25-“MƏS’ULUN” (SORĞU-SUALA TUTULANLAR) AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
ON İKİ İMAM 24-“MƏHƏBBƏT” AYƏSİ

“Saffat” surəsinin 24-cü ayəsində buyurulur ki, qiyamət günü zalımlar haqqında əzab mələklərinə belə xitab olunar:
وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ
“Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar!”
Qiyamətdə onların hansı məsələ haqda sorğu-suala tutulacağı barədə təfsirçilər arasında fikir ayrılığı var; bə’ziləri onların dünyadakı bid’ətlərinə, bə’ziləri çirkin işlərinə, bə’ziləri də Allahın yeganəliyini inkar etdiklərinə görə sorğuya çəkiləcəyini bildirmişlər.[1]
Əlbəttə, ayənin mətnində bütün bu mə’nalar nəzərdə tutula bilər. Lakin bir çox rəvayətlərdə onların Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-suala çəkiləcəyindən söz açılır. Bu rəvayətlər İslam mənbələrində qeyd olunmuşdur. “Şəvahidut-tənzil” kitabında iki sənədlə Əbu Səid Xudridən nəql edilən rəvayətdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu yazılır: “Əli ibn Əbi Talibin vilayəti barədə soruşacaqlar!”[2]
Başqa bir hədisdə Səid ibn Cübeyr, İbn Abbasdan belə nəql edir: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:
اِذا کانَ یَوْمَ الْقِیامَةِ اُوقَفُ اَنَا وَ عَلِىٌّ عَلَى الصِّراطِ فَما یَمُرُّ بِنا اَحَدٌ اِلاّ سَئَلْناهُ عَنْ وَلایَةِ عَلِىٍّ، فَمَنْ کانَتْ مَعَهُ، وَاِلاّ اَلْقَیْناهُ فِى النَارِ! وَذالِکَ قَوْلُهُ وَقِفُوهُمْ اِنَّهُمْ مَسْؤُلُونَ:
“Qiyamət günü mən və Əli “Sirat” körpüsünün üstündə duracağıq və bizim yanımızdan keçən hər kəsdən Əlinin vilayəti haqqında soruşacağıq. Kim bəraət alsa, Siratdan keçəcək, bəraət almayanı cəhənnəmə atacağıq! “Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar” ayəsinin mə’nası məhz budur!”[3]
Hakim Həskani həmin kitabda bu hədisi başqa sənədlərlə də nəql etmişdir.
İbn Həcər də “Əs-səvaiq” kitabında onu Əbu Səid Xudridən nəql etmişdir.[4]
Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əbu Səid Xudridən belə nəql edir: “Qiyamət günü Əli ibn Əbi Talibin (ə) barəsində sorğu-sual olunacaqlar.”
Bu hədisi öz əsərlərində nəql edən digər alimlərdən “Kəşfül-ğümmə” kitabının[5] müəllifi İzzəddin Hənbəlini, “Ruhul-məani” təfsirinin[6] müəllifi Alusini, “Ət-təzkirətul-xəvass” kitabının[7] müəllifi Sibt ibn Cövzini, “Kifayətul-xisam” kitabının[8] müəllifi Əbu Nəim İsfahanini və “Yənabiul-məvəddət” kitabının[9] müəllifi Şeyx Süleyman Qunduzini misal göstərmək olar. Əlbəttə, digər alimlər də onu nəql etmişlər. Biz onların mühümlərinin adını çəkdik. Burada diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bə’zisində imam Əlinin (ə) vilayəti ilə yanaşı Əhli-beytin vilayətinə işarə edilmişdir.[10] Ən əhəmiyyətlisi isə qeyd edilən bütün rəvayətlərin əhli-sünnənin mühüm mənbə və kitablarında məşhur ravilərdən nəql olunmasıdır. Bununla belə, Alusi qeyd olunan rəvayəti nəql etdikdən sonra yazır: “Bə’zi imamiyyə şiələrinin İbn Cübeyr və İbn Abbasdan nəql etdikləri hədislərdə qiyamətdə Əlinin (ə) vilayətindən soruşulacağı deyilir. Onlar bu rəvayəti həm də Əbu Səid Xudridən nəql etmişlər.”[11]
Təəssüf ki, bu alimlər digər xəlifələrin də vilayətini özlərindən ona əlavə etmişlər!!!
Təəssübkeş təfsir alimi elə fikirləşir ki, imam Əlinin (ə) fəzilətləri ilə bağlı nəql olunan hər bir hədisin ravisi şiədir. Onun əqidəsi hətta əhli-sünnə mənbələrində geniş nəql olunan bu hədisləri qəbul etməyə yol vermir. Amma o bilməli idi ki, sözləri və fikirləri gələcəkdə təhlil olunacaq və aydınlaşacaq ki, bu hədislərin raviləri şiə yox, adətən əhli-sünnə olmuşdur.
Ümumiyyətlə, bu hədislərdə, eləcə də bəhs etdiyimiz ayədə insanların qiyamət günü yalnız imam Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-sual olunacağı bildirilmir. Həmin gün bütün əməllər, ne’mətlər və məs’uliyyətlər soruşulasıdır. Amma qiyamətdə sorğu-sual olunacaq ən mühüm məsələlərdən biri də o həzrətin vilayətidir. Şübhəsiz, burada vilayət dedikdə bir mö’minin başqaları ilə sadəcə dostluğu nəzərdə tutulmur. Çünki bu dostluq fürui-dindən və dinin adi məsələlərindən sayılır. Məqsəd böyük əhəmiyyət daşıyan, İslamın əsaslarından sayılan canişinlikdir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra rəhbərlik məqamı və ilahi xilafətdən başqa bir şey deyil! Bəli, Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti İslamın ən mühüm əsası və imanın ən mühüm şərti olaraq, qiyamətdə soruşulacaq ilk suallardandır. Əlbəttə, biz müxaliflərdən başqa münasibət gözləmirik. Ədavətli düşmənlər həmişə o həzrətə qarşı çıxmış, fəzilətlərini inkar etmişlər. İndinin özündə də bu iş davam edir. Bə’zən dostlar belə, düşmənin işkəncələrindən qorxaraq, bu fəzilətləri gizli saxlayırlar. Amma imam Əlinin (ə) fəzilətləri bütün hədis kitablarında sadalanır və onun misilsiz şəxsiyyəti Qur’ani-kərimdə əks olunur! Burada da bəhsimizi bir çox İslam mənbələrində İbn Abbasdan nəql olunan məşhur bir hədislə sona yetiririk. O deyir: “Qur’ani-kərimdə “Ya əyyuhəl-ləzinə amənu!” (Ey iman gətirənlər) ifadəsi ilə başlayan hər bir ayənin kamil nümunəsi – mö’minlərin sərvəri, ağası və əmiri Əlidir. Peyğəmbəri-əkrəmin (s) səhabələri içərisində Qur’ani-kərimdə danlanmayan yalnız Əli ibn Əbi Talib olmuşdur. Allahın kitabında Əli (ə) (onun fəzilətləri) haqda nazil olanlar kimsə barəsində deyilməmişdir... Qur’ani-kərimin üç yüz ayəsi Əli (ə) haqda nazil olmuşdur!”[12]
Bu hədisi, xüsusilə onun əvvəlini bir çox alimlər nəql etmişlər. O cümlədən Əbu Nəim İsfahani (“Hilyətül-övliya”da), Muhibbuddin Təbəri (“Zəxairul-uqba”da), Əllamə Gənci Şafei (“Kifayətut-talib”də), Sibt ibn Cövzi (“Ət-təzkirətul-xəvass”da), Şəblənci (“Nurul-əbsar”da), Heysəmi (“Əs-səvaiq”də), Süyuti (“Tarixul-xüləfa”da) və Qunduzi (“Yənabiul-məvəddət”də).[13]
Bəli, bu ayələr Qur’ani-kərimdə imam Əli (ə) haqda nazil olan ayələrin yalnız bir qismidir.
 

[1] “Məcməül-bəyan”, 7-ci cild, səh. 441, bəhs etdiyimiz ayənin təfsirində.
[2] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 106-107, hədis: 786-787.
[3] Yenə orada, 2-ci cild, səh. 106-107, hədis: 788.
[4] “Əs-səvaiq”, səh. 89.
[5] “Kəşfül-ğümmə”, səh. 92.
[6] “Ruhul-məani”, bəhs etdiyimiz ayənin təfsirində.
[7] “Ət-təzkirətul-xəvass”, səh. 21.
[8] “Kifayətul-xisam”, səh. 361.
[9] “Yənabiul-məvəddət”, səh. 257.
[10] “Əliyyun fil-kitabi vəs-sünnə”, 1-ci cild, səh. 229.
[11] “Ruhul-məani”, 23-cü cild, səh. 74.
[12] “Təlxisu tarixid-Dəməşq”, 18-ci cild, səh. 1, “Darul-fikr” çapı.
[13] Bu mənbələr haqda əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 3-cü cildinin 476-cı səhifəsinə müraciət edə bilərlər.

ON İKİ İMAM 24-“MƏHƏBBƏT” AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma