Ərin nəzərində şahidlərin adil olması
Talaqda iki şahid zövcün (oğlanın) nəzərində adil olsalar, kifayətdirmi?
Bəli, bu iki şahid, oğlanın nəzərində adil olsalar, əleyhinə yəqin əldə olunmayıncaya qədər kifayətdir.
Bəli, bu iki şahid, oğlanın nəzərində adil olsalar, əleyhinə yəqin əldə olunmayıncaya qədər kifayətdir.
O, müztəribə qadının namazdakı vəzifəsinə əməl etməlidir ki, aşağıdakılardan ibarətdir: “Müztəribə” bir neçə ay qan görüb, amma müəyyən adət tapmayan qadına deyilir, əgər on gün və ya bundan az qan görsə hamısı heyzdir. Əgər on gündən artıq qan görsə, heyz nişanəsi olan günlər üç gündən az, on gündən çox olmasa heyz sayılır. Bütün qanlar eyni şəkildə olarsa qadın qohumlarının adəti üzrə hərəkət etməlidir. (Əgər qohumlarının hamısının və ya böyük əksəriyyətinin adəti eyni cürdürsə.) Qohumların adəti fərqli olsa, ehtiyat budur ki, qadın adət müddətini yeddi gün təyin etsin.
Qadınların cərgəsi kişilərin arxasında olsa pərdə lazım (vacib) deyil. lakin bir-birinin yanında olsalar ehtiyat vacibə görə pərdə lazımdır.
Bu nikah qızın məsləhətinə deyilmişsə, batildir və qız talaqsız ərə gedə bilər. Lakin qız həddi-buluğa çatandan sonra razılıq veribsə, onu poza bilməz.
Ədalət deyəndə, onların hər birinin şənlərinin, ad-sanlarının tələbinə mütənasib olaraq, hər biri ilə, halına uyğun rəftar olunması nəzərdə tutulur. Ədalət həmişə “müsavat” (bərabərlik) mənasına deyildir. Həqqul-qismlə (vaxtın qadınlar arasında bölünmə haqqı) bağlı ədalət budur ki, (məsələn, dörd arvadı varsa) onların hər biri üçün dörd gecədən birini ayırsın.
Əgər müsəlman bazarından və müsəlmanın əlindən alınarsa və alıcının (bu barədə) araşdırma apardığını ehtimal verirsinizsə, pak və halaldır.
Onlar faydalı İslam elmlərinin təhsili ilə məşğuldurlarsa, şəri hakimin icazəsi ilə İmam səhmini almalarının eybi yoxdur.
Şəri hakimin və ya nümayəndəsinin icazəsi ilə caizdir.
Mümkün olan qədər məscidin imam camaatı oradan istifadə etməlidir. Əgər mümkün olmasa icarə versinlər və icarədən əldə olunan vəsaiti məscidin imamına xərcləsinlər. Məscidin imamının buna ehtiyacı olmasa, məscidin digər ehtiyaclarına sərf olunsun
Əgər livat işini edənin həddi-buluğa çatmasında şübhə varsa, həmin oğlan uşağının bacısı, anası və ya qızı ona haram olmur.
Əgər vəqf edilmiş su və torpaq sahəsini icarə etmişsə və xas bir şərt də qoymamışdırsa, özü istədiyi kimi ondan istifadə edə bilər.
Məscidin mütəvəllisinin və məscid işlərini icra edənlərin təqlid etdikləri müctəhidin nəzəri şərtdir.
Heyvana elektrik şoku veriləndən sonra sağ olarsa və şəriət baxımından düz kəsilərsə halaldır və onun yeyilməsi, alğı-satqısı caizdir, lakin onun daxilində olan qanlardan çəkinin.
Bu iş haramdır. Lakin təvafdan və təvaf namazından digər yerlərdə olsa, həcc batil olmur.
Ehtiyat budur ki, ilk əvvəldə meyyitə təqlid olunmasın. Lakin əməl etdiyi və ya əməl etmək üçün fitva aldığı məsələlərdə meyyitə təqliddə qalması caizdir.