ZİYALI VƏ MÖ`TƏDİL VƏHHABİLƏR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
İFRATÇI VƏ ŞİDDƏTLİ TƏƏSSÜB ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİNİN ƏN PİS HALLARI

Son zamanlar Səudiyyə dövlətinin, həmçinin ziyalı və mütəfəkkir vəhhabilərdən bir qrupunun mö`tədilliyə doğru gəlib, keçmiş təfəkkürlərinə yenidən baxışa (təftişçiliyə) doğru müsbət bir qədəm atmaları görünür.
Bu hərəkət müsbət istiqamətdə irəliləyərsə, onda İslamın müxtəlif firqələri arasında qurucu dialoq keçmişdə vəhhabilərlə müsəlmanlar arasında olan çəkişmə, mübarizə, müharibə, yaramaz sözlər demək və onları şirk və küfrlə müttəhim etməyin yerinə keçə bilər.
Baxmayaraq ki, bu məsələ hələlik özünə ümumi bir forma almamışdır, lakin bu bərəkətli ağacın cücər­məsindən hekayət edən çoxlu hallar görün­mək­dədir.
Xəbər verildiyi kimi, Hicazın şiə alimlə­rin­dən bə`ziləri mö`tədil əqidəli vəhhabi alimləri ilə elmi mübahisə aparmış və onların dialoqları kütləvi informasiya vasitələrinin bə`zilərində efirə buraxılmışdır. Bu da təəssübkeş vəhhabilərin küfr və bid`ət adlandırıb, bu işdən çox əsəbiyyət keçirdiyi həmin şeydir. Sanki İslamın zavala uğradığını təsəvvür edirlər, halbuki, əgər Qur`anın buyurduğu gözəl tərzdə, elmi mübahisə apar (buna mücadilə billəti hiyə əhsən deyilir) bu səviyyədə yayılarsa, İslam dini terroristlərin şərindən xilas olacaq, bu dinin dünya səviyyəsində intibahı üçün yeni fəsil açılacaqdır. Elə bir fəsil ki, onda dostcasına olan söhbətlər, istidlal və məntiq başqalarını kafir hesab edib təhqirlə yanaşmaq, qanını axıdıb, mal-dövlətini qarət etməyin yerinə keçəcək, İslam Səudiyyə Ərəbistanında özünün həqiqi axarına qayıdacaqdır.
Bu ölkənin mö`tədil əqidəli yazıçılarından bə`ziləri də öz yazılarında həmin yolu qələmlə ötməkdədirlər. Nümunə üçün, Məhəmməd ibni Ələvi adlı bir alimi göstərmək olar.[1] Son zamanlar «Məfahimu yəcibu ən tusəhhəhə» (elə məfhumlar ki, onların üstündə düzəliş aparılmalıdır) adlı bir kitab yazmışdır.
Bu kitab öz növbəsində qəribə hadisələrdən hesab olunur ki, onun şərhi, Allahın istəyi ilə, bu kitabın axırında qeyd olunacaqdır.

[1] Məhəmməd ibni Ələvi Məkkənin hörmətli alimlərindən və nüfuz sahibi olan bir şəxsdir. O, çox geniş səviyyəli dərslər bərqərar edirdi, 1425-ci ilin ramazan ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur. Onun müxtəlif kitabları vardır ki, mühəqqiqlərin diqqət mərkəzindədir. O cümlədən «Məfahim» kitabını qeyd etmək olar.

İFRATÇI VƏ ŞİDDƏTLİ TƏƏSSÜB ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİNİN ƏN PİS HALLARI
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma