Kiçik bir quşda bir dünya təəccüb

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verin Fikirləşin və cavab verin


Bu dərsdə artıq insan haqqında söhbəti kənara qoyub aləmin digər varlıqlarında olan nizama baş çəkirik.
Zülmət qaranlıqda asimana nəzər salsaq, uçan bir quş görərik. Bu quş gecə olmasına baxmayaraq, bütün qüvvəsi ilə öz yeməyini əldə etmək üçün havada pərvaz edir. Bu quşun adı yarasa, yaxud gecə quşudur. Bu quşun hər işi təəccüblüdür. Amma gecə qaranlıqda uçması daha təəccüblüdür.
Yarasanın gecə zamanı heç bir maneəyə toxunmadan sürətlə uçması o qədər təəccüblüdür ki, onun haqqında nə qədər mütaliələr olunsa, digər kəşf olunmamış sirləri də kəşf olunar.
Bu quşun gecə zamanı uçması ilə göy səmada qanad çalan və iti uçan göyərçinin uçması arasında heç bir fərq yoxdur. Əlbəttə, əgər onun qarşısında olan manelərdən xəbəri olmasaydı, yəqin ki, yavaş-yavaş uçardı.
Əgər yarasanı uzun, ensiz, döngəsi çox və içərisi qara tüstü ilə dolu olan bir tuneldən uçurtsaq, heç bir maneyə toxunmadan və qanadlarının üstündə qara tüstüdən əsər-əlamət qalmayan bir halda qırağa çıxacaqdır. O, bu işlərini hamısını ötürücü siqnal vasitəsi ilə görür.
Yarasanın ötürücü siqnala malik olduğunu başa düşmək üçün, gərək, ötürücü siqnalın nə olduğunu bilək.
Fizikada «tələffüzün səsi» bəhsi «səsin ardınca gedən siqnal və dalğalar» haqqındadır. Bu dalğaların uzunluğu o qədər coxdur ki, insan onu eşitməyə qadir deyil. Buna görə də bu dalğaları «səsin ardı» adlandırmışlar. Bu dalğaları güclü bir ötürücünün vasitəsi ilə irəli göndərdikdə irəli yayılırlar. Fəzada bir maneə ilə rastlaşdıqda divara dəyib arxaya qayıdan top kimi geri qayıdırlar. Bu, insanın bir dağ, yaxud uca divar qarşısında qışqırığına bənzəyir. Dalğaların qayıtma zamanını nəzərə almaqla həmin maneəyə nə qədər məsafə qaldığını bilmək olar.
Bir çox təyyarə və gəmilər bu cür hərəkət edirlər. İstədikləri yerə gedirlər. Düşmən təyyarə və gəmisini tapmaq üçün də bundan istifadə edirlər.
Alimlərin dediyinə görə, yarasada ötürücü siqnal və dalğa var. Əgər yarasanı bir otağa salıb uçurtsalar və həmin otağa dalğaların ardınca olan səsi eşidilən səsə cevirən mikrofon qoysalar, yarasanın səsindən insanın qulaqları cingildəyər. Hər saniyədə yarasadan 30-dan 60-a qədər belə səs eşidiləcək.
Burada belə bir sual irəli çıxır: bu dalğa və siqnal yarasanın hansı üzvü ilə səslənir? Yəni, onun ötürücü üzvü hansıdır, qəbuledici üzvü hansı?
Alimlər bu suala belə cavab verirlər: bu dalğalar yarasanın boğazındakı güclü səs telləri vasitəsilə yaranır və burun dəliklərindən çıxaraq irəli hərəkət edirlər. Qulaqlar da geri qayıdan dalğaları qəbul edirlər.
Deməli, yarasanın gecə zamanı uçmasında ən böyük rolu onun qulaqları oynayır.
Rus alimi Yurin aparığı təcrübələr nəticəsində müəyyən etmişdir ki, əgər yarasanın qulaqları kəsilsə, artıq o, heç bir maneəyə toxunmadan uça bilməyəcək. Lakin onun gözünü çıxarsalar, o, öz hərəkətindən qalmayacaq. Bir sözlə, yarasa gözü ilə yox, qulağı ilə görür. Bu da çox təəccüblü və maraqlı bir məsələdir.
İndi fikirləşin, görün, bu iki aparatı (ötürücü və qəbuledici aparata) kim yarasanın kiçik bədənində xəlq etmişdir? Bu aparatlardan istifadə etməyi kim ona öyrətmişdir? Yarasa bu təlimin sayəsində gecə zamanı yolunun üstündə olan bütün maneələrdən qorunmuş olur. Doğrudan, kim bunları ona təlim vermişdir?
Əmirəl-möminin Həzrət Əli (ə) Nəhcül-bəlağədə yarasanın xilqət və yaranışı barədə söylədiyi geniş bir xütbədə buyurur: «Hec vaxt gecənin zülmətinə görə öz hərəkət və yolundan qalmır... Hər şeyi qabaqcadan nümunəsi olmadan yaradan Allah pakdır.» (Nəhcül-bəlağə, 155-ci xütbə.)

 

Fikirləşin və cavab verin Fikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma