Fitir bayramı
صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Fitir bayramı

null

“Eyd” anlayışı

Ayı görən zaman oxunan dua

Fitir axşamının əməlləri

Fitir bayramı gününün fəzilət və əməlləri

Ayın görünməsində üfüq fərqinin təsiri

Fitrə zəkatı

Ayın hilalı

Hilalın görünməsi haqda suallar

Ayın əvvəli necə sübuta yetir

 

Fitr bayramı və ayın görülməsi barədə sual

 

Sizin "Ayın görülməsi şəri hökm deyil ki, təqlidə ehtiyac duyulsun, əksinə mükəlləfə sabit olması üçün mövzunun müəyyən edilməsidir və hər kiminsə sözündən sizin üçün bu məsələ sübuta yetsə, ona əsasən əməl edə bilərsiniz." – deyə buyurduğunuzu nəzərə alaraq:

1. Əgər biz “Fitr bayramı”nın təyinində radio-televiziyanın elanına uyğun əməl edərək oruc tutmasaq və sizin nəzərinizə əsasən, həmin gün bayram olmasa, nə üçün bir gün orucun qəzasını tutmalıyıq?

Cavab: Əgər ayın görülməsi bizim fiqhi rəyimizlə (yəni teleskopsuz, gözlə görməklə) uyğunluq təşkil edərsə, istənilən şəxsin sözü ilə sübuta yetər, yəni iki nəfər adil şəxsin "Biz adi gözlə (heç bir vasitədən istifadə etmədən) ayı görmüşük." deməsi kifayətdir.

2. Belə hallarda sizin dəftərxanaya müraciət etmək vacibdirmi? Əgər oradan soruşub araşdırmaq mümkün olmasa, vəzifəmiz nədir?

Cavab: Lazım olan məsələ araşdırmaqdır, istər bizim ofisimizdən soruşmaqla olsun, istərsə də, digər yollarla. Belə ki, ay adi gözlə görünüb ya yox? Əgər (ayın görülməsi) sübuta yetməsə, sonrakı günü də oruc tutmaq lazımdır. Əgər həmin gün orucunuzu açmış olsanız, orucun qəzasını tutmalısınız, çünki həmin gün Ramazan ayından hesab olunur.

Peinevesht: 
          
    
Nəşr tarixi: « 1393/05/04 »

Əlaqəli materiallar

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1883