8.Dəstəmazda ayaqlara məsh çəkmək

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Qəribə yozumlar2-Qur’anda üç namaz vaxtı

Dəstəmazda ayaqlara məsh çəkilməsi bir qrup sünnü alimlərinin şiələrə və Əhli-beyt ardıcıllarına tutduğu iradlardan digər biridir. Onların özü isə əksər hallarda ayaqların yuyulmasını vacib bilir və məsh çəkilməsini kifayət hesab etmirlər. Halbuki, Qur’ani-məcid ayaqlara məsh çəkilməsini aşkar şəkildə göstərir. Əhli-beyt mək­tə­binin ardıcıllarının əməli də Qur’an ayəsi və Peyğəm­bər (səlləllahu əleyhi və alih)-in bir çox hədisləri ilə müvafiqdir. Bu hədis­lərin sayı otuzdan artıqdır.
Səhabə və tabeinlərdən çoxunun əməli (tabein-səha­bə­lərdən sonra gələnlərə deyilir) ayağı yumağa yox, ona məsh çəkməyə iltizamlı idilər.
Lakin təəssüflər olsun ki, müxaliflərdən bir qrupu bu dəlillərə e’tina etmədən, bizə həmlə edərək bu məktə­bin ardıcıllarını çox çirkin, kobud və haqq-ədalətdən uzaq olan sözlərlə məzəmmət etmişlər.
Sünnülərin məşhur alimlərindən olan İbni Kəsir özünün «Təfsirul-Qur’anil-əzim» kitabında yazır:
«Rafizilər (məqsədi Əhli-beyt ardıcıllarıdır) dəs­təmazda ayaqların yuyulması ilə müxalifət etmiş, cə­ha­lət və zəlalət üzündən və heç bir sənədə istinad et­mədən məsh çəkməyi kafi bilmişlər, halbuki Qur’anın şərif ayə­si bunun (yuyulmanın) vacibliyini çatdırır, Peyğəm­bə­rin əməli də ayəyə uyğun olmuşdur. Onlar bütün bunlarla be­lə, (ayağın yuyulması ilə) müxalifət etmişlər və həqi­qət­də öz müddəalarına heç bir dəlilləri yoxdur.»[1]
Sünnü alimlərindən digər bir qrupu da gözübağlı, kor-koranə şəkildə onun sözlərinə tabe olmuş, bu məsələ ba­rəsində heç bir tədqiqat aparmadan, istədikləri hər yaramaz sözləri şiələrə demiş, töhmətləri yağdırmışlar.
Sanki onlar öz dinləyicilərinin hamısını avam xalq kütlələri hesab edərək fikirləşməmişlər ki, nə vaxtsa alim və tədqiqatçılar onların sözlərini təkzib və özlərini İslam tarixi qarşısında xəcalətli edəcəklər.
İndi hər şeydən öncə, Allahın Kitabı – Qur’ani-mə­cidə nəzər salırıq. «Maidə» surəsinin 6-cı ayəsində (bu surə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olan axırıncı surədir) belə buyurulur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَکُمْ وَأَیْدِیَکُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِکُمْ وَأَرْجُلَکُمْ إِلَى الْکَعْبَینِ
“Ey iman gətirənlər! Namaz qılmaq istədiyiniz vaxt üzünüzü və əllərinizi dirsəyə qədər yuyun, başı­nızın və ayağınızın bir hissəsinə məsh çəkin.”
Aydındır ki, bu ayədə «ərculəkum» (ayaqlarınızı) kəl­mə­­si, وَ (və) bağlayıcısının vasitəsi ilə «ruusəkum» (baş­la­­rı­nıza) kəlməsinə bağlanmışdır və buna görə də hər iki­­sini yumaq deyil, məsh çəkmək lazımdır, istər «əydi­yə­kum» kəlməsini fəthə ilə oxuyaq, istərsə də kəsrə ilə (diq­qət edin).[2]
Deməli, Qur’ani-məcid hər bir halda, ayaqlara məsh çəkil­məsini göstəriş vermişdir.

 


[1] «Təfsirul-Qur’anil-əzim», 2-ci cild, səh. 518
[2] İzah: «Ərculəkum» kəlməsinin hərəkəsində iki növ qiraət mövcuddur. Birincisi kəsrədir ki, məşhur qarilərdən bir qrupu, o cümlədən Həmzə, Əbu Əmr, İbni Kəsir və hətta Asim (Əbu Bəkrin rəvayətinə əsasən) lama kəsrə vermişdir (لِ). Digər məşhur qarilər isə, fəthə ilə oxumuşlar və hazırkı Qur’anların da hamısı onun əsasında yazılmışdır.
Şübhəsiz, bu iki e’rab (hərəkə) arasında mə’naca heç bir fərq yoxdur. Əgər kəsrə ilə oxunsa, aydındır ki, «ruusikum» kəlməsinə bağlanmışdır və onun məfhumu budur ki, dəstəmazda ayaqlarınıza məsh çəkin (necə ki, başınıza məsh çəkirsiniz). Əgər şiələr bu qiraətə uyğun əməl etsələr – belə ki, bunun çoxlu ardıcılları vardır – onlara eyb gətirərmi?!
Əgər fəthə ilə oxusaq, yenə də «buruusikum» kəlməsinin məhəllinə bağlanır; bildiyimiz kimi, onun məhəlli fəthədir, çünki «vəmsəhu» fe’linin məf’uludur (tamamlığıdır). Buna əsasən, hər iki halda mə’nası belədir: «ayaqlarınıza məsh çəkin».
Lakin bə’ziləri belə fikirləşmişlər ki, əgər «ərculəkum»u fət­hə ilə oxusaq, «vucuhəkum» kəlməsinin yerinə bağlanacaq; yə’ni üzü­nüzü və əllərinizi yuyun, başınıza məsh çəkin, həmçinin ayaq­la­rı­nızı. Halbuki, bu söz ərəb ədəbiyyatı qaydalarının əksinə ol­maq­la eyni zamanda, Qur’anın fəsahəti ilə də uyğun gəlmir.
Amma onun ərəb ədəbiyyatı qaydaları ilə müxalif olmasına gəldikdə isə, buna görədir ki, mə’tuf (bağlanan) və mə’tufun ələyh arasında, onlara yad olan bir cümlə yerləşmişdir. Sünnülərin məşhur nəhv alimlərinin sözünə əsasən «ərculəkum» kəlməsinin «vücuhəkum» sözünə bağlanması qeyri-mümkündür. Çünki fəsahətli ərəb kəlamında heç vaxt eşidilməmişdir ki, bir şəxs belə desin: «Zərəbtu Zeydən və mərərtu bi Bəkrin və Əmrən». Yə’ni Zeydi vurdum, Bəkrin yanından keçdim və Əmri (məqsədi də Əmri vurmaq olsun; «Munyətül-müsəlli»nin, şərhi, səh.16). Nəinki fəsahətlərin ən kamili və tamamı olan Qur’an, hətta adi camaat da belə sözlər danışmır. Buna əsasən, bə’zi sünnü mühəqqiqlərinin dediyinə görə, «ərculəkum» kəlməsi nəsb (fəthəli) olduqda «biruusikum»un məhəllinə bağlanır və hər bir halda ayənin məfumu birdir; yə’ni başınıza və ayaqlarınıza məsh çəkin.

 

Qəribə yozumlar2-Qur’anda üç namaz vaxtı
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma