Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Yəhudilərin abad etdikləri torpaqlar

Bir yəhudi keçən hökumət (şah üsul-idarəsi) zamanı o hökumətin köməyi ilə sahibsiz bir torpağı buldozerlə hamarlamış və sənədlərin qeydiyyata alınma idarəsindən onun üçün rəsmi sənəd də almışdır. İnqilabdan sonra o xaricə qaçmış və əmlakı müsadirə olunmuşdur. Həmin torpaqlar da şəhərin torpaq idarəsinin mülkiyyətinə alınmış və ondan bir hissəsini məscid üçün ayırmışdır. Hal-hazırda orada bir məscid inşa olunmuşdur. Bunları nəzərə alıb aşağıdakı suallara cavab vermənizi xahiş edirik:1) Sahibsiz torpağı sadəcə hamarlaşdırmaq və hissələrə bölmək onun mülkiyyətə keçməsinə səbəb olurmu və “təhcir” (sahib olmaq məqsədilə ayırmaq, ətrafına çəpər çəkmək) hökmündədirmi? 2) Bu adamın ölkədən qaçması onun (mülkiyyətdən) imtina etməsi hökmündədir, ya yox?3) Əgər yəhudinin razılığını əldə etmək lazımdırsa və onun tapmaq mümkün deyilsə, o məhəllənin möminləri bu torpağın qiymətini öz öhdələrinə götürə bilərlərmi ki, torpaq sahibi pulunu istədiyi vaxt ödəsinlər?4) Əgər torpaq sahibini heç bir vəchlə tapıb razılığını ala bilməsək, müctəhidin (fəqihin) icazəsi ilə bu məsciddə namaz qılmaq olarmı?

1) Bu iş ev inşası üçün torpağın abadlaşdırılmasına və mülkiyyətə keçməsinə səbəb olur.2) Qaçmaq (mülkiyyətdən) imtina etməyə sübut deyil. 3) Əgər bu yəhudi İslam hökumətinin və ya İslam dininin əleyhinə fəaliyyət göstərən adamlardan olubsa, hərbi kafir hökmündədir və bu halda o torpağı mülkiyyətə keçirmək caizdir. 4) Yuxarıdakı cavabdan məlum oldu.

Zinadan hamilə olan qadının iddəsi

Zinadan hamilə olan qadın onunla zina edən şəxslə və ya qeyrisi ilə evlənir. Burada iddəyə ehtiyac varmı? Əgər əri, evlənəndən sonra ona talaq versə, iddəsi varmı? İddəsi olan təqdirdə, onun iddəsi əbədul-əcələyndir (iki iddədən ən uzun müddətlisini saxlamaq), yoxsa iqra (üç dəfə pak olma) iddəsi?

Zinadan hamilə olan qadının iddəsi yoxdur və zina edən şəxslə və qeyrisi ilə nikah bağlaya bilər. Əgər onun talağını versə, iddəsi iqra ilədir və yaxud 3 aydır və doğuş meyar deyil. Yaxınlıq baş verməmiş təmizliyə (tohre qeyri-müvaqəə) gəldikdə isə, hamilədə bu şərt lazım olmadığına görə, ona talaq verə bilər. Buna görə də aybaşı olmursa, üç ay gözləyib sonra ərə gedə bilər.

Azyaşlı (səğir) uşaqlara qonaq olmaq

Əgər bir ailə öz atalarını itirmişsə və onların başçılığını anaları öhdəsinə götürmüşsə, azyaşlı (səğir) uşağı da varsa, belə ki, dövlət tərəfindən ailənin bütün üzvləri üçün, hətta xırda uşaq üçün mütəmadi pensiya (sosial yardım) ayrılırsa, bu ailənin qonağı olmağın hökmü nədir?

Əgər xırda uşaqların şəri hakim tərəfindən təyin olunmuş himayəçisinin icazəsi ilə olsa, maneəsi yoxdur, lakin adi və camaat içində qəbul olunan həddən artıq olmamalıdır. Habelə azyaşlı uşağa mənfəəti olmalı, ya da azyaşlı uşağın haqqının əvəzini ödəməlidir.

Qruplar: Davranış

Ülgüclü zəncirlərlə zəncir vurmaq

Ülgüclə sinə vurmaq, ucunda ülgüc və ya bıçaq olan zəncirlərlə zəncir vurmaq, bədənin yaralanmasına və qan axmasına səbəb olarsa, hökmü nədir?

Öncə qeyd etdiyimiz kimi, Həzrət Seyyidüş-şühədanın (ə) əzadarlıq məsələləri hər bir məkanda və zamanda Allaha yaxınlaşmaq üçün ən yaxşı əməllərdən olub müsəlmanlarda iman ruhunu, İslami şücaəti, şəhamət, fədakarlıq və bəxşiş ruhiyyəsini gücləndirmək üçün təsirli amillərdən biridir. Lakin əzadarlıq mərasimləri elə şəkildə icra olunmalıdır ki, İslam düşmələri üçün bəhanə yaratmasın, bundan sui-istifadə olunmasına imkan verilməsin və bu böyük və əzəmətli mərasimi zəiflətməsin. Buna görə də dini və məzhəbi sual altına alan bütün işlərdən çəkinmək lazımdır.

Qruplar: Matəm saxlamaq

Xilas edicinin xilas etməkdən imtina etməsi

Vəzifəsi suda batan şəxsi xilas etmək olan bir şəxs öz işindən imtina edərsə və həmin şəxs suda batarsa, o, bu işə görə məsuliyyət daşıyırmı?

Əgər xilasedici təhlükəli bir yerdə insanlara nəzarət və onların təhlükəsizliyini qorumaq məsuliyyətini qəbul etmişdirsə və insanlar onun bu məsuliyyətinə etibar edib dənizə və ya hovuza girirlərsə, laqeydlik göstərdiyi təqdirdə məsuliyyət daşıyır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت