Şəxsi mənzilə ehtiyacı olan şəxsin istitaəti
Şəxsi mənzilə ehtiyacı olan şəxs istitaətli olurmu?
Mənzilə ehtiyacı varsa, o pulu mənzil almağa sərf edə bilər, bu halda istitaətli olmayacaqdır.
Mənzilə ehtiyacı varsa, o pulu mənzil almağa sərf edə bilər, bu halda istitaətli olmayacaqdır.
İslam qaydaları ilə başı kəsilməyən heyvanların ətindən istifadə olunan yeyinti məhsulları haramdır.
(İllik xərclərdən) artıq gəliri varsa, xümsünü verməlidir.
Zəruri hallarda kölgə altına getmək caizdir. Lakin kəffarəsi var. Bunun kəffarəsi hər ehram üçün bir qoyundur. Yəni ümrə ehramının məcmusuna görə bir qoyun və həcc ehramının məcmusuna görə də bir qoyun kifayətdir.
Maliyyət digər məxaricdəndir ki, illik xərclərdən sayılır və xümsdən hesab olunmur.
Bəli, caizdir. Lakin yaxşı olar ki, kişilər ehram halında belə ayaqqabı geyməsinlər.
Eybi yoxdur. Lakin bu işi yalnız zəruri halda görsün.
Dərvişlərin “işriyyə”sinin İslamda əsası yoxdur. İslamda işriyyə yalnız dörd taxıl növünün zəkatına məxsusdur. Bu şərtlə ki, yağış suyu, arx suyu və bu kimi sularla suvarılmış olsun.
Azan səsini adi və normal həddə çoxaltmağın eybi yoxdur və qonşular azan səsinə mane ola bilməzlər.
Sualın fərz olunduğu halda, Qum onların hamısı üçün vətən hökmündədir.
Qürbət qəsdi olsa, eybi yoxdur.
Səhih və məzhəbi (dini) məfhumu olan şüarlar verməyin eybi yoxdur. Bu şərtlə ki, namaz qılanlara maneçilik törədilməsin və məsciddə irada (vəhn) səbəb olan səslər orada olmasın.
Mütləq zikr (yəni ümumiyyətlə zikr olan bir kəlmə) niyyəti ilə maneəsi yoxdur.
Əgər Məkkəyə getmək üçün növbə gözləməkdən başqa bir yolu olmamışdırsa, belə bir kəs istitaətli olmamışdır və sözü gedən vəsait irs malından sayılır. Amma ehtiyat etmək istəsələr, az məbləğə “miqati həcc” ala bilərlər. Bu şərtlə ki, az yaşlı uşağı olmasın və ya olarsa böyüklərin səhmindən götürsünlər.
Seyidliyin bəzi hökmləri, o cümlədən xüms almaq onlara keçmir. Bunu səbəbi fiqh kitablarında bəyan olunmuşdur.