Nazik ehram libası geymək
Qadınların ehram paltarı bədənləri görsənəcək qədər nazik olsa, onların həcc əməllərinə zərər yetirə bilərmi?
Bu iş haramdır. Lakin təvafdan və təvaf namazından digər yerlərdə olsa, həcc batil olmur.
Bu iş haramdır. Lakin təvafdan və təvaf namazından digər yerlərdə olsa, həcc batil olmur.
Düz tələffüz etmək o həddə lazımdır ki, ərəb onu səhih ərəb dilində bilsin. Lakin təcvid alimlərinin qeyd etdikləri dəqiq nöqtələri gözləmək lazım (vacib) deyil.
İslam qaydaları ilə başı kəsilməyən heyvanların ətindən istifadə olunan yeyinti məhsulları haramdır.
Həzrət Məhəmməd Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) bizə yetişən: "Öz yaxın qohumlarınızla evlənməyin, çünki uşaqlarınız arıq və zəif halda dünyaya gələcəkdir" – məzmunlu hədisinə görə yaxın qohumlarla evlənmək məkruhdur.
Heykəltəraşlığın işkalı var, rəssamlıq isə caizdir.
Xümsün müqəllidin öz mərcəyinə verilməsi o halda lazımdır ki, digər müctəhidlərin, bu müqəllidin mərcəyinin lazım bildiyi məsrəf olma yerlərində sərf etdikləri məlum olmasın. Habelə mərcəyi-təqlidin hakimin hökmü ünvanı ilə xümsü öz müqəllidlərindən tələb etdiyi surətdə lazımdır. Bu iki haldan başqa, digər müctəhidlərin nəzəri ilə məsrəf etmək olar.
Bəli, bu iki şahid, oğlanın nəzərində adil olsalar, əleyhinə yəqin əldə olunmayıncaya qədər kifayətdir.
Niyyət kifayətdir və əməllə muatat xarakterli olacaqdır.
Rəqs etmək fəsad mənşəyidir və işkalı var. İstər qadının qadın üçün, istər kişinin kişi üçün, istərsə də qadınların kişilər üçün rəqsi olsun. Lakin qadının öz əri üçün rəqs etməsinin eybi yoxdur.
Onlar faydalı İslam elmlərinin təhsili ilə məşğuldurlarsa, şəri hakimin icazəsi ilə İmam səhmini almalarının eybi yoxdur.
Bunun yolu yalnız talaqdır. İddə zamanı onunla evlənə bilər, bu şərtlə ki, talaq rici olmasın. Əgər talaq ricidirsə, iddə tamam olandan sonra onu öz müvəqqəti əqdinə keçirə bilər.
Ədalət deyəndə, onların hər birinin şənlərinin, ad-sanlarının tələbinə mütənasib olaraq, hər biri ilə, halına uyğun rəftar olunması nəzərdə tutulur. Ədalət həmişə “müsavat” (bərabərlik) mənasına deyildir. Həqqul-qismlə (vaxtın qadınlar arasında bölünmə haqqı) bağlı ədalət budur ki, (məsələn, dörd arvadı varsa) onların hər biri üçün dörd gecədən birini ayırsın.
Ağız boşluğuna daxil olmasa, yaxud ixtiyarsız udulsa, maneəsi yoxdur.
Qadınlar həmin adi paltarlarla ehram bağlaya bilərlər və ehram parçalarını bağlamaq lazım (vacib) deyil.