2-ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
ACI BİR XATİRƏ AŞKAR ŞƏKİLDƏ E`LAN EDİRİK...

İslam dininin danılmaz prinsiplərindən biri də müxtəlif İs­lam firqələrinin bir-biri ilə qarşılıqlı anlaşmada yaşamasıdır, bu da məntiqi və dostcasına olan yollarla mümkündür. Qur`an hət­ta qeyri-müsəlmanlar barəsində də həmin göstərişi vermişdir:
ادْعُ إِلِى سَبِیلِ رَبِّکَ بِالْحِکْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُم بِالَّتِی هِیَ أَحْسَنُ إِنَّ رَبَّکَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِیلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِینَ
“(İnsanları) hikmətlə, gözəl öyüd-nəsihətlə pərvərdigarının yoluna də`vət et; Həmin üslub ki, daha gözəldir, onunla dəlil gətirib mübahisə apar. Pərvərdigarın hər kəsdən daha yaxşı bilir ki, kim Onun yolundan azmışdır və O, hidayət olunanları daha yaxşı tanıyır.”[1]
Başqa bir ayədə isə buyurur:
وَلَا تُجَادِلُوا أَهْلَ الْکِتَابِ إِلَّا بِالَّتِی هِیَ أَحْسَنُ إِلَّا الَّذِینَ ظَلَمُوا مِنْهُمْ وَقُولُوا آمَنَّا بِالَّذِی أُنزِلَ إِلَیْنَا وَأُنزِلَ إِلَیْکُمْ وَإِلَهُنَا وَإِلَهُکُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
“Kitab əhli ilə, ən yaxşı yoldan başqa bir yolla mübahisə etmə! Yalnız onlardan zülm edən­ləri istisnadır, (onlara) de: Biz Allah tərə­findən bizə və sizə nazil olanların hamısına iman gətirmişik, bizim və sizin mə`budunuz vahiddir və biz Onun qarşısında təslimik.”[2]
İslam dini heç vaxt yol vermir ki, bir kəs öz müxa­lif­lərinə «müşrik cahillər», «Allah düşmənləri», «tövhid düşmənləri» və sair kimi çirkin sözlərlə xitab edərək yalnız özünü İslamın mehvəri hesab etsin, küfr və şirk şallağını hər kəsin başına endirsin. Həmən iş ki, bu cəmiyyət özünün əksər kitablarında qeyd etmişdir.
Müsəlmanlar İslamın e`tiqadi və tə`lim prinsiplərində bir-birilə müştərəkdirlər, İslam alimləri müəyyən cüzi məsələlərdə ixtilafı nəzərə malik olsalar da, fiqhi məsələlər baxımından bir-biri ilə müttəhiddirlər.
Bu nəzər ixtilafları onların arasında çəkişməyə, çarpışmaya və qan axıdılmasına səbəb olmamalı, əksinə məntiqi dəlillər, düzgün dialoq­lar və insaflı danışıqlar yolu ilə öz fikirlə­rini bir-birləri ilə yaxınlaşdır­malı­dır­lar.
Təəssübkeş vəhhabilər (sələfilər) isə İslamın bu ədalətli və ağıl qəbul edən məntiqi qarşısındadırlar. Onlar inanırlar ki, şirk və tövhid məsələsi barəsində öz çıxarışlarını təhdid, qətl, qan axıdılması, mal-dövlətin, əmlakın qarət olunması yolu ilə olsa belə, başqa­larına qəbul etdirməlidirlər. Onların sənədləri bu məzhəbin əsasını qoyanların kitabla­rında mövcuddur ki, irəlidə onların bir qisminə işarə edəcəyik.
Onların alimlərinə «əgər siz alimsinizsə, biz də alimik, biz sizdən artıq elm öyrənmişik, kitab yazmışıq; əgər siz müctəhidsinizsə, biz də müc­təhi­dik. «Əl-əzhər»in, Dəməşqin, İordani­yanın, sair İslam ölkələrinin hövzələrində də çoxlu müctəhidlər vardır, hansı dəlilə əsasən başqaları sizin (şirk və tövhid barəsindəki) əqidənizi, bizim nəzərimizlə müqayisədə yüz faiz yanlış olduğu bir halda, qəbul etməliyik?!» Onlar isə deyirlər ki, əsas söz bizim dediyimizdir və İslam da bizim nəticə olaraq əldə etdiyimizdən ibarətdir!
Biz deyirik: Sizin sair İslam alimlərindən nə kimi üstünlüyünüz vardır ki, öz əqidənizi onlara qə­bul etdirmək istəyirsiniz?! Nə üçün şallaqla baş­qa­larını vurursunuz?! Bu kimi suallar qarşı­sında onların heç bir məntiqi dəlilləri yoxdur.
Onlar öz yanlış təsəvvürlərinə görə elm və imanın son zirvəsinə çatmış, cəhalət və xəbər­sizlik zirvələrini arxada qoymuş, onu ötüb keçmişlər!
Bu da hazırkı dünyada heç kəsin qəbul etmədiyi, müsəlmanlar arasında heç bir əsası olmayan məsələlərdən biridir. Məhz buna görə də onların ömürlərini sona çatdığını deyirik.

 

[1] «Nəhl» surəsi, ayə:125.
[2] «Ənkəbut» surəsi, ayə:46

ACI BİR XATİRƏ AŞKAR ŞƏKİLDƏ E`LAN EDİRİK...
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma