9-“VƏZİRLİK” AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“VƏZİRLİK” AYƏSİ VƏ HƏDİSLƏRİNİN MƏZMUNU8-“SALİHUL-MU’MİNİN” (MÖ’MİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ


“Taha” surəsinin 29-32-ci ayələrində (Musa peyğəmbərin dili ilə) buyurulur:
وَاجْعَل لِّی وَزِیرًا مِّنْ أَهْلِی هَارُونَ أَخِی اشْدُدْ بِهِ أَزْرِی وَأَشْرِکْهُ فِی أَمْرِی
“(İlahi!) Mənə öz ailəmdən bir vəzir qərar ver – qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə şərik et.”
Bu ayələrin təfsirində əhli-sünnə mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. İslam peyğəmbəri (s) risalət vəzifələrini həyata keçirmək üçün həzrət Musanın (ə) Allahdan istədiyini istəyir; bir fərqlə ki, Peyğəmbər (s) Harunun (ə) yerinə imam Əlinin (ə) adını çəkir. Biz həmin rəvayətlərin bir qismini qeyd edirik:
1. “Şəvahidut-tənzil” kitabında Hüzeyfə ibn Üseyddən belə nəql olunur: “Peyğəmbəri-əkrəm (s) Əmirəl-mö’minin Əli ibn Əbi Talibin (ə) əlindən tutub buyurdu:
اَبْشِر، وَاَبْشِر، اِنَّ مُوسى دَعا رَبَّهُ اَنْ یَجْعَلَ لَهُ وَزِیراً مِنْ اَهْلِهِ هارُونَ، وَاِنِّى اَدْعُوا رَبِّى اَنْ یَجْعَلَ لِى وَزِیراً مِنْ اَهْلِى عَلِِىّ اَخى، اُشْدُدْ بِهِ ظَهْرِى وَاَشْرِکْهُ فِى اَمْرِى:

“(Ya Əli!) Müjdə verirəm, müjdə verirəm! Həqiqətən, Musa (ə) Allahdan qardaşı Harunun ona xəlifə və işlərində şərik olmasını istədiyi kimi, mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri – Əlini mənim üçün vəzir və xəlifə seçsin. İlahi! Onunla arxamı möhkəmləndir və onu işimə ortaq et!”[1]
2. Başqa bir rəvayətdə Əsma binti Ümeysdən belə nəql olunur: “Allahın Peyğəmbəri (s) buyurmuşdur:
اَللّهُمَّ اِنِّى اَقُولُ کَما قالَ اَخِى مُوسى اَللّهُمَّ اجْعَلْ لِِى وَزِیراً مِنْ اَهْلِى عَلِِیّاً اَخى، اُشْدُدْ بِهِ اَزْرِى وَاَشْرِکْهُ فِى اَمْرِى، کَىْ نُسَبِّحَکَ کَثِیراً، وَنَذکُرَکَ کَثِیراً، اِنَّکَ کُنْتَ بِنا بَصِیراً:

“İlahi! Mən Səndən qardaşım Musanın (ə) istədiyini istəyirəm: İlahi! Mənim Əhli-beytimdən bir nəfəri – qardaşım Əlini mənə vəzir qərar ver! Onunla arxamı möhkəmləndir, onu işimə şərik et ki, Sənə çoxlu həmd-səna deyim, Səni çoxlu yad edim. Həqiqətən, Sən bizi görürsən (və bizim vəziyyətimizdən xəbərdarsan)!”[2]
Mə’lum olduğu kimi, İslam peyğəmbərinin (s) işlərinə şərik olmaq nübüvvət və peyğəmbərlik yox, xalqa rəhbərlik vəzifəsidir.
3. Ənəs ibn Malikdən nəql olunan hədisdə yalnız xəlifəlik və vəzirlik məsələsi açıqlanır: “Allahın Peyğəmbəri (s) buyurur:
اِنَّ خَلِیلِى وَ وَزِیرِى وَ خَلِیفَتِى فِى اَهْلِى، وَخَیْرَ مَنْ اَتْرُکَ بَعْدِى، یُنْجِزُ مَوْعُودِى وَیَقْضِى دِینِى، عَلِىُّ بْنُ اَبِیطالِبٍ:
“Həqiqətən, Əhli-beytimdən olan dostum, vəzirim, xəlifəm və özümdən sonra və’dlərimə sadiq qalaraq borclarımı ödəyəcək ən layiqli insan Əli ibn Əbi Talibdir!”[3]
4. Bu hədis azacıq fərqlə Salman ibn Farsidən də nəql olunmuşdur.[4]
5. Beşinci (h.q) əsrin alimlərindən olan Hafiz Əbu Nəim İsfahani “Ma nəzələ minəl-Qur’ani fi Əliyyin” (Qur’ani-kərimdə Əli (ə) haqda nazil olan ayələr) adlı kitabında Əsma binti Ümeysin nəql etdiyi hədisi İbn Abbasdan nəql edir. Sonda İbn Abbas deyir: “Peyğəmbərin (s) duasından sonra qeybdən belə bir səs eşitdim: “Ya Əhməd! Allahdan istədiyin şey sənə verildi.”[5]
6. Fəxri-Razi “Kəbir” təfsirində bu hədisi daha geniş şəkildə Əbuzər Qifaridən nəql edir: “Peyğəmbəri-əkrəm (s) Əlinin (ə) namaz üstə üzüyünü yoxsula verdiyini gördükdə, dedi: “İlahi! Qardaşım Musa səndən istədi ki, onun sinəsini genişləndirəsən..., əhli-beytindən bir nəfəri vəzir seçib işilərinə ortaq edəsən (və Sən də qəbul etdin). İlahi! Sən onun duasının qəbul olduğunu bildirən Qur’ani-natiq (danışan Qur’an) nazil etmisən. İlahi! Mən Məhəmməd də Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işlərimi mənə asan et və Əhli-beytimdən olan Əlini vəzirim seç, onunla arxamı möhkəmləndir!”
Hələ Peyğəmbərin (s) duası qurtarmamışdı ki, Cəbrail “Sizin vəliniz, rəhbəriniz Allah, Onun Rəsulu və sizlərdən olan əmr sahibləridir” ayəsini nazil etdi.”[6]
Bu rəvayətin sənədlərini nəql edən kitabların sayı olduqca çoxdur. Biz isə kitabın həcmini nəzərə alaraq deyilənlərlə kifayətlənirik.


[1] “Şəvahidut-tənzil”, 1-ci cild, səh. 368, hədis: 510.
[2] Yenə orada, səh. 370, hədis: 511.
[3] Yenə orada, səh. 374, hədis: 516.
[4] Yenə orada, səh. 77, hədis: 115.
[5] “Mülhəqati Ehqaqul-həqq”, 20-ci cild, səh. 128.
[6] “Kəbir” təfsiri, Fəxri-Razi, 12-ci cild, səh. 26. (“Maidə” surəsinin 55-ci ayəsinin təfsirində.)

“VƏZİRLİK” AYƏSİ VƏ HƏDİSLƏRİNİN MƏZMUNU8-“SALİHUL-MU’MİNİN” (MÖ’MİNLƏRİN ƏMƏLİSALEHİ) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma