YENİ VƏHHABİLƏR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Vəhhabiyyət iki yol ayrıcında
2-DİGƏR ŞÜCAƏTLİ BİR YAZIÇININ FƏRYADLARI Lazımİ xəbərdarlıqlar


Bu məqalənin axırında iki məsələnin qeyd edilməsi zəruri nəzərə çarpır:
a) Yeni vəhhabi sinfi
Hal-hazırda süquta uğramaqda olan qrup – təəssübkeş, geriçiliyə meyl edən və təhlükəli vəhhabilərdir. Onlar bütün müsəlmanların – özlə­rindən başqa – canını və malını mübah (hədər) sayırlar. Lakin mö`tədil əqidəli yeni sinif zühur etmək­dədir. Əksər hallarda ali təhsilli cavan­lardan, hətta böyük alim və müəllimlərdən təşkil olunan, çoxu da bir-birilə həmahəng olan bu sinfin aşağıdakı xüsusiyyətləri vardır. Onlar:
1-Müsəlmanları şirkdə müttəhim etmirlər, qan axıdılmasından bizardırlar; başqalarının əqidələrinə ehtiram qoyur, onlara küfr və bid`ət damğası vurmurlar.
2-İslam məzhəbləri arasında məntiqi dialoqu alqışlayır, başqalarının sözlərini eşitməyə meyl göstərir və onların kitablarını da oxuyurlar.
3- Allahın Kitabı və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsində Haramlığına dair heç bir dəlil olmayan və bugünkü həyatın müsbət və yeni təzahürləri olan şeyləri bid`ət saymırlar, böyük İslam rəhbərlərinin xatirəsinin yad edilməsilə müxalif deyildirlər; onlar ürfi və şər`i qayda-qanunlar arasında fərq qoyurlar.
4-Qadınlara, İslami hicabı və iffət me`yarlarını qoruyub-hifz etmək şərtilə cəmiyyətdə faydalı, müsbət, qurucu fəaliyyətlər göstərmək, elm kəsb etmək icazəsi verirlər.
5-Bir sözlə, keçmişdəki kobud və ifratçı fikirlərə yenidən nəzər salmaqla eyni zamanda, sair İslam firqələrilə qarşılıqlı anlaşma şəra­itində fəaliyyət göstərməyə meyl göstərirlər. Onların qəzəb və nifrəti o kəslərə doğru yönəlir ki, müsəlmanları kökündən məhv etmək məqsədini güdsünlər; bunlar zamanın keçməsi ilə təəssübkeş, son dərəcə kobud və qansız olan vəhhabilərin yerini tutacaqlar. Bu qrupun elmi və mədəni me`yarlardan faydalanması həcc və ümrə mövsümündə kamil şəkildə müşahidə olunur. Son dövrlərdə yazılan kitablarda onların əsər-əlamətləri tam şəkildə hiss olunmaqdadır.
Bizim əqidəmizcə, əvvəlki dəstənin aradan gedib yeni dəstənin zühur etməsi dünya səviyyəsində İslamdan münasib simvol təqdim edilməsinə kömək və əvvəlki sələfilərin kobud və doqmatik əqidə­lə­ri­nə görə, xətərə düşmüş olan bu pak dinin cazibədarlığını müəyyən qədər cübran edə bilər və inşallah, «Allahın dininə dəstə-dəstə daxil olarlar» – ayəsinin gerçəkləşməsinə müqəddimə yarada bilər, bu da İslamın dünya səviyyəsində özünün həqiqi yolunu tapmasına kömək edər.
Bütün dünya müsəlmanları belə bir sinfin yaranmasını alqışlayır və onu, müsəlmanların zəiflədilib təhqir edilməsinə gecə-gündüz çalışan düşmənlər müqabilində İslami qardaşlığın və müsəlmanların cərgələrinin müttəhid olub möhkəmlənməsində mühüm bir amil hesab edirlər. «Məfahimu yəcibu ən tusəhhəhə» kitabı barəsində qeyd olunanlar, eləcə də müxtəlif ölkələrdəki İslam alimlərinin o kitaba əlavələr edib müqəddimə yazması bu gerçəkliyə digər bir şahiddir.
Səudiyyə rəhbərləri ölkə sərhədlərini İslami kitab­ların və başqa müsəlman ölkələrinin yazı­çı­ları­nın üzünə açmaqla, İslam məzhəbləri arasında məntiqi dialoqa, bu ölkələrin alimləri arasında gediş-gəlişə şərait yaratmaqla bu məsələyə kömək etməlidirlər, çünki bu həm onların özünün, həm də bütün İslam dünyasının xeyrinədir.
b) Ğulatların təhlükəsi
Şübhəsiz, ifratçı vəhhabilik ideyasının inkişaf amillərindən biri də dünya müsəlman­la­rın­dan bir qrupunun arasında yaranan ğulat yönlü ifratçılıq olmuşdur. Yə`ni savadsız və nadan insanlar din böyükləri barəsində ğülüvv edərək onla­rı übudiyyət dərəcəsindən də yuxarı qaldırıb ila­hi­ləşdirmiş və onları Allahın şəriki qərar ver­mişlər.
Şübhəsiz, onların təhlükəsi ifratçı vəhhabi­lərin təhlükəsindən heç də az deyildir; əgər bunlar olmasaydı, vəhhabilərin əlinə heç bir bəhanə düşməzdi. İslami tövhidlə uyğun olmayan və Kitab və sünnədə heç vaxt gəlməyən tə`birlər, o cümlədən Pərvərdigarın xüsusi sifətlərindən olan Xaliqus-səmavati vəl-ərəzin, Ərhəmur-rahimin və s. şeylər ilahi övliyaların barəsində işlədilmə­məlidir, çünki nə onların özü bu işlərə razıdır, nə də bu işlər İslamın tə`limləri ilə uyğundur.
Bə`zi cahillərin bu məsələyə israr etməsi nəticəsində nadanlıqda yuxarıdakı qrup kimi olan təfritçilərdən bə`ziləri mübarizəyə qalxaraq demişlər ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in vəfatından sonra (nəuzu billah) o həzrəti əlindən heç bir iş gəlmir, hətta mö`minlər üçün dua və şəfaət də edə bilməz, onun ziyarətinə getmək bid`ət və haramdır!
Həmçinin, müxtəlif xurafatlara qapılaraq tövhid prinsiplərindən və sair dini tə`limlərdən uzaq düşən, misal üçün, atın nalını xoşbəxtlik amili bilən, göz qapağının atdanmasını pis bəxt nişanəsi hesab edən, 13 ədədini nəhs və pis bir şey kimi qələmə verən, filan quşun səsinin bərəkətli, filan quşun səsinin isə pis olduğunu deyərək, onların xaliqini unudanlar və s. çox böyük səhvə düçar olmuşlar.
Məhz belə yerdə Əli (əleyhis-salam) buyurmuşdur: «Mə­nim ba­rəm­də iki qrup həlak olmuşlar (və yolla­rı­nı azmış­lar): həddini aşan dostlar və bədxah düş­mənlər.»[1]
Xəvaric və nasibilər ğulatın yaranmasına səbəb olmuş, ğulat da öz növbəsində xəvaricin bazarını qızışdırmışlar.
Məhz buna görə də İslam alimlərinin həmişəki, xüsusilə bu dövrdəki vəzifələri çox ağırdır. Çünki, bir tərəfdən ğulatları hidayət etməli, digər tərəfdən də ifratçı vəhhabilərin səfsətələrinə cavab verməlidirlər. Bu kimi məsələlərlə əlaqədar savadsız insanlar arasında müvazinəti qoruyub-saxlamaq necə də çətindir. Hətta bəzən zahirdə alimlərin cərgəsində olan bə`zi insanlar bu iki tərəfdən birinə meyl edərək yollarını azırlar.

[1] «Nəhcül-bəlağə», qısa kəlamlar, səh. 117.

 

2-DİGƏR ŞÜCAƏTLİ BİR YAZIÇININ FƏRYADLARI Lazımİ xəbərdarlıqlar
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma