İMAMƏT, YAXUD CANİŞİNLİK NƏDİR?

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?ÖN SÖZ

Qeyd etmək lazımdır ki, imamətin tə’rifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və e’tiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
Mə’lum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli tə’riflər vermişlər. Məsələn:
Əhli-sünnə alimlərindən biri imamətə belə tə’rif verir:
اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِیِ اُموُرِ الدّیِنِ وَالدُّنْیا، خَلافَة عَنِ النّبِی (ص)
“İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!”[1]
Bu tə’rifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir.
Başqa bir tə’rifdə deyilir: “İmamət müəyyən bir şəxsin şər’i hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”[2]
Bu tə’rifin birinci tə’riflə əsaslı fərqi yoxdur və hər iki tə’rif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tə’rifi qeyd etmişdir.
Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət”[3] bölümündə belə yazır:
اِنَّ الاَئِمَّةَ القائِمِینَ مَقامَ الْاَنْبِیاء فِى تَنْفِیذِ الْاَحْکامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرایِع وَتأدیبِ الاَنامِ مَعْصوُموُن کَعِصْمَةِ الاَنْبِیاء
“Peyğəmbərin (s) canişini olan imamlar hədd[4], hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) mə’sumdurlar!”[5]
Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tə’rifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
“Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tə’rif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”[6]
Bu tə’rifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!
***


[1] “Şərhi-təcrid”, Quşçi, səh. 472.
[2] “Təcridül-e’tiqad” kitabının qədim şərhi, Şəmsəddin İsfahani Əş’əri, “Tovzihul-murad”dan (“Şərhu-təcridil-e’tiqad”ın haşiyəsi) nəqlən, Seyid Haşim Hüseyni Tehrani, səh. 672.
[3] “İsmət”, yə’ni insan elə bir güclü dərketmə qüvvəsinə malik olsun ki, başqaları kimi günah etməyə qadir olduğu halda, günaha düşməsin. Bu məsələ Allahın mə’sum şəxsi günahı tərk etməyə məcbur etməsi kimi təsəvvür olunmamalıdır. Allah-taalanın insana yüksək ağıl, kamal, dərrakə, mə’nəvi paklıq, eləcə də, ibadət və itaətə son dərəcədə diqqət kimi böyük ne’mətlər bəxş etməsi nəticəsində onun günah etmək qüdrətinə malik olmasına bayxmayaraq, onu öz ixtiyarı ilə tərk edir. Peyğəmbərlər və imamlar da bu məqama malik olduqları üçün onlara “mə’sum” deyilir. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 180.) (Müt.)
[4] Şəriətdə bə’zi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir. (Müt.)
[5] “Müqəddimə”, İbn Xəldun, səh. 191.
[6] “Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə).

İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?ÖN SÖZ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma