2-Səcdə Allahdan qeyrisi üçün caiz deyildir!

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
3-Nəyin üzərinə səcdə etməliyik?1-İbadətlər arasında səcdənin əhəmiyyəti

Biz inanırıq ki, Allahın pak və müqəddəs zatından baş­qa bir şey üçün səcdə etmək caiz deyildir. Çünki səcdə xü­zu­nun (bəndəçilik izhar etməyin) son həddi, pərəstişin ba­riz nümunəsidir, bəndəçilik də yalnız Allaha məxsus­dur.
«Və lillahi yəscudu ma fis-səmavati vəl-ərz» tə’bi­rində[1] «lillah» ifadəsinin «yəscudu» cümləsindən qabağa keç­məsi həsrə dəlalət edir; yə’ni asimanda və yerə olan­ların hamısı yalnız və yalnız Allah üçün səcdə edirlər!
Həmçinin, «Ə’raf» surəsinin 206-cı ayəsindəki «ləhu yəscudun» cümləsi də səcdənin yalnız Allaha məxsus olmasının digər bir bəyanedicisidir.
Ümumiyyətlə, səcdə xüzunun (bəndəçilik izhar etmək) son dərəcəsidir və o, Allaha məxsusdur. Əgər başqa bir şəx­­­sə, yaxud digər bir şeyə səcdə etsək, onu Allahla eyni sə­viy­­yədə qərar vermiş olarıq ki, bu da düzgün iş deyil­dir.
Tövhidin mərhələlərindən biri də ibadətdə tövhid­dir. Yə’ni ibadət və pərəstiş yalnız Allaha məxsusdur və bu iş olmadan tövhid kamil olmaz. Başqa sözlə desək, Allahdan qeyrisinə səcdə etmək şirkin qismlərindən biri və səcdə də bir növ pərəstiş olduğu üçün, deməli, Allahdan başqasına səcdə etmək caiz deyildir.
Amma Qur’anın bir neçə ayəsində gəldiyi kimi, mələk­lər­in Adəmə səcdə etməsinə gəldikdə isə, müfəssirlər bu­yur­muşlar ki, burada səcdə Adəmə ehtiram, tə’zim və onu əziz­ləmək mə’nasına olmuşdur, amma əsla pərəstiş mə’na­sın­da deyilmiş; əksinə, mələklərin məqsədi bu şe’rdə deyilən­dir:
Zibəndeyi sitayiş an afərideqarist,
Kar çenin del aviz nəqşi zema və tini.
Yə’ni:
Tə’rif yalnız o Kəsə layiqdir ki,
Sudan, palçıqdan belə bir qəlb yaratdı!
İkinci ehtimala görə, səcdə Allahın fərmanı ilə ol­du­ğu üçün, əslində Allah dərgahında bəndəçilik məq­sə­di­lə olmuşdur. Digər bir ehtimal da budur ki, səcdə Allaha şükür etmək məqsədi ilə yerinə yetirilmişdir.
Yə’qub (əleyhis-salam)-ın özü, övladları və həyat yoldaşının Yusif (əleyhis-salam)-ın qarşısında səcdə etmələri (“xərru ləhu succədən – onun qarşısında hamılıqla səcdəyə düşdü­lər”)[2] ya Pərvərdigari-aləm qarşısında şükür səcdəsi, ya da ehtiram və tə’zim mə’nasına olmuşdur.
Maraqlıdır ki, şiələrin mö’təbər mənbələrindən olan «Vəsa­iluş-şiə» kitabının “namazın səcdələri” bölməsində «Allah­dan qeyrisinə səcdə caiz deyil» - ünva­nı ilə bir fəsil qeyd edilmiş və orada əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-dən və mə’sum imamlardan yeddi rəvayət nəql olunmuşdur. Bu rəvayətlərdə Allahdan qeyrisi üçün səcdə edilməsi caiz hesab edilməmişdir.[3] (Bu mətləbi yaxşı yadda saxlayın, gələn bəhslərdə ondan nəticə alacağıq.)

 


[1] «Rə’d» surəsi, 15.
[2] «Yusuf» surəsi, 100
[3] «Vəsailuş-şiə», 4-cü cild, səh.984.

3-Nəyin üzərinə səcdə etməliyik?1-İbadətlər arasında səcdənin əhəmiyyəti
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma