Bir məktubda üçdən artıq sual yazmayın

Sualınızı qısa, xülasə şəklində bir neçə sətirdə bəyan edin. Uzun-uzadı ifadələr yazmaqdan çəkinin

Yuxu yozma, istixarə və buna bənzər suallar verməyin

captcha
انصراف
انصراف

Pulun pulla müamiləsi

Pulun pulla müamiləsinin hökmü nədir?

Əgər müxtəlif valyutaların mübadiləsi nəzərdə tutulmuşdursa, eybi yoxdur. Lakin eyni pul vahidinin mübadiləsi nəzərdə tutulmuşdursa, məsələn, İran kağız pulunu eyni pulla mübadilə etsələr, belə ki, əsginaslar camaat içində bir-biri ilə fərqli olsalar, misal üçün, iri əsginasları bəzən kiçik əsginaslardan daha çox bəyənsələr, necə ki, müsafirlər üçün daha istifadəlidir, burada da bir mal (əmtəə) şəklində olub, təklif (istehsal) və tələbə (istehlak) tabe ola bilər. (Əlbəttə, belə hallarda aqil adamlar arasında nəzərə alınan bir az fərqlə). Üçüncü şəkli də bundan ibarətdir ki, sələmdən qaçmaq üçün bir miqdar nağd əsginası daha artıq miqdara – bu əsginasların arasında olan fərq nəzərə alınmasa belə – nisyə və müddətli şəkildə satmaq istəsinlər. Belə müamilənin işkalı var və həqiqətdə alğı-satqı adı verilən sələmli borcdur.

Qruplar: Riba (sələm)

Hörmətsizlik üzündən qəbrin açılmasının caizliyi

Bir möminin qəbrinin yanında tualet tikilmişdir. Bu iş nəticəsində hətta orada bir Quran surəsini oxumaq belə mümkün deyil. Tualeti ayrı məkana keçirmək üçün məsul işçilərə müraciətlərin heç bir faydası olmadı. İcazə verirsiniz ki, qəbri açıb meyyiti başqa məkana köçürək?

Onlara təzyiq göstərin ki, tualeti başqa məkana köçürsünlər. Məsullara deyin ki, bu iş şəriət baxımından səhih deyil. Çünki möminin qəbrinə hörmətsizlik sayılır. Əgər bu vəziyyətin davam etməsi meyyitin hörmətsizliyinə səbəb olarsa onun digər məkana köçürülməsi caizdir.

Daimi nikahı müvəqqəti nikaha çevirmək

Daimi evliliyi müvəqqəti evliliyə çevirmək üçün talaq verib müvəqqəti əqd oxumaqdan başqa bir yol da varmı? Əgər yoxdursa, iddə saxlamaq lazımdır, yoxsa keçmiş əri iddə zamanı arvadı mütə edə bilər?

Bunun yolu yalnız talaqdır. İddə zamanı onunla evlənə bilər, bu şərtlə ki, talaq rici olmasın. Əgər talaq ricidirsə, iddə tamam olandan sonra onu öz müvəqqəti əqdinə keçirə bilər.

Mütəvəllisi vəfat etmiş vəqf əmlakları

Bəhreyn alimlərindən biri 50 il bundan qabaq bir yeri əzadarlıq və matəm məclisləri üçün vəqf etmişdir ki, onun gəlirindən əzadarlıq məclisi keçirsinlər. O, sağlığında özü bu vəqfin mütəvəllisi (nəzarətçisi) idi. Onun vəfatından sonra Bəhreynin vəqf idarəsi bir qrup insanı mütəvəlli ünvanı ilə təyin etmişdir. Onlar müctəhidlər tərəfindən də izn aldıqlarını iddia edirlər. Halbuki, onların etibarlı və inanılmış şəxs olmadıqları camaat arasında məşhurdur. Bu müqəddiməni nəzərdə tutmaqla aşağıdakı iki suala cavab verin: 1)Bu vəqf əmlakları vəqf olaraq qalırmı? Bu məkanlar şəriət hakiminin nəzarəti altında olmalıdırmı? Yoxsa hal-hazırdakı mütəvəlliləri qeyri-şəri olduğuna görə onlar məchulul-malik əmlaka çevrilir? 2) Vəqf öz qüvvəsində qaldığı surətdə bu gəlirləri vəqf edilən məqsəddən ayrı məqsədlər üçün, məsələn, əzadarlıq binasının yenidən inşa (təmir) edilməsinə və ya gəlir əldə etmək üçün əzadarlıq məkanının nəzdində olan (digər bir) məkanı tikməyə sərf etmək olarmı?

1)Vəqf bu kimi məsələlərlə ləğv olunmur, lakin şəriət hakimindən icazə alınmalıdır. 2)Vəqf olunmuş hər bir şey vəqf edilən məqsədə uyğun olaraq sərf edilməlidir. Necə ki, bu göstəriş hədislərdə deyilmişdir. Vəqfin sərf olunma məqsədinə qarşı çıxmaq caiz deyil. Yalnız bir halda caizdir ki, o məqsədlə xərcləmək mümkün olmasın. Belə hallarda həmin məqsədə daha yaxın olan yerlərdə sərf edilməlidir.

Yaxınlığa razı olmayan qadının talağı

Mənim həyat yoldaşın İslam hökmlərinə qarşı laqeyddir və yaxınlıq etməyə razı olmur. Hal-hazırda o bakirədir. Mən ona talaq verə bilərəmmi? Onun talağı hansı növdəndir və mehriyyəsinin hökmü necədir?

Yaxşı olar ki, bir müddət ona qarşı səbir və təmkinlə yanaşasınız, ona öyüd-nəsihət verəsiniz və mehr-məhəbbətinizi ona göstərəsiniz. Bəlkə bu yolla onun rəftar və davranışı dəyişdi və iş talaqla nəticələnmədi. Vacib və haram olmayan əməllərlə bağlı çox da tələbkarlıq etməyin. Müsbət nəticə əldə etməsəniz, ondan ayrıla bilərsiniz. Yazdığınız kimi bu qadın naşizə (inadkar, sözə baxmayan) və bakirədirsə, nəfəqə almaq haqqı yoxdur. Əgər talaq almaq istəsə, talağı xül’idir: mehriyyəni və bu kimi bir şey bağışlamaqdan başqa, habelə, ərin razılığından başqa yolla mümkün olan deyil.

Namazdan sonra əl verib görüşmək

Bəzi tələbələrin fikrincə, namazdan sonra əl verib görüşməyin hökmü hədislərdə gəlmədiyinə görə, bu iş bidətdir və onu tərk etmək lazımdır. Digər tərəfdən də, namazdan sonra əl verib görüşmək tərk olunarsa camaat namazının xas hədəfləri layiqincə icra olunmayacaqdır. Bunları nəzərə almaqla xahiş edirik ki, namazdan sonra əl verib görüşməyin hökmünü bəyan edəsiniz.

Bidət odur ki, dində olmayan bir şeyi dinin bir hissəsi adı ilə yerinə yetirsinlər və ya əməldə belə bir fikri bəyan etmiş olsunlar. Buna əsasən əl verib görüşməyi mütləq mətlub olan (namazdan da qeyri hallarda, ümumi şəkildə istənilən) əməl məqsədilə yerinə yetirsələr və bəzən də bunu tərk etsələr, heç bir işkal (problem) yaranmayacaqdır.

قرآن و تفسیر نمونه
مفاتیح نوین
نهج البلاغه
پاسخگویی آنلاین به مسائل شرعی و اعتقادی
آیین رحمت، معارف اسلامی و پاسخ به شبهات اعتقادی
احکام شرعی و مسائل فقهی
کتابخانه مکارم الآثار
خبرگزاری رسمی دفتر آیت الله العظمی مکارم شیرازی
مدرس، دروس خارج فقه و اصول و اخلاق و تفسیر
تصاویر
ویدئوها و محتوای بصری
پایگاه اطلاع رسانی دفتر حضرت آیت الله العظمی مکارم شیرازی مدظله العالی
انتشارات امام علی علیه السلام
زائرسرای امام باقر و امام صادق علیه السلام مشهد مقدس
کودک و نوجوان
آثارخانه فقاهت