Minada gecələməyin zaman müddəti
Hacılar on ikisinə keçən gecə, şəri gecə yarısından sonra Məkkəyə gəlib, on ikinci gün, günortadan sonra yalnız rəmyi-cəmərat üçün Minaya qayıdıb, öz əməllərini yerinə yetirə bilərlərmi?
Minada gecələmək üçün gecənin birinci yarısını, yaxud ikinci yarısını (orada) qalsalar, kifayətdir.
Qadınların Minada qalmaları
Olarmı ki, qadınlar on ikisinə keçən gecə rəmyi-cəmərat edib, elə həmin gecə Məkkəyə gedərək bir daha Minaya qayıtmasınlar, yoxsa kişilər kimi mütləq zöhrə kimi Minada qalmalıdırlar?
Onlar kişilər kimi zöhrə qədər mütləq Minada qalmalıdırlar, yalnız üzrlü səbəbdən (Minada) qala bilməsələr, müstəsnadır (eybi yoxdur).
Gecənin ikinci yarısında Minada gecələmək
Gecənin birinci yarısını Minadan xaricdə gecələyən şəxsə, Məscidul-hərama gedib, gecənin ikinci yarısını Minaya qayıtmadan orada gecələmək caizdirmi?
Ehtiyat vacib budur ki, gecənin ikinci yarısında gecələmək üçün Minaya qayıtsın.
Bəzi hacıların çadırları Minadan xaricdə qurması
Hacıların sayı çox olduğuna görə bəzi hacıların çadırlarını Minadan xaricdə qururlar. (Onların) vəzifələri nədir?
Zərurət halında eybi yoxdur, zəruri olmayan halda caiz deyil.
Minadan xaricdə qurban kəsmək
Səudiyyə dövləti qurban kəsmək üçün Minadan xaricdə bir neçə məkan təyin etmişdir. Hacıların (bununla əlaqədar) vəzifələrini bəyan edin.
Hazırkı qurbangahların əksəriyyəti Minadan xaricdədir. Lakin hazırkı şəraitdə bu qurbangahlarda qurban kəsməyin eybi yoxdur.
Zil-həccə ayının qurbanlığının sərf edilməsi
Əgər bir şəxs Zil-həccə ayında ma fiz-zimmə niyyəti ilə öz vətənində qurban kəssə, onun dəri və bağırsaqları bütövlükdə fəqirə verilməlidir, yoxsa üçdə birini fəqirə verib üçdə ikisini özünün və dostlarının səhmi kimi sərf etməsi mümkündür? Əgər bunun xilafına əməl olunarsa, qoyunu kəsən günün qiymətini borcludur, yoxsa borcunu yerinə yetirən günün (qiymətini)?
Onu öz səhmi kimi sərf edə və ya dostlarına ya fəqirlərə verə bilər. Lakin gördüyü işin əvəzi (haqqı) olaraq qəssaba verməyin işkalı var və ehtiyat müstəhəb budur ki, əgər özü ondan istifadə etsə qiymətini sədəqə versin və (burada) meyar, qurban kəsən günün qiymətidir.
Qurbanlığın pulunu xeyriyyə işlərinə sərf etmək
Qurbangahda qurban kəsilən heyvanların buldozer vasitəsilə dəfn edilib aradan getdiyi halda, hacı qurban kəsmək əvəzinə onun pulunu xeyriyyə məkanları üçün nəzərdə tuta bilərmi?
Öz şəhəri kimi, digər məkanlarda Zil-həccə ayında qurban kəsməlidir və onun pulunun digər yerlərdə sərf olunması kifayət etmir.
Qurbanlığın vətəndə kəsilməsi
Hansı hallarda hacının vəzifəsi öz vətənində qurban kəsməkdir?
Hazırkı şəraitdə qurbanlığın üç haləti var:1) Əgər orada qurban kəsib və qurbanlığın ətini orada da məsrəf edə (istifadəyə verə) bilsə, bu (hal) hər bir şeydən (haldan) irəlidir.2) Orada məsrəf (istifadə) etmək imkanı olmasın, lakin müsəlmanlar onu qablaşdırıb ehtiyacı olanların istifadəsi üçün Minadan xaricə və digər şəhərlərə göndərsinlər. Birinci variant mümkün olmadığı təqdirdə ikincisi vacibdir. 3) Yuxarıda qeyd olunan şəkillərin heç biri mümkün olmasın və Qurbanlıq hədər olub aradan getsin. Belə şəraitdə onun pulunu ayırıb, qayıdan zaman Zil-həccə ayında qurban kəsib xərclənməsi lazım olan yerdə xərcləsələr, onların həccində heç bir işkal yaranmayacaqdır. Qurban pulunu ayıra bilməsələr, zimmələrinə (öhdələrinə) götürsünlər.
Bəzi hacıların çadırları Minadan xaricdə qurması
Hacıların sayı çox olduğuna görə bəzi hacıların çadırlarını Minadan xaricdə qururlar. (Onların) vəzifələri nədir?
Zərurət halında eybi yoxdur, zəruri olmayan halda caiz deyil.
Məşərdən çıxarkən ərin arvadı ilə yanaşı olması
Bayram axşamı, gecə yarısından sonra qadınları Minaya aparırlar. Qadını ilə o qrupda olan kişi, öz xanımı ilə birgə Minaya gedə bilərmi?
Əgər xanımı ilə bir yerdə olması zəruridirsə, caizdir, əks halda caiz deyil.
Xidmətçilərin Məşərdə qalmamağı
Bayram axşamı karvan işçiləri gecə yarısından sonra qadınlarla Minaya gedir və yenidən Məşərə qayıtmırlar. Bunun kəffarəsi varmı, həcləri səhihdirmi?
Onlara yol göstərmək və işlərini yerbəyer etmək üçün onlarla getmələri lazımdırsa, maneəsi yoxdur və kəffarə də lazım deyil.
Karvan xidmətçilərinin hərəmdən kənara gedib-gəlmələri
Məkkeyi-Mükərrəmədə ət verilən məkan təxminən Tən’im məscidindən 1 kilometr məsafədə yerləşir. Xidmətçi qrupların karvanlara ət almaq üçün həmin məntəqəyə gedib-gəlməyə məcbur olduqlarını nəzərə alsaq, onların təməttö ümrələri və ya vacib həcləri işkallı olurmu? Bu məsələnin hökmü müstəhəbbi və ya naib ilaraq həcc yerinə yetirənlər üçün necədir?
Təməttö ümrəsini yerinə yetirəndən sonra belə məntəqələrə gedib gələ bilər. Müfrədə ümrədə isə, əgər ümrəni yerinə yetirdiyi ay qurtarmamış, xaric olub qayıtsa, ümrəni təkrar etmək lazım deyil. Amma sonrakı ayda qayıtsa sözü gedən Tənim məscidində ehram bağlayıb ümrə yerinə yetirməlidir.
Təmətto ümrəsinin təqsir əməlini yerinə yetirməyən şəxs
Bir şəxs həcc ehramından sonra, Ərəfatda yəqin etsə ki, ümrədə “təqsir” əməlini yerinə yetirməmişdir, nə etməlidir?
Əgər “təqsir” əməlini unutsa və həcc əmməllərini yerinə yetirmək üçün getsə (yəni, ehram bağlayıb Ərəfata getsə), onun ümrəsi və həcci səhihdir və boynunda heç bir şey yoxdur. Lakin daha yaxşı olar ki, kəffarə olaraq bir qoyun kəssin.