q) ŞƏFAƏTİN MƏFHUMU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
YERSİZ BƏHANƏLƏR...z) İBADƏTİN MƏFHUMU


Şəfaət kəlməsi vəhhabilərin təfsir etməkdə yanlışlığa və xətaya düşdükləri dördüncü kəlmədir. Qeyd etdiyimiz kimi, onlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən, yaxud Əhli-beyt imamlarından, yaxud da digər salehlərdən şəfaət istəyən bütün insanların kafir olmasına dair hökm çıxararaq onları müşrik adlandırırlar ki, dəlilləri də yuxarıda qeyd olundu.
Onlar bu məsələdə həddindən artıq ifrata varmış­lar. Onların rəhbərləri də «Kəşfuş-şubəhat» kitabın­da «bu müşrikləri» iki dəlilə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründən qabaqkı dövrün – cahiliyyət dövrünün müşriklərindən pis hesab edir və deyir ki, onlar məada e`tiqad bəslədiklərinə baxmayaraq, nə namaz qılır, nə də İslam fərizələrindən birini yerinə yetirirdilər. Onlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-i sehrkar və vacibul-qətl sayır, Qur`anı sehr hesab edirdilər. Bununla belə, yenə də bizim əsrimizin müşriklərindən (İslamda gələn bütün şey­lə­ri qəbul edən, İslamın bütün qayda-qanunlarına iltizam­lı olan, amma Peyğəmbərdən şəfaət istəyən­lər­dən) üstün­dür­lər. Onlar israrla deyirlər ki, onların şirk­ləri bunların şirklərindən daha yüngül idi! Nə üçün?
Çünki onlar rifah və firavanlıq halında bütə pərəstiş edir, lakin çətinliyə (misal üçün, dəryada tufana) düşdükdə Allahı ixlasla çağırırdılar.[1]
Doğrudan da bu hökmü verənlər nə qədər insafsızlıq etmişlər! Dindar bir şəxs bütün İslam qanunlarını sözsüz qəbul edərək, onun bütün hökm və qanunlarını yerinə yetirdiyi, bütün günahlardan çəkindiyi, zəkat və digər şər`i vergiləri kamil şəkildə yerinə yetirdiyi, uzaq yollardan Allah Evinin ziyarətinə gəldiyi, Qur`a­nı hifz edib, İslam maarifini öyrəndiyi halda şə­rab içən, adam öldürən, cahil, qaniçən, cahiliyyət dövrünün müxtəlif günahlarına mür­təkib olan (onlar heç bir şeyi qəbul etmirdi­lər) şəxslərdən də pis olmasına hökm etmək necə də cəfadır! Səbəbi də bu olsun ki, Peyğəm­bəri-Əkrəm, yaxud digər bir saleh şəxsdən şəfaət istəyənlər müşrikdirlər, hamısının malları, canları və namusları da mübahdır! !
Bugünkü dünyada məntiqdən uzaq olan belə sözləri kim qəbul edər?!
Deməli, bunu qəbul etməliyik ki, artıq bu kimi yanlış fikirlərin ömrü sona çatmışdır və tezliklə tarixin zibilxanasına atılacaqdır.
İndi isə bəhsimizin əsas mövzu olan şəfaəti araşdırırıq. Görəsən, tövhid baxımından bu məsələdə hansı müşküllər vardır ki, onlar bu qədər kafir, müşrik və qanı halal olan şəxslər düzəltmişlər?!
Görəsən, Şeyxul-islam bu məsələ barəsində təzə bir şey kəşf edibdirmi ki, tarix boyu bütün İslam alim­lə­ri­nə – ondan və İbni Teymiyyədən başqa – məxfi qalmış­dır?! Həqiqət bundan ibarətdir ki, şəfaət məsələsinin əsli çoxlu Qur`an ayələri ilə sübuta yetmişdir, o, alimlərin fikir birliyinə əsasən, İslam dininin danılmaz və zəruri məsələlərindən biridir. Hətta vəhhabilər də şəfaət məsələsinin əslini inkar etmir və onu tam şəkildə qəbul edirlər. Digər bir məsələ – şəfaətçilərin Allahın izni olmadan şəfaət edə bilməmələri də danılmaz bir məsələdir; çünki Qur`anın beşdən artıq ayəsində bu məsələ aşkar şəkildə qeyd olun­muşdur, o cümlədən «Ayətəl-kürsü»nü qeyd etmək olar:
مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ
“Allahın izni olmadan kim Onun dərgahında şəfaət edə bilər?!”[2]
«Fe`llərdə tövhid» məsələsi deyir ki, aləmdə olan hər bir şey Allahın izni ilə baş verməlidir, Allaha şərik və bərabər olacaq bir kəs də yoxdur. Şəfaət də baş verirsə, yalnız Allahın izni və fərmanı ilədir. O, həkim olduğuna görə, izni və icazəsi də hikmət əsasında baş verir. Allah yalnız o şəxsə şəfaət icazəsi verir ki, şəfaətə layiq olsun və üsyankarlıq yolunda bütün körpüləri arxada qoymamış və viran etməmiş olsun. (Diqqət edin!)
Bura qədər bütün məsələlər qəbul olunur, amma ixti­laf bundadır: İslam alimləri (vəhhabilərdən başqa) deyirlər ki, Allahın Peyğəmbəri-Əkrəmə verdiyi hər hansı bir şeyi ondan istəmək layiqli bir işdir, bu, nəinki tövhidlə müxalif deyildir, üstəlik onu dəstəkləyir. Lakin vəhhabilər deyirlər ki, əgər ondan şəfaət istəsən kafir, müşrik olursan, malın və qanın hədərə gedəcəkdir!
Görəsən, şəfaət batildirmi? Xeyr; çünki bütün alimlərin fikir birliyinə əsasən, bu iş caizdir. Peyğəmbərin şəfaət məqamı yoxdurmu? Hamısı deyirlər ki, vardır. Bəs bu işin düyünü hardadır?! Onlar deyirlər ki, o həzrət şəfaət məqamına malikdir, lakin bunu ondan istəmə, əks halda kafir olarsan! Çünki Qur`an buyurur ki, ərəb müşrikləri deyirdilər: «Biz bütlərə buna görə pərəstiş edirik ki, onlar bizim Allah yanındakı şəfaətçi­lərimizdir.» Sizin işləriniz də ərəb müşrik­lərinin işlərinə oxşayır!
Biz deyirik: – Onlar bütlərə pərəstiş edir­di­lər, biz isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və onun ailəsinə heç vaxt pərəstiş etmirik, şəfaət istəməyin ibadət və pərəstişlə heç bir əlaqəsi yoxdur.
Deyirlər: – Biz dediyimiz kimidir!
Biz deyirik: – Qur`an özü günahkarlara gös­tə­riş verir ki, Peyğəmbərin yanına gedərək ondan, Al­lah dərgahında günahlarının bağışlanması üçün şəfaət etməsini istəsinlər, Allah da onları bağış­lasın:
وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوکَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِیمًا
“Əgər müxaliflər özlərinə zülm (Allahın fərman­la­rına itaətsizlik) etdikləri zaman sənin yanına gəl­səydilər və Allahdan bağışlan­maq istəsəydilər, Pey­­ğəmbər də onlar üçün istiğ­far etsəydi, Allahın töv­­bə qəbul edən və mehri­ban olduğunu mütləq görər­dilər.”[3]
Bundan da aşkarı Yə`qub (əleyhis-salam)-ın hadisəsidir. Övlad­ları Yusifə qarşı gördükləri səhv və günahlarını ata­la­rının yanında e`tiraf etdikdən sonra xahiş etdilər ki, Allah dərgahında onlar üçün şəfaət etsin. Onlar dedilər:
قَالُواْ یَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا کُنَّا خَاطِئِینَ قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّیَ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیمُ
“Atacan, Allah yanında bizim günahla­rı­mızın ba­ğışlanmasını istə, çünki biz xətakar idik. Atası de­di: Tezliklə sizin üçün Pərvər­di­ga­rımın yanında ba­ğış­lanmaq istəyəcəyəm, çünki O, bağışlayan və mehribandır.”[4]
Həzrət Yə`qub (əleyhis-salam) bu istəyi – Allah yanında şəfaət istəyini nəinki inkar etmədi, üstəlik onu alqışla qarşıladı.
Görəsən, Allah Peyğəmbəri (nəuzu billah!) öz övladlarını küfrə, şirkə də`vət edərmi?!

[1] Bu sözlərin ərəbcəsi əvvəldə qeyd olundu.
[2] «Bəqərə» surəsi, ayə:255.
[3] «Nisa» surəsi, ayə:64.
[4] «Yusüf» surəsi, ayə:97-98.

 

 

YERSİZ BƏHANƏLƏR...z) İBADƏTİN MƏFHUMU
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma