Namaz qılanın cibində oğurlanmış əşya olsa, namazı batildirmi?
Namaz qılanın cibində oğurlanmış əşya olsa, namazı batildirmi?
Onun namazının eybi yoxdur, lakin bunu etməsə (bu halda namaz qılmasa) daha yaxşıdır.
Onun namazının eybi yoxdur, lakin bunu etməsə (bu halda namaz qılmasa) daha yaxşıdır.
Bu barədə fəqihlərin arasında fikir ayrılığı vardır. Mərhum Mühəqqiq Qummi özünün “Cameuş-şitat” kitabında və Mühəqqiq Yəzdi “Ürvə” kitabına etdiyi əlavələrdə bu barədə ətraflı şəkildə bəhs açmışlar. Dəlillər məcmusundan məlum olur ki, kişinin sadəcə (belə bir) iddia etməsi ilə verilən talaq işkalsız deyil, əksinə onun üçün dəlil və sübut gətirmək lazımdır.
Müvəqqəti əqd bir qisimdən artıq deyil və bu əsərlərin hamısı onda cəm olub. Amma əgər əqdin daxilində cinsi yaxınlığın olmayacağını şərt etsələr, bu əsər xaric olur. Hər bir halda ehtiyat vacibə əsasən atanın icazəsi şərtdir.
Sözü gedən talağın hər bir halda səhihliyinə hökm olunur. Ona görə ki, sualda fərz olunanlara əsasən ərin talaqdan öncə yaxınlıq iddiası məqbul deyil. Onun öz etirafına görə şahidlər zahiri baxımdan adil olmuşlar. Biz batinlərə əsasən əməl etməyə vəzifəli deyilik. Buna görə də bu talağın heç bir eybi yoxdur. Yalnız bir halda eybi ola bilər ki, o, öz iddiasını şəri dəlillərlə sübuta yetirmiş olsun.
O məscidin və hüseyniyyənin ehtiyacları xaricində istifadə etmək caiz deyil. Yalnız bu halda caizdir ki, vəqf edən şəxs onlardan istifadənin ümumiliyini aşkar qeyd etmiş olsun.
Caiz deyil. Yalnız bu halda olar ki, bu avadanlığın ümumi şəkildə vəqf olunması məlum olsun.
Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır.
Onun naib olması səhihdir və gecələr gündüzün əvəzinə rəmy etməlidir.
Düz tələffüz etmək o həddə lazımdır ki, ərəb onu səhih ərəb dilində bilsin. Lakin təcvid alimlərinin qeyd etdikləri dəqiq nöqtələri gözləmək lazım (vacib) deyil.
Heykəltəraşlıq və onun alqı-satqısının hər bir halda işkalı var. Oyuncaq kimi hazırlanarsa, bu hökmdən istisnadır.
Gecə rəmyi-cəmərat edə bilərsiniz. Lakin sizinlə birlikdə olanlar üçün (gündüz rəmy etmək) mümkündürsə, gündüz rəmy etsinlər.
Xüms pulunu başqa mala çevirmək ehtiyata görə, caiz deyil. Yalnız seyidlərin özləri şəxsən bunu istədikləri hallar müstəsnadır. Yeri gəlmişkən, pulu “seyid səhmi” adı ilə onlara verməyiniz lazım (vacib) deyil ki, narahat olsunlar. Bunu onlara hədiyyə şəklində də çatdıra bilərsiniz.
Bu maddədən zərurət halında istifadə etməyin eybi yoxdur.
İmamın (əleyhis-salam) səhminin məsrəfi üçün şəri hakimin icazəsi vacibdir. Seyid səhminin məsrəfi üçün də ehtiyat vacibə görə icazə almaq lazımdır.