirdi.
Həkimlər onu müayinədən keçirdikdə məlum oldu ki, onun beynindən aldığı zədə nəticəsində fikirlə yaddaş və hafizə mənbəyini birləşdirən kiçik bir damar qırılmışdır. Elə bil ki, işıq sayğacının düyməsini basmaqla bütün işıqlar keçir və hər yer zülmətə qərq olur. Kiçik bir damarın qırılması da gənc tələbənin kecmişini zülmətlərə aparmışdır. Ola bilər ki, o qırılan hissənin bir iynə ucu qədər həcmi olsun. Lakin onun gənc tələbənin həyatında buraxdığı təsir həddən artıq böyükdür. Bundan məlum olur ki, insanın beyni nə qədər qarışıq, incə, zərif və əhəmiyyətli bir üzvdür.
Beyin və sinir sistemi iki əsas hissədən təşkil olunmuşdur:
1)İnsanın özündən asılı olan sinir sistemi: insanın öz ixtiyarı ilə gördüyü yolu getmək, baxmaq, danışmaq və s.kimi işlərin mənbəyidir.
2)İnsanın özündən asılı olmayan sinir sistemi: Bu hissə insanın ürək döyüntüləri, mədə və bu kimi işlərə başçılıq edir.
Beynin bu hissəsinin bir azının işdən düşməsi ürəyin, yaxud digər üzvün dayanmasına kifayət edər.
Beynin heyrət doğuran hissələrindən biri.
Ağıl huş, iradə, şüur, düşüncə və hafizənin mərkəzi olan hissədir. Qısa sözlə desək, bu hissə (ağıl) beynin ən əsas hissələrindən biridir. Qəzəb, hirs, əsəb, qorxu kimi ruhi müqavimətlərin hamısı ona aiddir. Əgər hər hansı bir canlıda cərahiyyə əməliyyatı aparıb, digər bədən üzvlərini sağlam saxlamaq şərti ilə bu hissəni götürsələr, həmin canlı sağ qalar. Lakin o, bütün ağıl və düşüncəsini itirmiş olacaq.
Bir göyərçindən bu hissəni götürmüşdülər. Bir qədər sağ yaşadı. Yaşadığı bu müddətdə onun qabağına dən tökürdülər. Ac olmasına baxmayaraq, o, dəni yemirdi. Onu uçuranda bir maneəyə toxunub yerə düşməyincə havada olardı.(Şüuru olmadığından, dən yeməz, havaya qalxdıqda yerə enməzdi).
Beynin digər təəccüblü hissəsi hafizədir.
İndiyədək hafizənin necə heyrət doğurucu və maraqlı olması barədə fikirləşmisinizmi? Əgər insanın hafizəsi bir saatlıq əlindən alınarsa, o, necə qəmli aqibətə düçar olar?
İnsan beyninin kiçik bir hissəsini təşkil edən hafizə qüvvəsi (hafizə mərkəzi) insanın bütün həyatını bütün xüsusiyətləri ilə birgə yığıb saxlamışdır. O, bizimlə əlaqədə olan insanların bütün xüsusiyyətlərini-boyunu, rəngini, paltarını, əxlaqını və s. yadında saxlamağa malikdir. Onların hər biri üçün xüsusi hesab açmışdır. Məhs bu səbəbdən bir dəfə gördüyümüz şəxsi ikinci dəfə gördükdə hafizə dərhal özündə yığılmış saysız-hesabsız insan xüsusiyyətləri arasından həmin şəxsin xusisiyyətlərini zehnimizə gətirir. Bununla da biz həmin şəxsi tanıyır, onunla lazım olan rəftarı edirik. Əgər dostdursa, hörmət, ehtiram göstəririk, yox, əgər düşməndirsə, ona nifrət edirik. (Lazım gələrsə, digər münasibətlər də göstəririk.) Bu işlər hamısı yalnız bircə anda (bir az tez, ya gec) baş verir.
Hafizənin təəccüblü və heyrətverici olduğunu o zaman anlaya bilərik ki, zehnimizdə olan bütün şeyləri vərəq, dəftər, yaxud kaset üzərinə yazmaq fikrinə düşək. Əgər bu işi həyata keçirmək istəsək, şübhəsiz ki, həddən artıq dəftər, yaxud kaset lazım olacaqdır. Bundan da təəccüblüsü odur ki, kaset və ya dəftərlərin arasından bir hadisəni axtarıb tapmaq istəsək, uzun bir müddət çəkəcək. Lakin hafizə və zehn bu işi asanlıqla, tez bir anda həyata keçirir.
Şüursuz təbiət necə şüur və düşüncə yarada bilər?
İnsanın beyni barədə bir çox kitablar yazılmışdır. Bu kitablardan bir qismi orta və ali məktəblərdə də tədris olunur. Həddən artıq incə, dəqiq, qarışıq və sirli olan bu üzvün şüursuz təbiət tərəfindən yaradıldığını qəbul etmək olarmı?
Çox təəccüblüdür, ağılsız və düşüncəsiz təbiət necə ağıl və düşüncə xəlq edə bilər? (Necə ki, materilistlər deyirlər. Şübhəsiz ki, bu səhv, batil bir əqidədir. Axı necə ola bilər ki, öz ağılı olmayan təbiət başqaları üçün ağıl yaratsın?)
İnsanın öz vücudunda olan Allah nişanələri barədə Quran buyurur: «Sizin özünüzdə də (sizi yaradanın birliyini sübut edən) əlamət və nişanələr vardır.» (Zariyat, 21).

 

Fikirləşin və cavab verin Fikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma