Namazın beş vaxtda qılınmasına israr etməyin İslam cəmiyyətlərinə qoyduğu tə’sirlər

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
İki namazın birlikdə qılınmasını göstərən rəvayətlərMəsələnİn qoyuluşu

Nə üçün İslam dini Ərəfatda zöhrlə əsri, Məş’ər gecə­si isə məğriblə işa namazlarını birlikdə qılmağa ica­zə vermişdir?!
Nə üçün sünnü alimlərinin çoxu Nəbəvi rəvayətlərinə uyğun olaraq, səfərdə və yağış yağan zaman iki namazı bir yerdə qılmağı caiz bilmişlər?! Şübhəsiz, bu iş ümmətin işinə asanlıq bağışlamaq məqsədi daşıyır. Bu tələb edir ki, digər çətinliklərdə də – istər keçmişdə, istərsə də hal-hazırda – iki namazın bir yerdə qılınmasına icazə verilsin.
Bizim əsrimizdə insanların məişət və yaşayışı özü­nə tamamilə başqa bir vəziyyət almışdır: zavod, fab­rik və karxanalardakı fəhlələrin çoxu, dövlət müəs­sisələrin­dəki işçilər və idarələrdəki qulluqçular, təhsillə məşğul olan tələbələr dərs otaqlarında beş dəfə namaz qılmağa vaxt tapmırlar və yə’ni beş dəfə namaz qılın­ması onların işini çətinləşdirir.
Əgər əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-dən və Əhli-beyt imam­ları­ndan nəql olunan rəvayətlərə uyğun olaraq, iki namazın birlik­də qılınmasına icazə verilsə, camaatın namaz ilə əlaqədar iş­ləri asanlaşacaq və onların çətinlikləri həll ediləcəkdir. Əks hal­da isə, namazın tərk olunması halları çoxalacaq, namazı tərk edən­lərin sayı artmağa başlayacaqdır. Bəlkə də həmin səbəbə görə, xəbər verildiyi kimi, sünnü cavanlarının çoxu namazı tərk etmişlər, halbuki şiə cavanları arasında namazı tərk edənlər çox azdır.
Həqiqət budur ki, gərək Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olu­nan «mən asan bir şəriət üçün məb’us olunmuşam» hə­di­­si, eləcə də çoxlu hədislərin məzmununa əsasən, nama­zın beş vaxtda, özü də camaatla qılınmasının fəzilətinə tə’­kid edilməklə yanaşı, camaatın öz namazlarının üç vaxt­da qılınmasına da icazə verilsin, hətta bə’zən onu fü­rada surətdə əncam versinlər ki, onların məişət çətin­likləri namazın tərk olunmasına gətirib çıxar­masın.
 İndi Qur’ani-məcidə və Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in rə­va­yətlərinə müraciət edir, bu məsələni tam bitərəf şə­kil­də, təəssübsüz araşdırırıq.

 

 

İki namazın birlikdə qılınmasını göstərən rəvayətlərMəsələnİn qoyuluşu
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma