“VƏZİRLİK” AYƏSİ VƏ HƏDİSLƏRİNİN MƏZMUNU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
10-11-“ƏHZAB” SURƏSİNİN AYƏLƏRİ9-“VƏZİRLİK” AYƏSİ

Bu hədislərdə açıq-aşkar belə deyilir: “Peyğəmbəri-əkrəmin (s) duasından sonra Allah-taala Musanın (ə) duası kimi o həzrətin də duasını qəbul etdi. Peyğəmbərin (s) duası belə idi: “İlahi! (Harun (ə) Musanın (ə) vəziri, xəlifəsi olduğu kimi,) Əhli-beytimdən bir nəfəri vəzirim seç, onunla arxamı möhkəmləndir və onu işlərimə şərik et.”
Deyildiyi kimi, burada imam Əlinin (ə) Peyğəmbərin (s) işlərinə şərik olması peyğəmbərlik məqamına aid deyil. Çünki İslam peyğəmbəri (s) peyğəmbərlərin sonuncusudur. Bəllidir ki, məqsəd əmr be mə’ruf (yaxşı işlərə də’vət), nəhy əz münkər (pis işlərdən çəkindirmək) və dinin təbliği ilə bağlı digər məsələlər də deyil. Çünki bunlar, bütün müsəlmanların vəzifəsidir. Hamı gücü çatdığı qədər əmr be mə’ruf və nəhy əz münkər etməli, İslamı yaymalıdır.
Beləliklə, Peyğəmbərin (s) duasında məqsəd peyğəmbərlik və ümumi vəzifələrdən fərqli xüsusi bir məqamdır. Bu məqam Peyğəmbərdən (s) sonra xilafət və imamət məqamı ola bilər. Başqa sözlə, elə vəzifələr var ki, onun öhdəsindən hamı gələ bilmir. O da dini hər bir təhrif və azğınlıqdan qorumaq, Peyğəmbərdən (s) sonra ümmətə rəhbərlik etmək və o həzrətin hədəflərini həyata keçirməkdir. Bütün bunlar “vəzir” sözündə cəmlənmişdir.[1]
Demək, Peyğəmbəri-əkrəm (s) Allahdan imam Əlinin (ə) müsəlmanların xəlifəsi və imamı olmasını istədikdə, Allah onun duasını qəbul etmişdir.
Amma imam Əlinin (ə) bu qəbil fəzilətlərini qəbul etməyən bə’zi əhli-sünnə alimləri “Peyğəmbərin (s) işlərinə şəriklik” məsələsini əmr be mə’ruf və nəhy əz münkər kimi yozmuşlar. Bildiyiniz kimi, bu vəzifə bütün müsəlmanlara aid olduğundan, ondan ötrü Allah tərəfindən bir nəfərin vəzir tə’yin olunmasına ehtiyac qalmır.

[1] “Vizr” sözündən götürülən “vəzir” sözü ağır iş mə’nasını daşıyır. Vəzirlik məqamını tutan şəxs öhdəsinə müxtəlif ağır məs’uliyyətlər götürüdüyündən, bu söz ona aid edilmişdir.

 

 

10-11-“ƏHZAB” SURƏSİNİN AYƏLƏRİ9-“VƏZİRLİK” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma