DİGƏR BİR TƏZAD: NƏ ÜÇÜN PEYĞƏMBƏRİN MÜBARƏK QƏBRİ HƏLƏ DƏ QALIR?!

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
5-DONUŞLUQ VƏ HƏR NÖV YENİLİKLƏ MÜXALİFƏT4-MƏDƏNİ DƏYƏRLƏR BARƏDƏ AGAHLIĞIN OLMAMASI İSLAM TARİXİNİN ƏN DƏYƏRLİ ƏSƏRLƏRİNİN MƏHV EDİLMƏSİ

Məkkə və Mədinəyə müşərrəf olanlar bilirlər ki, “Bəqi” qəbiristanlığının, Ühüd şəhidlərinin və sair şəxslərin qəbirlərinin dağıdılmasına baxmayaraq, Pey­ğəm­bər (səlləllahu əleyhi və alih)-in əzəmətli qəbri hələ də yerindədir, müsəlmanlar dünyanın hər yerindən o həzrətin ziyarətinə gəlirlər. Belə bir vəziyyətdə onların zehnində belə bir mühüm sual dolaşır ki, görəsən nə üçün bu vəhhabilər Peyğəmbərin qəbrinə dəyməmişlər?!
Həqiqət bundan ibarətdir ki, onlar o qədər zəlildirlər ki, belə bir işə əl ata, bütün dünya müsəlmanlarını öz əleyhinə qiyama vadar edə bilməzlər. Bəli, təəssübkeş vəhhabilər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əzəmətli qəbrini dağıda, onun yaşıl künbəz­lərinin sökə və müqəddəs zərihini aradan götürə bilmədilər.
Onlardan «necə olur ki, “Bəqi” qəbiristan­lı­ğı­nın, Ühüd şəhidlərinin və s.-in üzərində olan gün­bəzlərin aradan götürürsünüz, lakin Peyğəm­bərin günbəzi hələ də yerində qalır?», «Əməldə bu kimi ziddiyyətin nə mə`nası vardır?!», «Əgər bunlar bütpərəstlik və şirk əlamətidirsə, onda nə üçün bu məscidin kənarında «böyük bir əlaməti» əzəmətlə saxlamısınız; əgər şirk deyilsə, onda nə üçün qeyrilərini aradan götürmüsünüz?» – deyə soruşduqda, bu sual qarşısında heç bir cavab vermir və bu yerə çatanda doğrudan da heyrət içində donub qalırlar.
Bir müddət öncə, Mədinəyə etdiyim səfərlərin birində bu şəhərin imam-camaatının yanına getdim. O, fəzilət əhli, insaflı bir adam idi. Həmin sualları ondan soruşdum. O, tarixi bir hadisəni söyləməklə mənim zehnimdə dolaşan, vicdanıma daim əziyyət verən bu suala cavab vermək fikrindən dönmək istədi. O, Nasirud-dövlənin hakimiyyəti dövründə olan bir hadisəni xatırlayıb dedi: Peyğəmbərin qəbrinin qonşuluğunda yaşayan iki yəhudi, evlərinin içindən lağım ataraq Peyğəmbərin pak qəbrini dağıtmaq istəyirdilər. Nasirud-dövlə yuxuda görür ki, Peyğəmbər ona deyir: «Məni bu iki nəfərin əlindən xilas et!» Bir neçə gün bu yuxunu təkrar görür, heyrətdə donub qalır və bilir ki, Mədinədə nəsə bir pis hadisə baş verməkdədir. Mədinəyə gəlib şəhər əhalisinin hamısını bir cərgəyə düzür. Bir-bir hamısının üzünə baxdıqda, yuxuda gördüyü o iki nəfəri tanıyır. Göstəriş verir ki, onları tutub bu məkrli planlarını zərərsizləşdirsinlər və onlara ağır cəza versinlər.
Sonra göstəriş verdi ki, şərif qəbrin ətrafını qazıb onu əridilmiş filizlə doldur­sunlar ki, poladdan olan bir divar yaransın və gələcəkdə heç kəs belə işlərə cür`ət etməsin.
Aydındır ki, bu cavab əsla qaneedici deyildir, çünki bu ən çoxu şərif qəbrin zirzəmidə olan hissəsinin ti­kil­məsinə diqqət yetirirdi; lakin Peyğəmbərin qəbrinin üzərində olan künbəz zərih hesab olunmurdu. Amma ədəbə riayət etmək, eləcə də mənimlə söhbət edən şəxsin cavabı olmadığından xəcalətli vəziyyətə düşməməsi üçün bəhsi davam etdirmək fikrindən döndüm.
Son zamanlar vəhhabi təəssübkeşlərindən biri demişdir ki, gələcəkdə Peyğəmbərin də qəbrini və künbəzini dağıdacağıq. Əlbəttə, bu, onların təəssübkeş və ifratçı fikirləri ilə uyğun olsa da, şübhəsiz, İslam dünyası müqabilində belə bir cinayətə cür`ət edə bilməzlər. Xüsusilə, bunu qeyd edək ki, bu məsləkin mö`tədil fikirli şəxsləri arasında yeni dalğaların yaranması ilə belə, heç bir hadisə baş verməyəcək, heç kəs bu işi görməyə cür`ət etməyəcəkdir!
Qəribədir ki, bə`zilərinin bu sözləri təkzib etməsinə baxmayaraq, öz rəhbərləri Məhəmməd ibni Əbdül-Vəhhaba da mənsub edirlər. Amma Həsən ibni Fərhan Maliki özünün «Daiyətun və leysə nəbiyyən» kitabında (kitabın axırında qeyd edəcəyimiz kimi) inanır ki, Şeyx Məhəmmədin sözlərində işarə ilə deyilir ki, əgər mənim qüdrətim olsa, Peyğəmbərin də qəbrinin künbəzini və zərihini dağıdaram!

 

5-DONUŞLUQ VƏ HƏR NÖV YENİLİKLƏ MÜXALİFƏT4-MƏDƏNİ DƏYƏRLƏR BARƏDƏ AGAHLIĞIN OLMAMASI İSLAM TARİXİNİN ƏN DƏYƏRLİ ƏSƏRLƏRİNİN MƏHV EDİLMƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma