HƏDİSLƏRDƏ ƏHLİ-BEYT İMAMLARININ ADLARI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
PEYĞƏMBƏRİN (S) SONUNCU XƏLİFƏSİ İMAM MEHDİ (Ə)5-ƏN YAXŞI ƏMƏL

Qeyd etmək lazımdır ki, əhli-sünnə mənbələrində qeyd olunan bə’zi rəvayətlərdə on iki imamın hamısının adı aşağıdakı tərtiblə qeyd olunmuşdur:
İmam Əli ibn Əbi Talib, imam Həsən ibn Əli, imam Hüseyn ibn Əli, imam Əli ibn Hüseyn, imam Məhəmməd ibn Əli-Baqir, imam Cə’fər ibn Məhəmməd-Sadiq, imam Musa ibn Cə’fər-Kazim, imam Əli ibn Musər-Riza, imam Məhəmməd ibn Əli-Təqi, imam Əli ibn Məhəmməd-Nəqi, imam Həsən ibn Əli-Əskəri və imam Məhəmməd ibn Həsən-Mehdi (əleyhimus-səlam)!
Süleyman ibn İbrahim Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında iki hədis nəql etmişdir. Birinci hədis (“Fəraidus-səmteyn” kitabından) İbn Abbasdan belə nəql edilir: “Bir nəfər yəhudi, Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib İslam və onun tə’limləri haqqında müxtəlif suallar soruşdu. O cümlədən, Həzrətin vəsi və xəlifələrindən soruşduqda, Peyğəmbəri-əkrəm (s) birinci vəsisini Əli ibn Əbi Talibin, sonra Həsən və Hüseynin, sonra da doqquz imamın adlarını bir-bir çəkdi. Yəhudi iman gətirib dedi: Mən keçmiş peyğəmbərlərin kitablarında, o cümlədən, Musa peyğəmbərin kitabında oxumuşam ki, sonuncu peyğəmbərin ilk canişini onun kürəkəni, ikinci və üçüncü canişini ilk canişinin övladları və bir-birilə qardaş, qalan doqquz nəfəri isə üçüncü canişinin övladları olacaq.”[1]
İkinci hədis isə “Mənaqib” kitabından Cabir ibn Abdullah Ənsaridən nəql edilir. Orada da on iki imamın adı bir-bir qeyd edilir. Bu hədis də yuxarıdakı əhvalata bənzəyir və uzun olduğundan onu qeyd etmirik.[2]
Unutmamalıyıq ki, ötən bəhslərdə qısa şəkildə on iki imamın vücuduna dəlil olan çoxlu rəvayət qeyd etdik. Əgər yenidən həmin bəhslərə müraciət etməklə həm şiə, həm də əhli-sünnənin məşhur və mö’təbər rəvayətlərinə diqqət yetirsək, görəcəyik ki, on iki imam, yaxud on iki xəlifə üçün doğru təfsir yalnız şiələr tərəfindən bəyan edilmiş, digər firqələr üçün isə Peyğəmbərin (s) on iki xəlifəsi barəsindəki buyuruqları anlaşılmaz qalmışdır. Ən mö’təbər hədis mənbələrində nəql olunan bu rəvayətlərin əksəriyyəti səhih olduğundan onları inkar etmək qeyri-mümkündür. Onların doğru təfsiri yalnız imamiyyə şiələrinin əqidələri ilə uyğun gəlir.
Ümid edirik ki, hər birimiz təəssübkeşlikdən əl çəkərək imamət, vilayət və Peyğəmbərin (s) xilafəti ilə bağlı ayə və rəvayətləri bir daha yenidən araşdırıb, bütün müsəlmanların üzünə yeni bir qapı açacağıq!
 
 [1] “Yənabiul-məvəddət”, səh. 440, 86-cı bölüm.
[2] Yenə orada, səh. 442, 86-cı bölüm.
 
 

PEYĞƏMBƏRİN (S) SONUNCU XƏLİFƏSİ İMAM MEHDİ (Ə)5-ƏN YAXŞI ƏMƏL
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma