Spirtli içkiləri saxlamaq
Sizin mübarək nəzərinizə görə spirtli içkiləri saxlamağın hökmü nədir?
Haramdır və təzirə (qazının təyin etdiyi cəza növünə) səbəb olur. Yalnız mühüm bir hədəf üçün olan hallarda və ya onun sirkəyə çevirmək istəsələr, eybi yoxdur.
Vəzifəli hərbçinin təzir etməsi
Hərbi qüvvələrin vəzifəli işçisi cinayət törətmiş bir şəxsə sillə vura bilərmi?
Şəri hakimin icazəsi olmadan təzir etmək caiz deyil.
Talaqda şahidlərin adilliklərində meyar
Bir şəxs öz arvadına yaxud digər bir arvada talaq vermək istəyir. Yaşadığı şəhərdə möhtərəm müctəhidlərin buyurduqları mənada adil şəxs yoxdur. Yalnız bəzi şəxslər vardır ki, nə talaq verən şəxsin özü öz gözləri ilə onlardan bir günah əməl görmüş, nə də digərlərindən onların indiyə qədər bir günah iş gördükləri barədə eşitmişdir. Qonşu şəhərlərdə də adil insanları tanımır. Digər tərəfdən də bu talaq mütləq icra olunmalıdır. Buyurun ki, yuxarıda qeyd olunan etibarlı və hörmətli şəxslərin şahidliyi ilə talaq siğəsini icra edə bilərmi?
Belə şəxslər talaqda şahidlik etmək üçün kifayət edir və adil sayılırlar.
İmam səhmi üçün xüsusi məsrəf yerinin təyini
a) Əgər bir kəs müstəhəq olan birinə İmam (əleyhis-salam) səhmi adı ilə bir miqdar pul versə ki, müəyyən bir şey alsın, lakin o şəxs bu pulu qiymətcə ucuz olan daha lazımlı şeyləri almağa sərf etsə, bu iş caizdirmi?b) Bir şəxs xəcalət və utancaqlıq üzündən başqasının adına İmam (əleyhis-salam) səhmi alıb onu özü xərcləsə, hökmü nədir?
a) İmam (əleyhis-salam) səhmində hər vaxt mal sahibi xüsusi yerdə sərf olunmasını özü təyin etsə, ona tabe olmaq lazım deyil. Lakin şəri hakim bunu təyin etsə, ehtiyat ona riayət etməkdir. b) Zeydin adına alıb Əmr üçün sərf etsə, işkalı var. Amma ümumi adla alıb, onun hər hansı bir nümunəsinə sərf edərsə, maneəsi yoxdur.
Kafirlərdən alınan yeyinti məhsulları
Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.
Yuxarı mərtəbədə rəmyi-cəmərat etmək
Yuxarı mərtəbədə rəmyi-cəmərat etməyin hökmü nədir?
İzdiham olanda caizdir.
Şahidlərin öz ifadələrindən dönməsi
Şahidlərin öz verdikləri ifadələri geri götürmələrinin hökmünü bəyan edin.
Şahidlər öz verdikləri ifadələri geri götürsələr, üç şəkli var:1. Hökm çıxarılmazdan öncə; Bu halda məşhur fitva hökmün verilməməyidir.2. Hökm çıxarılandan və iddia olunan əmlak tələf olandan sonra; Məşhur fitvaya əsasən hökm qüvvəsində qalmalı və vurulan zərər şahidlərdən alınmalıdır.3. Hökm çıxarılandan, icra ediləndən və əmlak tələf olandan sonra; burada da fəqih alimlərin böyük əksəriyyəti hökmün öz qüvvəsində qalması və vurulan zərərin şahidlərdən alınması barədə hökm vermişlər.
Təvaf edənlər arasında təvaf namazını qılmaq
İzdiham və basırıq olduğuna görə Həzrət İbrahim (ə) məqamı həcc mövsümündə təvaf edənlərin ortasında qalır. Bir kəs orada vacib təvafın namazını qılsa, çətinlik yaranır və başqalarının etirazına səbəb olur. Məscidul-haramın axırına kimi İbrahim məqamının arxasında namaz qılmaq olarmı?
Arxada namaz qılmasının maneəsi yoxdur. Təvaf edənlərə maneçilik yaradarsa onların ortasında namaz qılmaq işkalsız deyil.
Əldən qeyri şeylə rəmyi-cəmərat etmək
Əldən başqa, məsələn, ağızla, ayaqla, rezinlə və s. rəmy etmək caizdirmi?
Əldən qeyrisi ilə kifayət etmir.
Aşura günü uşağın başını yarmağı nəzir etmək
Ata və ana nəzir edirlər ki, Allah onlara oğlan övladı verərsə Aşura günü onun başını ülgüclə yaracaqlar. Amma belə əməllərin Şiələrin və Seyyidüş-şühəda (əleyhis-səlam)-ın matəm məclislərinin süstləşməsinə və İslam düşmənlərinin bundan sui-istifadə etməsinə səbəb olmasını nəzərə alsaq, belə nəzirlərə əməl etmək vacibdirmi?
Belə bir nəzir səhih deyil. Çünki, nəzirdə əməlin rüchanı (üstün, bəyənilən və xeyirxah olması) şərtdir. Bu əməlin isə Allaha yaxınlaşmaq üçün ən yaxşı və fəzilətli işlərdən olan Ali-əbanın beşincisinin (əleyhis-səlam) matəm mərasimini sual altına almaq üçün İslam düşmənlərinin əlinə bəhanə verəcəyini nəzərə alsaq, işkalsız deyil. Əgər bu əməlin rüchanını fərz etsək belə, başqası barəsində nəzir etmək səhih deyil.
Vəqf və ya mülkiyyətə keçirərkən hədiyyə verənin niyyəti
Onların (məscidə) vəqf olunduğunu, yoxsa mülkiyyətə keçirildiyini ayırd etmək üçün, hər birini xüsusi bir söz və ya cümlə ilə dilə gətirmək lazımdırmı? Yoxsa hədiyyə edənin niyyəti təklikdə kifayətdir?
Niyyət kifayətdir və əməllə muatat xarakterli olacaqdır.
Müvəqqəti nikahın şəriət hökmü
Müvəqqəti nikahın İslam dini cəhətindən hökmü nədir?
Müvəqqəti nikah fiqhin qəti və inkar olunmaz hökmlərindən biridir. Bu barədə ətraflı məlumat almaq üçün bizim qələm əsərimiz olan “Budur bizim ayinimiz” kitabını, habelə “Təfsiri nümunə” kitabının 3-cü cildində “Nisa” surəsinin 24-cü ayəsinin izahını mütaliə edə bilərsiniz
Hüzuri-qəlb olmadığına görə namazı yenidən qılmaq
İnsan namazında hüzuri-qəlb və diqqətli olmadığına görə onu yenidən qıla bilərmi?
Əgər namazında zahirən bir nöqsan olmasa, yenidən qılmasın, təqibatla (çatmamazlıqlarını) bərpa etsin.

