Bankların şəri əqdlərinin xırdalıqları

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Bankların şəri əqdlərinin xırdalıqları

Sual : İslam Respublikasında fəaliyyət göstərən banklar müzaribə, musaqat, müzariə, şirkət və cüalə kimi şəri ünvanlar altında öz müştəriləri ilə qarşılıqlı şəkildə müqavilə bağlayır və hər ay (avans olaraq) təxminən on dörd faiz və yaxud bundan çox və ya az müştərilərin istifadəsinə verir, müddətin sonunda isə hesabı qaydaya salırlar. Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, adi camaat və müştərilər, adətən, blanklarda olan şərt və qeydləri mütaliə etmir və imzalamaqla kifayətlənirlər. Bununla da bütün şərt və qeydləri qəbul etməkdə öz razılıqlarını bildirirlər. Sual budur: şəri qanun-qaydalar, ünvan və xüsusiyyətlər barəsində məlumatı olmadan, sadəcə imza etmək və ya bütün şərtləri şifahi şəkildə qəbul etmək sözü gedən əqdlərin həyata keçməsinə və şəri baxımdan düzgün olmasına səbəb olurmu? Yoxsa banklar və ya əqd bağlayan şəxslər tərəfindən onları başa salmaq və izah etmək lazımdır? Əgər şəri baxımdan düzgün (qanuni) deyilsə, sizin mübarək nəzərinizdə bunun üçün başqa çıxış yolu varmı?
Cavab: Əgər tam şəkildə banklara vəkalət versə ki, onun pulunu şəriət əqdlərinə müvafiq olaraq işlətsin, əldə olunan qazancı ona versin, bu halda eybi yoxdur. Tam vəkalət veriləndən sonra onun incəliklərini öyrənmək vacib deyil.
CommentList
Tags
1
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 4635