Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Həkimin müalicə zamanı səhlənkarlığı [Təzirlər]

Sual : Bir şəxs bədəninin yanmasına görə xəstəxanaya köçürülür və həkimin müalicə zamanı yol verdiyi səhlənkarlıq ucbatından vəfat edir. Tibbi ekspertizanın verdiyi məlumata əsasən yanığın dərəcəsinin böyüklüyü xəstənin ölümünün əsas amilidir. Həkimin səhlənkarlığı isə xəstənin ölümünün tezləşməsinə səbəb olmuşdur. Belə bir şəraitdə həkim məsuliyyət daşıyırmı?
Cavab: Həkim günaha yol vermişdir və təzir olunmalıdır.

Naməhrəmlə ehtiraslı zarafatlar [Təzirlər]

Sual : Oğlan evlənmək məqsədilə qızı qaçırır və onlar bir müddət bu vəziyyətdə yaşayırlar. Cinsi əlaqədən başqa bəzi işlər də görürlər. Sonra qızın ailə başçılarının razılıqlarını alıb evlənirlər. Oğlan qaçdıqları zaman gördüyü bir yerdə yatmaq, toxunmaq və s. işlərinə görə təzir olunmalıdırmı?
Cavab: Bu işlərin hamısı şəriət baxımından qadağan olunmuş işlərdir və ona təzir düşür.

Oğurluq ittihamı [Təzirlər]

Sual : Əgər bir şəxs başqasına oğurluqda (və yaxud silahlı oğurluqda) ittiham edərək böhtan atsa, amma məhkəmə iclasında öz iddiasını sübut edə bilməsə və müttəhim qanuni şəkildə bəraət qazansa, şəriət baxımından böhtan atan şəxsin cəzası nədir?
Cavab: Belə bir şəxs təzir olunmalıdır və onun (cəzanın) miqdarını şəri hakim təyin etməlidir.

Vəzifəli hərbçinin təzir etməsi [Təzirlər]

Sual : Hərbi qüvvələrin vəzifəli işçisi cinayət törətmiş bir şəxsə sillə vura bilərmi?
Cavab: Şəri hakimin icazəsi olmadan təzir etmək caiz deyil.

Zinaya məcbur etmək [Təzirlər]

Sual : Bir şəxs bir qadınla bir kişini zinaya məcbur etsə, onun (məcbur edənin) hökmü nədir?
Cavab: Ağır şəkildə təzir olunmalıdır.

Gizlində haram işlər qörənlər [Qəzavət]

Sual : Ayrı-ayrı şəxslər öz mənzillərində, xəlvətdə və başqalarına maneçilik yaratmadan aşağıda sadalanan haram işlər görürlər. İcazəli qazı haram iş törətdiklərinə görə belə fərdləri təzir edə bilərmi? Yoxsa belə bir iş görməyə şəri əsas yoxdur? 1) Əxlaqsız video filmlərə tamaşa etmək 2) Günah musiqilərin lent yazılarını dinləmək 3) Əcnəbi qadınların əxlaqsız, intim xarakterli şəkillərini saxlamaq 4) Qumar alətlərini evdə saxlamaq və onlardan şəxsi istifadə.
Cavab: Qazı belə hallar üçün də icazəli olarsa və belə hallar barəsində adi yollarla dəlil-sübutlar (elm) əldə edərsə, təzir etmək lazımdır. Amma əgər bu kimi ölçülər fəsadlarla nəticələnəcəksə, onu məxfi saxlamaq lazımdır. Əgər məhkəməyə çağırmaq, xəbərdarlıq etmək, nəsihət vermək və öhdəlik (iltizam) almaqla bu işdən çəkinərsə, həmin miqdarla kifayətlənmək lazımdır.

Həkim müalicədən imtina edərsə [Təzirlər]

Sual : Əgər həkim müalicədən imtina edirsə və nəticədə xəstə əlil olur (xəsarət alır) və yaxud dünyasını dəyişirsə, onun cəzası nədir?
Cavab: Həkimin cəzası təzirdir.

İqrardan sonra inkar hallarında cəzanın ləğvi [Cəzaların müxtəlif məsələləri]

Sual : İqrardan sonra inkarın, daşqalaq və edam hökmünün götürülməsinə səbəb olduğu hallarda cəza özünün bütün növləri ilə istər daşqalaq, istər edam, istərsə də yüz şallaq zərbəsi tamamilə götürülür, yoxsa Hələbinin nəql etdiyi iki səhih hədisdə göstərildiyi kimi, şəri hakim daşqalaq və edamın götürülməsini nəzərə almaqla onu şallağa məhkum edə bilər?
Cavab: Cəza bütövlükdə götürülür, lakin təzir hökmünün qüvvədə qalmasını da ehtimal etmək olar. Bu bölmədə Hələbinin hədisi isə fəqih alimlər tərəfindən “məqbul” (əməl olunan) sayılmamışdır. Yalnız bir neçə alim ona müvafiq fitva vermişlər. Buna görə də ona uyğun olaraq əməl etmək icazəli deyil.

İlahi cəzaların icraçısı [Hüdudun qisimləri]

Sual : Əfqanıstanın hazırkı şəraitini nəzərə alsaq, İlahi cəza və hökmlərin icrası kimin öhdəsinə düşür?
Cavab: O məntəqədə yaşayan hər bir adil müctəhid bu işi icra bilər. Müctəhid olmadığı şəraitdə cameüş-şərait müctəhidin nümayəndəsi olan adil alimlər bu kimi cəzaları icra edə bilərlər.

Cinayətkarın öz əməlindən peşmançılığı [Cəzaların müxtəlif məsələləri]

Sual : Şəriət baxımından hökmü hədd (cəza) və ya təzir olan günahlar törətmiş şəxslərdən bəziləri öz günahlarının sübut olunduğunu görəndə ağlayıb peşman olduqlarını söyləyirlər. Sadəcə bu peşmançılıq kifayətdirmi? Yoxsa onun xeyirxah işlər, saleh əməllər görməsi və batmış olduğu günahı tərk etməsi də şərtdir? Xahiş edirik ki, ətraflı izah edəsiniz.
Cavab: Peşmançılıq qazının məhkəmə iclasında olsa, faydası yoxdur. Yalnız iqrar hallarında (peşmançılığını bildirərsə) qazı onu əfv edə bilər. Əgər (peşmançılıq) bundan qabaq baş versə, “Allah hüquqları”-nda cəzanın ləğv olmasına səbəb olur.

Hamilə qadının cəzası [Hüdudun qisimləri]

Sual : Xəstə bir insana hədd (cəza) vacib olarsa, səksən nazik çubuğu bir dəstə şəklində yığıb onunla bədənə bir zərbə vurmaq olarmı? Cavabın müsbət olduğu təqdirdə təziri də həmin hökmə aid etmək olarmı? Bu müqəddiməni nəzərə almaqla aşağıdakı suala cavab verin: Bir qadın subay olan zaman hökmü təzir olan bir günaha batmışdır. İndi evləndikdən sonra və hamilə olduğu bir vaxtda onun günahı sübuta yetmişdir. Ərinin də bu işdən xəbəri yoxdur. Bu qadın hal-hazırda xəstədir və hamiləlik dövrünü keçirir. Habelə təzir olunduğu təqdirdə əri hadisədən xəbərdar olacaq, böyük ehtimalla ona talaq verəcək və ya digər fəsadlar yaranacaqdır. Bütün bunları nəzərə alsaq, belə bir şəraitdə otuz ədəd nazik çubuğu dəstələyib təzir ünvanı ilə onun bədəninə bir zərbə vurmaq olarmı?
Cavab: Xəstə adam üçün cəzanın sayı miqdarında çubuğu bir-birinin üstünə yığıb onun bədəninə vurmaq olar. Hamilə qadın barəsində isə cəza doğuşdan sonra tətbiq edilməlidir. Amma təzir hökmündə bir və ya bir neçə şallaq zərbəsi ilə də kifayətlənmək olar. Təzirin icrası yalnız şallaqla deyil bu kimi hallarda təsir bağışlayacağına ümid bəsləməklə inzibati tənbeh, nəsihət kimi digər yüngül cəza növləri ilə də qənaətlənmək olar.

Cinsiyyətin təzir cəzasında təsiri [Təzirlər]

Sual : Qadının kişiyə nisbətən daha çox hissə qapıldığını və şeytanın vəsvəsələrinə daha çox uyduğunu nəzərə alsaq, onlara tətbiq olunan cəzaların kişilərlə bir fərqi varmi?
Cavab: Təzirlərə (yüngül cəzalara) aid hallarda hər şəxsin öz əməlləri qarşısındakı məsuliyyəti onun müxtəlif amillərin təsiri altına düşmə potensialı və törətdiyi cinayətin miqdarı ilə əlaqədardır.

İki nəfərin bir yorğan altında yatması [Təzirlər]

Sual : Hədislərin birində deyilir ki, əgər iki kişi, yaxud bir qadınla bir kişi bir yorğan altında görünsələr, cəzalandırılmalıdır. Sual budur: Bu iş öz-özlüyündə onların pis (əxlaqsız) fikirdə olduqlarına sübutdurmu? Bu işə cəza düşürmü? Yoxsa onların pis fikirdə olmaları sübuta yetməlidir?
Cavab: Onların pis (əxlaqsız) fikirdə olmalarına əmin olmaq lazımdır.

Başqalarına söyməyin cəzası [Böhtan atmağın cəzası]

Sual : Arvadına ana-bacı söyüşü söyən və dili daim başqalarının qeybətinə adət etmiş şəxsin hökmü nədir?
Cavab: Başqalarını söymək və nalayiq sözlər deməyin cəzası bəzi hallarda təzir cəzasıdır. Bəzi hallarda isə qəzf cəzasıdır (80 şallaq) ki, şəri hakimin hökmü ilə yerinə yetirilir.

Küfr və mürtədlik ittihamı [Təzirlər]

Sual : Bir şəxs digərini irtidad (mürtəd olma) və küfrdə ittiham edir, amma bu ittihamı şəri hakimə sübut edə bilmirsə, hökmü nədir? 1) Belə halları qəzfin nümunələrindən saymaq olarmı? 2) Cavabın mənfi olduğu təqdirdə onunla necə rəftar etmək lazımdır? 3) İttihama məruz qalmış şəxs öz haqqından keçərsə (hakimə şikayət etməzsə) belə bir şəxsin cəzası ləğv olunurmu?
Cavab: 1) və 2) Qəzf yalnız iki halda: zina və ya livat etməkdə təqsirləndirmədə olur. Qalan iftira növlərinin cəzası isə təzirdir. 3) Zahirən haqq sahibinin güzəştə getməsi ilə təzir hökmü götürülür. Lakin şəri hakim belə hallarda təzirin ləğv olunmasının ictimai fəsadlarla nəticələnəcəyini mülahizə etsə, ikinci dərəcəli ünvana müvafiq olaraq təzir edə bilər.

Casusluğun cəzası [Müharibə edənin cəzası]

Sual : Nə etdiklərini bilə-bilə İslam ölkəsinin hərbi və qeyri-hərbi sirlərini düşmənə verən və bunun üçün xarici ölkələrdə təlim görmüş casusların hökmü nədir? Onlar bu işin qarşılığında pul alır, bəzən də bunu heç bir mükafat almadan yerinə yetirilər. Onlar müharibdirlərmi?
Cavab: Casusları müharib qələmə vermək çətindir. Çünki müharibin hədislərdə və fitvalarda olan tərifini casusa tətbiq etmək olmur. Lakin bəzən casusluğun elə formaları meydana çıxır ki, müharibdən daha kəskin, daha güclü nəzərə çarpır. Ümumiyyətlə, casusluğu onların gördükləri işlərə uyğun olaraq qisimlərə bölmək lazımdır: əgər İslamın dayaq sütunlarını sarsıdan, İslam hökumətinin sabitliyini pozan, müsəlmanların canını bu yolla təhlükəyə salan məlumatlara aid olsa, şübhəsiz, bu casus ölümə (edama) məhkumdur. Habelə, onun xaricə verdiyi məlumatlar fəsadın böyük miqyasda yayılmasına səbəb olsa, belə ki, “müfsid fil-ərz” ünvanı əsil mənasında ona aid olunsa, yenə də ölümə məhkumdur. Lakin yuxarıdakı variantların heç biri olmayan xırda məsələləri, misal üçün, çox da əhəmiyyəti və təhlükəsi olmayan məlumatları yadellilərə verərsə, təzir qanunları ona şamil olacaqdır. Təzirin miqdarı isə onun casusluğunun vurduğu zərərin miqdarı ilə mütənasib olacaqdır.
Səhifə sayı : 1