Şəhvətbazlar və kİnlİ tənqİdçİlər!

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Müt’əni kim qadağan etdi?Sui-istifadələr

Müvəqqəti nikah Allahın Kitabı, Peyğəmbər sünnəsi və ümmətin icmasında
Allahın Kitabında müvəqqəti nikah «müt’ə» (istim­ta’) ünvanı ilə «Nisa» surəsinin 24-cü ayəsində bəyan edil­­miş­dir:
فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِیضَةً
«Müt’ə etdiyiniz qadınların mehriyyələrini vacib olaraq verməli­siniz.»
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olu­nan çoxlu rə­vayət­lər­də «müt’ə» – müvəqqəti nikah mə’nasın­da qeyd edilmişdir (gələ­cək bəhs­lərdə bu rəvayətlərdən bir çoxunu təqdim edəcəyik). Bundan əla­və, islam fəqihlə­rinin kitablarında – istər şiə, istərsə də sünnü – hər yerdə müvəqqəti nikah müt’ə kimi tə’bir olun­muş­dur. Bu mət­lə­bin inkar olunması da islamın danıl­maz, zəruri hökmlərinin in­kar olunması qəbilindəndir. (Fəqihlərin kəlamlarının bir qismini də qeyd edəcəyik). Bununla belə, bə’ziləri israr edir­lər ki, ayədəki «istimta’» sözünü «ləzzət almaq və ya­xınlıq etmək» kimi təfsir etsinlər. Onlar demişlər ki, ayənin məfhumu budur: «Qadınlarınızdan cinsi bəhrə aldığınız zaman onların mehriyyəsini verin.»
Bu cür mə’nanın iki iradı vardır:
1-Mehriyyənin verilməsinin vacibliyi əqdin tələbinə əsasəndir; yə’ni əqd hasil olan kimi qadın öz mehriyyə­si­nin hamısını tələb edə bilər, hətta duxul hasil olmasa və eləcə də mülaibə əncam verilməmiş olsa belə. (Amma əgər duxul­dan qabaq təlaq baş verərsə, mehriyyənin yarısı ve­ril­məlidir!)
2-Qeyd etdiyimiz kimi, «müt’ə» kəlməsi həm şəriətdə, həm də sünnü və şiə fəqihlərinin kəlamında, eləcə də rəvayət­lərin dilində «müvəqqəti əqd» mə’nasında gəlmiş­dir ki, onun mənbələrini geniş şəkildə araşdıracağıq.
Məşhur müfəssir mərhum Təbərsi «Məcməul-bəyan» kitabında (bu ayənin təfsirində) buyurur ki, ayənin təfsi­rində iki nəzəriyyə mövcuddur:
Birinci nəzəriyyə: bu ayədəki «istimta’»nı ləzzət almaq kimi təfsir edənlər... Bundan sonra səhabə, tabein və bu kimi şəxslərdən olan bir qrupu sayır, sonra deyir: “Bu ayədə məqsədin müt’ə əqdi və müvəqqəti nikah oldu­ğunu deyən ikinci qrup İbni Abbas, İbni Sədi, İbni Məs’ud və tabeindən olan bir qru­pun nəzəriyyəsidir.” O, sözünün davamında buyurur: “İkinci nəzəriyyənin düz­lü­yü tamami­lə aşkardır, çünki «müt’ə» və «istimta’» kəl­mə­ləri şəri­ət ürfündə müvəqqə­ti nikaha işa­­rədir. Bundan əlavə, (dai­mi əqddə) qadın­la­rın meh­riy­yə­sinin vacib olması onlardan ləzzət al­maq­la şərt­lən­mir.”[1]
Qurtəbi öz təfsirində yazır: “Cumhurun əqidəsinə əsa­­sən, bu ayədən məqsəd müvəqqəti nikahdır ki, isla­mın əvvəllərində olmuşdur.”[2]
Süyuti «Əd-Durrul-Mənsur» kitabında, Əbu Həyyan, İbni Kəsir və Səaləbi də «Təfsir» adlı kitablarında məhz bu mə’nanı qeyd etmişlər.
İslam alimlərinin hamısının arasında – istər sün­nü, istərsə də şiə – danılmaz bir məsələdir ki, müvəqqəti nikah Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə mövcud idi, lakin sün­nü fəqihlərindən böyük bir qrupu inanır ki, bu hökm son­radan qüvvədən salınaraq nəsx olunmuşdur. Amma nəsx olunmanın vaxtına gəldikdə isə, onların arasında nəzərə çarpacaq dərəcədə kəskin ixtilaf vardır. Məşhur alim Nəvəvinin «Səhihi Müslüm»ə yazdığı şərhdəki nəzəriyyə­sini qeyd edirik. O yazır:
1-Bə’ziləri demişdir ki, Xeybər qəzvəsində əvvəlcə halal olmuş, sonra qadağan edilmişdir.
2-Yalnız ümrətül-qəzada halal idi.
3-Məkkənin fəthində əvvəlcə halal, sonra isə haram edilmişdir.
4-Təbuk qəzvəsində (hicrətin 9-cu ilində) qadağan edilmişdir.
5-Yalnız Ovtas müharibəsində (hicrətin 8-ci ilində) bu işə icazə verilmişdir.
6-Həccətül-vidada (hicrətin 10-cu ilində) halal olunmuşdur.[3]
Maraqlıdır ki, bu zəminədə çoxlu rəvayətlər nəql olun­­muşdur, xüsusilə onun Xeybərdə və Həccətül-vidada qa­­da­­ğan olunması məşhur bir nəzəriyyədir. Sünnü fəqih­lə­rindən bir qrupu bu iki rəvayət arasındakı təzadı ara­dan qaldırmaq üçün çox zəhmətlərə düşmüş, amma müna­sib bir çıxış yolu göstərə bilməmişlər.[4]
Bundan da qəribəsi Şafeidən nəql olunandır:
لا اعلم شیئا احل الله ثم حرمه ثم احله ثم حرمه الا المتعة
«Mən müt’ə kimi elə bir şey tanımıram ki, Allah onu bir gün halal etsin, sonra onu haram; sonra yenidən halal, daha sonra haram etmiş olsun! Yalnız müt’ə belə­dir.»[5]
Halbuki, İbni Həcər, Süheylidən nəql edir ki, «müt’ə­nin Xeybər qəzvəsində haram edilməsi elə bir məsələdir ki, tarix və xəbər ravilərindən heç biri onu nəql etmə­miş­dir.»[6]
7-Digər bir nəzəriyyə budur ki, müt’ə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə mövcud idi və sonralar Ömər (öz xi­la­fə­ti dövründə) onu qadağan etmişdir. Sünnü qardaş­ların nəzərində ən mö’təbər hədis kitablarından biri olan «Səhihi Müslüm»də belə oxuyuruq:
İbnu Əbi Nəzrə deyir ki, Cabir ibni Əbdüllah Ənsa­ri­­nin yanında idim, İbni Abbas və İbni Zübeyr qadın­la­rın müt’əsi və həcc müt’əsi (təməttö’sü) barəsində bir-bi­ri ilə ixtilafa düçar oldular (həcc tə­mət­tösü budur ki, ümrə ilə həcc arasında fasilə salın­sın). İbni Zübeyr so­ruşdu: «Sənin nəzərin nədir?» O dedi: «Biz Peyğəmbərin dövründə hər ikisini yerinə yetirirdik. Nəhayət Ömər onu qadağan etdi, biz də bu işi tərk etdik.»[7]
«Səhihi Müslüm»də mövcud olan belə bir aşkar dəli­lin varlığı ilə belə, müt’ənin Peyğəmbər dövründə qada­ğan edilməsini iddia etmək olarmı?!

 


[1] «Məcməul-bəyan», 3-cü cild, səh.60.
[2] «Təfsiri Qurtəbi», 5-ci cild, səh.120; «Fəthül-Qədir»,1-ci cild, səh.449.
[3] «Səhihi Müslüm»ün şərhi, 9-cu cild, səh.191.
[4] «Səhihi Müslüm»ün şərhi, 9-cu cild, səh.191.
[5] «Əl-muğni», İbni Qudamə, 7-ci cild, səh.572
[6] «Fəthül-Bari», 9-cu cild, səh.138.
[7] «Səhihi Müslüm», 4-cü cild, səh.59, hədis:3307, «Darul-fikir» Beyrut.

 

 

Müt’əni kim qadağan etdi?Sui-istifadələr
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma