YERSİZ BƏHANƏLƏR...

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
d) QUR`ANDA DUANIN MƏFHUMU q) ŞƏFAƏTİN MƏFHUMU

Maraqlıdır ki, təəssübkeş vəhhabilər cavab verməyə qadir olmadıqları üçün buraya çatanda sözlərini dəyişir və deyirlər: «Yuxarıdakı ayə, bu iki peyğəmbərin həyatda olduğu vaxta aid idi, lakin ölümdən sonra cansız, ruhsuz bir əşya formasına düşdüyü zaman onların əlindən heç nə gəlməz! Peyğəmbərin də vəfatından sonra ondan şəfaət istəməyin faydası yoxdur!»
Diqqət yetirin ki, burada artıq şirk və küfr məsələsi unudulur və “əbəslik” məsələsi irəli çəkilir. Onlar deyirlər ki, həyatlarında onlardan şəfaət istəmək nə şirkdir, nə də küfr; lakin ölümündən sonra olarsa, bu əbəs bir işdir. Bu da həqiqətdə əvvəlki bütün iddiaları geri götürmək deməkdir.
Biz isə deyirik: Bu iş nə küfrdür, nə də əbəsdir; çünki heç bir müsəlman özünə icazə verməz ki, «Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in məqamı Bədr və Ühüd müharibələrində şəhadətə çatan şəxslərin məqamından azdır» (halbuki, onlar diridir və Allah yanında ne`mətlərdən bəhrələnirlər. («Ali-İmran», 169) və «Peyğəmbəri-Əkrəm (nəuzu billah!) adi bir daş kimidir! Desin! Hansı cəfakar belə sözləri deyər?!
Onların səhvləri aşağıdakı ayələri düzgün başa düşməməkdən irəli gəlir: Qur`an Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə buyurur:
إِنَّکَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِینَ
“Şübhəsiz, sən öz sözlərini ölülərin qulağına çat­­dıra bilməzsən; karları, sənə arxa çevirdikləri zaman, çağıra bilməzsən!”[1]
Halbuki, bu, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə, yaxşı əməl sahiblərinə, pak insanlara deyil, adi insanlara aiddir.
Onlardan soruşmaq lazımdır ki, nə üçün na­maz­da o həzrətə salam göndərib «Əssəlamu əleykə əyyu­hən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh» de­yir­siniz?! Öz əqidənizə görə, heç bir şeyi dərk et­mə­yən (nəuzu billah!) bir şeyə salam göndərir­siniz?!
Həmçinin soruşuruq ki, sizin
إِنَّ اللَّهَ وَمَلَائِکَتَهُ یُصَلُّونَ عَلَى النَّبِیِّ یَا أَیُّهَا الَّذِینَ آمَنُوا صَلُّوا عَلَیْهِ وَسَلِّمُوا تَسْلِیمًا
Həqiqətən, Allah və Onun mələkləri Peyğəm­bərə sa­lavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona sa­la­vat göndərin, salam deyin və onun əmr və fərman­larına sözsüz təslim olun!” - ayəsinin ölümündən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə aid olmasına əqidəniz varmı?! Əgər əqidəniz varsa, deyin görək, Allah və mö`minlər rəhmət və salamı kimə göndərirlər?! (Nəuzu billah) heç bir şeyi dərk etməyən bir şəxsəmi?!
Nə üçün o həzrətin qəbrinin baş tərəfində bu ayəni yazıb vurmusunuz:
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَکُمْ فَوْقَ صَوْتِ النَّبِیِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ کَجَهْرِ بَعْضِکُمْ لِبَعْضٍ أَن تَحْبَطَ أَعْمَالُکُمْ وَأَنتُمْ لَا تَشْعُرُونَ
“Ey iman gətirənlər! Öz səsinizi Peyğəm­bə­rin sə­sin­dən ucaya qaldırmayın, onun qarşı­sın­da ucadan da­nış­mayın (haray-həşir qoparmayın); necə ki, sizlərdən bə`ziniz başqalarınızın qar­şı­sında uca səslə danışır. Əks halda, sizin əməl­­ləriniz bilmədiyiniz halda məhv olub aradan gedər.”[2]
Nə üçün icazə vermirsiniz ki, bir şəxs orada (Peyğəmbərin pak qəbrinin kənarında) öz səsini ucaltsın?! Əgər Peyğəmbərin vəfatından sonra o həzrət barəsində bu əqidəyə malik olub «ölümdən sonra (nəuzu billah) heç nəyi dərk etmir» deyirsinizsə, bir-birinə zidd olan bu sözlərin nə mə`nası vardır?!
İnsafla deyin: belə bir əqidə sizin məsləkin ömrünün sona çatmasına bir dəlil deyildirmi?!

[1] «Nəml» surəsi, ayə:80.
[2] «Hucərat» surəsi, ayə:2.

 

 

d) QUR`ANDA DUANIN MƏFHUMU q) ŞƏFAƏTİN MƏFHUMU
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma