İfratçı və təəssübkeş vəhhabilər son illərdə özlərinin terrorist çöhrələrinin digər birini İraqda aşkar etmişlər; onlar günahsız xalqı bacardıqları qədər qırmış, qadın-kişi, qoca-cavan, sünnü-şiə, kürd və sair millətləri hədəfə tuş etmiş və yer onların al-qanına boyanmış, tikə-tikə olmuş bədənləri xiyabanlara, çöllərə dağılmışdı.
Onlar bu dəhşətli terror aktlarını təkcə müsəlmanlara qarşı deyil, ümumiyyətlə bütün dünya xalqlarına qarşı törətmişlər. Dünya xalqları təəccüblə «görəsən bunlar insan qanına susamışlarmı?», «Bunların hədəfi nədir?» «Hansı məzhəbə tabedirlər?» - deyə soruşurlar.
Bə`ziləri israrla bu terrorist hərəkətləri İraqdakı «Bə`s» partiyasının tör-töküntülərinə aid edirlər ki, bu da böyük bir yanlışlıqdır; çünki bu terrorların çoxunda intihar əməliyyatlarından istifadə olunur ki, bə`sçilər bu üslubdan heç vaxt istifadə etmirdilər. Bu da yalnız özlərini müsəlman, digərlərini isə müşrik, qətlini vacib hesab edən təəssübkeş vəhhabilərin işidir!