Son söz

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
1-Təqiyyə nədir?Qur’anın təhrİf olunmamasına daİr əqlİ və nəqlİ dəlİllər

8-Allah dərgahında böyük sayılan günahlardan biri də baş­qalarını, heç nə demədiyi, yerinə yetirmədiyi işlərdə müttəhim etməkdir.
Biz hər yerdə demişik və indi də deyirik: şiənin bö­yük alim və mühəqqiqlərindən heç bir kəs Qur’anın təh­rif edilməsinə inanmamış və indi də inanmırlar, la­kin bə’zi inadkar və təəssübkeş qruplar yenə də bu töhməti tək­rar­layırlar. Onların Qiyamət günündə Allah qarşısında nə cavab hazırladıqları mə’lum deyildir, çünki həm belə töh­mətlər vurur, həm də Qur’anı e’tibardan salırlar. Əgər sizin bəhanələriniz zəif rəvayətlərdən bə’ziləri­dir­sə, onda öz kitablarınızda, hədis və təfsir mənbə­lə­ri­niz­də də bu kimi rəvayətlər qeyd olunmuşdur ki, yuxarıda ona işarə etdik.
Heç bir məzhəb zəif rəvayətlər əsasında qurulmur: biz heç vaxt İbni Xətib Misrinin «Əl-Furqan fi təhrifil-Qur’­­an» kitabına, eləcə də təhrifi göstərən zəif rəvayət­lə­­rə istinad edərək sizi Qur’anın təhrif olunmasına e’ti­­qad­da müttəhim və Qur’ani-məcidi təxribatçı təəssüb­lə­rə fəda etmirik.
İnsaflı olun və Qur’anın təhrif olunması barəsində bu qədər danışmayın, İslama, müsəlmanlara zülm etməyin, məzhəb təəssübləri xatirinə dünya müsəlmanlarının əsl sər­mayəsi olan Qur’ani-məcidin e’tibarını təhrif kəlmə­lə­­rini təkrar etməklə azaltmayın, düşmənin əlinə bəhanə ver­məyin! Siz əgər bu yolla şiə və Əhli-beyt məktəbinin ar­dıcıllarından intiqam almaq istəyirsinizsə, onu bi­lin ki, özünüzdən asılı olmayaraq, İslamın əsaslarını sar­sıt­­mı­sınız; çünki müxaliflər deyirlər ki, müsəl­man­lardan böyük bir qrupu Qur’anın təhrif olunmasına e’tiqad bəsləyir, bu da Qur’an barəsində böyük bir zülmdür!
­Sonda bir daha və aşkar şəkildə deyirik: şiə və sünnü mühəq­qiqlərindən heç bir şəxs Qur’anın təhrif olun­masına inanmır, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-ə nazil olan Qur’an hal-hazırda müsəlmanların əlində olan Qur’anlarla tamamilə eynidir. Qur’anın özünün aşkar buyurduğuna əsasən, onlar inanırlar ki, Allah-Taala Qur’anın hər növ dəyişiklikdən, təhrifdən və zavaldan hifz olunmasına zəmanət vermişdir. Lakin hər iki tərəfdən bu elmlərdən mə’lumatı olmayan təəssübkeşlər Qur’anın təhrif olunması ilə əlaqədar biri digərinə yer­siz ittihamlar vurur və təəssüflər olsun ki, bir-birinin başına çırpırlar.
Allah-taala onların hamısını hidayət etsin!

1-Təqiyyə nədir?Qur’anın təhrİf olunmamasına daİr əqlİ və nəqlİ dəlİllər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma