Azərbaycan Respublikası şiələrini və xüsusən də o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik.
Ayətullah əl-uzma Məkarim Şirazi cümə axşamını Fitr bayramı elan etdi.
Ayətullah Məkarim Şirazi yanında şəvval ayının hilalının görünməsi sübuta yetdiyinə görə aliməqamlı mərcəyi-təqlid 13 may, cümə axşamını şəvval ayının biri və Fitr bayramı elan etdi.
Bismillahir-Rəhmanir-Rəhim.
Yeni ayın görünməsi ilə bağlı daxil olan məlumatları nəzərə alaraq Ayətullah Məkarim Şirazi yanında şəvval ayının hilalının görünməsi sübuta yetmiş və aliməqamlı mərcəyi-təqlid 13 may, cümə axşamını şəvval ayının biri və Fitr bayramı elan etmişdir.
Allah taala mömünlərin oruc və ibadətlərini öz dərgahında qəbul etsin və bu bayramı hamı üçün mübarək etsin
İllər öncə bu bölgənin zalımcasına işğalından sonra müharibə atəşi yenidən alovlanmışdır. Həmin torpağlarda çox sayda məzlum müsəlmanların qanı axıdılmış və bir çoxları da yurd yuvalarından didərgin düşmüşdü. Təbii ki, bunun da məsuliyyətini işğala səbəb olan tərəf daşıyır.
Bəzi qəzet və saytlarda və onların ardınca ictimai şəbəkələrdə Ayətullah əl-uzma Məkarim Şirazidən nəqlən bir sual-cavab yer alıb ki, mövzusu Qüdsün işğalçı rejimi tərəfindən Korona xəstəliyinin dərmanının kəşfi və istehsalı və dərmanın onlardan alınmasının hökmü barəsindədir.
Müqavimət cəbhəsini himayə istiqamətində Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.
İslamın şücaətli, bənzərsiz komandiri və Böyük Sərdarının olduqca hüzünlü şəhəhadəti hamıya təkan verdi.
Ali məhkəmənin sədri və prezidentin birinci müavini dünən Tehranın xəstəxanalarının birində Ayətullah Məkarim Şirazini ziyarət etdi.
Həzrət Ayətullah Cəfər Subhani Tehranın xəstəxanalarının birində Ayətullah Məkarim Şirazini ziyarət etdi və yaxından onun səhhəti ilə tanış oldu.
İslam İnqilabının Ali Rəhbəri bu ziyarətində həzrət ayətullah Məkarim Şirazinin müalicə proseduru ilə tanış oldu.
Ayətullah Məkarim Şirazi yanında şəvval ayının hilalının görünməsi sübuta yetdiyinə görə aliməqamlı mərcəyi-təqlid 5 iyun, çərşənbə gününü şəvval ayının biri və Fitr bayramı elan etdi.
Ramazan ayının ücünci 10 gününün duaları
Ramazan ayının iyirmi üçüncü gecəsində Qədr gecəsinin müştərək əməllərindən əlavə bir neçə əməl də yerinə yetirilir:
Bu mübarək gecədə də bir neçə əməli yerinə yetirmək nəql olunmuşdur:
Qədr gecələrinin müştərək əməlləri
Quranın nazil olduğu bu əzəmətli gecənin fəzilətindən bəhrələnək.
1- Mötəbər kitablarda qeyd olunan bu duanı hər gün oxu:
Ramazan ayının ikinci 10 gününün duaları
Ramazan ayının gecələrinin müştərək əməlləri aşağıdakılardır
Ramazan ayının ilk 10 gününün duaları
Bazar ertəsi şəban ayının son günü və 7 may, cərçənbə axşamı mübarək ramazan ayının 1-dir.
İlin ayları içərisində ramazan ayı ən mübarək aydır, çünki Mutəal Allah bu ayda bəşəriyyətə ən böyük töhfəsini, yəni Qurani-Kərimi vermişdir.
Ayətullah Məkarim Şirazinin Ali-Səud cinayətinə reaksiyası/ İnsan hüquqları müdafiəsi iddiasında olanların sükutunu tənqid etməsi
1) Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, hər kim şaban ayının axırıncı üç gününü oruc tutsa və orucunu mübarək ramazan ayına birləşdirsə, Mütəal Allah ona ardıcıl iki ayın orucunun savabını yazar.(1)
Mərhum Seyid İbn Tavus “İqbal” kitabında qeyd edir ki, bu minacatı Əmirəl-möminin Əli (ə) və övladları – min-min salam olsun onlara – şaban ayında oxuyarmışlar.
Buradan belə başa düşülür ki, bu minacat böyük əhəmiyyətə malik olduğundan bütün Məsumlar (ə) onu oxuyublar. Bu minacatın mənası da onun böyük əhəmiyyətinə şahidlik edir. Belə ki, İslam irfanı yüksək səviyyədə bu minacatda öz əksini tapmışdır. Əgər insan onun ali məzmununu qəlbində yaşada bilsə, Allaha tərəf seyri-süluk məqamlarını qət etmiş olar. Allahdan istəyirik ki, bizim hamımızı bu minacatın əhlindən qərar versin.
1- Oruc tutmaq: bu ayda müstəhəb oruc tutmaq təkid olunub. Həzrət Rəsulallah (s) bu ayı oruc tutar və orucunu ramazan ayının orucuna birləşdirərdi.(1) Şaban ayında oruc tutmağın savabı barədə saysız hədislər buyurulub ki, biz burada onların bir neçəsini qeyd edirik:
Şaban ayının təqvimi:
3 şaban: İmam Hüseynin (ə) səadətli doğum günüdür. Şeyx Tusi “Misbahul-mutəhəccid”də qeyd edir ki, İmam Həsən Əskərinin (ə) buyurduğu hədisə istinadən, İmam Hüseynin (ə) mübarək doğum günü şaban ayının 3-ü cümə axşamı gününə (pəncşənbə günü) təsadüf etmişdir (hicri-qəməri 3-cü il).(1)
4 şaban: Bir rəvayətə görə Həzrət Əbəlfəzl Abbasın (ə) səadətli doğum günüdür (hicri-qəməri 26-cı il).(2)
5 şaban: Bir rəvayətə görə İmam Zeynul-Abidin Əli ibn Hüseynin (ə) səadətli mövlud günüdür (hicri-qəməri 38-ci il).(3)
15 şaban: Bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) səadətli mövlud günüdür. O həzrət hicri-qəməri 255-ci ildə Samirra şəhərində dünyaya gəlmişdir.(4)
Şaban ayının fəziləti:
Şaban ayının fəziləti barədə bunu qeyd etmək yetər ki, bu ay “Peyğəmbər ayı” adlanmışdır. Üstəlik, Seyyiduş-şuhəda İmam Hüseynin (ə) və bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) mübarək mövludları bu aya təsadüf etdiyindən bu aya xüsusi şərafət bəxş etmişdir.
Həzrət Rəsulallah (s) şaban ayının hilalını gördükdə göstəriş verərdi ki, bir carçı Mədinənin bütün küçələrində belə car çəksin: “Ey camaat, bu ay mənim ayımdır. Allah rəhmət etsin o kəsə ki, mənim ayım üçün mənə kömək edir, yəni oruc tutur.”(5)
Mərhum Muhəddis Qummi İmam Həsən Əskərinin (ə) təfsirindən şaban ayının birinci gününün fəziləti barədə bir hədisi qeyd etmişdir. Əslində, bu fəzilət bütün şaban ayına aiddir. Ali məzmuna malik bu hədis geniş olduğu üçün Muhəddis Qummi onu xülasələşdirib yazmış, biz də kitabın həcminə riayət etmək üçün onu bir daha xülasələşdirib qeyd edirik:
Əmirəl-möminin Əli (ə) şaban ayının birinci günü məsciddə əyləşib qəzavü-qədər barədə əsassız sözlər danışıb ucadan mübahisə edən bir dəstəni müşahidə edir və onlara buyurur: “Bu söhbətlərdən əl çəkin! Bu gün şaban ayının birinci günüdür. Bu ay ona görə “şaban” adlanıb ki, xeyir işlərin şöbə və şaxələrinin mərkəzidir: namaz, oruc, zəkat, əmr bil-məruf və nəhy ənil-munkər, ata-anaya və qonşulara yaxşılıq, ehtiyaclılara ehsan, küsülüləri barışdırmaq və bu kimi başqa xeyir işlər.”
Sonra İmam Əli (ə) Həzrət Rəsulallahın (s) bir hədisini bəyan etdi.
Bu hədisin xülasəsi belədir:
Həzrət Rəsulallah (s) buyurmuşdur: “Şaban ayının birinci günü olduqda Allah əmr edir ki, cənnətin qapıları açılsın. “Tuba”(6) ağacına əmr edər ki, öz şaxələrini dünya camaatına yaxınlaşdırsın və Allah tərəfindən olan bir carçı car çəkər ki, Tuba ağacının şaxələri sizin əlinizin altındadır. Onlardan tutun ki, sizi Cənnətə tərəf aparar. Zəqqum ağacının şaxələrindən uzaq durun və onlardan tutmayın ki, sizi Cəhənnəmə tərəf sürükləyər.”
Həzrət Rəsulallah (s) daha sonra buyurdu: “Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, hər kim bu gün xeyir işlərdən birini yerinə yetirsə, Tuba ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cənnətə tərəf aparar. Hər kim bu gün şər işlərdən birini yerinə yetirsə, Zəqqum ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cəhənnəmə tərəf sürüklüyər.”
Sonra o Həzrət (s) Tuba ağacının şaxələrindən tutmağın bir neçə nümunəsini sadalayaraq buyurdu: “Hər kim bu gün (vacib namazlardan əlavə) müstəhəb namaz qılsa, yaxud oruc tutsa, yaxud ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını düzəldib barışdırsa, Tuba ağacının şaxələrinin birindən tutmuşdur.
Həmçinin, əgər bir kəs camaata olan borcunu ödəsə, bir yetimi himayəsinə götürsə, dayaz düşüncəli bir şəxsin camaatın abır və heysiyyətinə xələl gətirməsinin qarşısını alsa, Quran oxusa, Allahın nemətlərinə şükür etsə, bir xəstəyə baş çəksə, ata-anaya yaxşılıq etsə, bir möminin dəfnində iştirak etsə, ümumiyyətlə, hər hansı bir xeyir iş görsə, Tuba ağacının şaxələrinin birindən tutmuşdur.”
Daha sonra Həzrət Rəsulallah (s) buyurdu: “And olsun məni peyğəmbərliyə seçən kəsə ki, hər kəs bu ay şər və günah qapılarından birinə tərəf getsə, Zəqqum ağacının şaxələrinin birindən tutmuşdur: hər kim vacib namaza qarşı səhlənkarlıq etsə, öz çətinliyini açıqlayıb kömək istəyən ehtiyaclı şəxsə imkanı ola-ola kömək göstərməsə və ona əl tutmasa, ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını vurub onların arasında ixtilaf yaratsa, camaata olan borcunu inkar etsə, yetimlərin qayğısını çəkməkdən boyun qaçırsa, fəsad məclislərinin xanəndələrinin yanına getsə, öz zülmlərini və günahlarını dilə gətirib onlarla fəxr etsə, xəstə qonşusuna baş çəkməsə, ata və anasını özündən narazı salsa... Bütün bunların hamısı Zəqqum ağacının şaxələrindən tutmaqdır.”(6)
Bu hədis xoşbəxtlik və bədbəxtlik yollarını bir mənəvi misal şəklində bəyan edir.
Şaban ayının əməlləri:
Şaban ayının əməlləri də iki qisimdir: 1- Şaban ayının müştərək əməlləri; 2- Şaban ayının gecə və gündüzlərinə məxsus əməllər.
Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?
Siz müsəlmanların dayağı və möhkəm qalasısınız; Allah sizi qorusun və izzətli ömrünüzə bərəkət versin, biz ömrünüzün uzun olmasından ötrü dua edirik.