Qadınların adi libasla ehram bağlaması
“Ehtiyatən qadınlar da kişilər kimi ehram bağlamalıdırlar”- buyuran müctəhidlərin fətvası əsasında qadınlar ehram parçalarını bağlayandan sonra bu parçaları kənara qoyub öz adi paltarları ilə həcc əməllərini yerinə yetirə bilərlərmi?
Qadınlar həmin adi paltarlarla ehram bağlaya bilərlər və ehram parçalarını bağlamaq lazım (vacib) deyil.
Digər vəqf olunan əmlakları tapmaq üçün vəqflərdən istifadə
Ölkə səviyyəsində saysız-hesabsız vəqf olunmuş əmlaklar vardır ki, ya tanınmaz qalmaqdadır, ya da dağılıb aradan getmişdir. Sözü gedən bu vəqf əmlaklarının hər iki qismi tapılıb abad edilərsə, İslam ölkəsi üçün çox böyük gəlirlər yarada bilər. Bu halda mövcud olan vəqf əmlaklarının gəlirlərindən istifadə üsulunda cüzi dəyişikliklər etməklə sözü gedən (tanınmamış qalan) vəqf əmlaklarını tapmaq istiqamətində, tədbir görmək olarmı?
Ümumi xərclər üçün olan vəqflərdən istifadə etmək olar.
Məmurlar tərəfindən məcburi iqrar alınması
Polis və təhlükəsizlik məmurlarının yanında icbarla iqrar etmək, cinayəti sübuta yetirmək yollarındandırmı? Yoxsa bu, şəriət hakiminin hüzurunda və müqəddəs İslamın təyin etdiyi şərtlərə, qayda-qanunlara riayət etməklə baş verməlidir?
Şəriət hakiminin hüzurunda İslamın təyin etdiyi şərtlər və qayda-qanunlara riayət etməklə baş verməlidir.
Heykəltəraşlığın hökmü
İnsan və ya heyvan bədəninin yarımçıq və ya tamam heykəlini düzəltməyin hökmü nədir? Onların rəsmini çəkmək necə?
Heykəltəraşlığın işkalı var, rəssamlıq isə caizdir.
Xəstələr üçün ehram libasının nəcis olması
Mənim onurğa beynim kəsildiyinə və sidiyi saxlaya bilmədiyimə görə və ... bədən və ehram paltarımı pak saxlaya bilmirəm. Vəzifəm nədir?
Nə qədər ki, bacarırsınız qoruyun və məşəqqətə səbəb olan qədərin eybi yoxdur.
Naməhrəmin bədəninə qəsdən toxunmaq
Bir şəxs təvaf halında qadın bədəni ilə təmasda olmağın (ona toxunmağın) haramlığını bilə-bilə, şəhvət üzündən bir qadının bədəninə toxunsa və bu təmasdan ləzzət alsa, təvafında işkal yaranırmı? Onun vəzifəsi nədir? (Bu məsələdə) Müstəhəb təvafla vacib təvafın fərqi varmı?
Təvafa xələl gətirmir. Əgər paltarın üstündən toxunsa kəffarəsi yoxdur. Lakin günah etməsi qətidir.
Təvafı təharətsiz (qüsl, dəstəmaz) halda yerinə yetirmək
Bir kəs təməttö ümrəsində və ya müfrədə ümrədə təqsirdən sonra ehramdan çıxmışdır. İkinci ehramdan bir neçə gün qabaq başa düşmüşdür ki, təvaf və namazında təharəti olmamışdır. Bu halda yenidən ehram paltarı geyinməlidir, yoxsa təvaf və onun namazını adi paltarla təkrarən yerinə yetirməsi caizdir?
Ehram paltarı geyinmək vacib deyil. Ehtiyat budur ki, səy və təqsiri də yenidən yerinə yetirsin.
Müştərək vəqf və mülkün hökmü
Əgər xalça və bu kimi şeylər müxtəlif şəxslərin müştərək pulları ilə alınarsa, onların bəzilərinin niyyəti vəqf, bəzilərinin niyyəti isə mülkiyyətə keçirməkdirsə, belə hallarda sözü gedən əşyalar vəqf sayılır, yoxsa xeyr?
Hər birinin öz hökmü var. Onları ayırmaq mümkün deyilsə, təbii olaraq onlarla vəqf kimi rəftar etmək lazımdır.
Vəfatdan sonra üçün vəqf etmək
Bir şəxs əmlakının bir hissəsini İmam Hüseynə (əleyhis-səlam) vəqf etmək istəyir və şərt edir ki, nə qədər ki, bu həyatdadır, o əmlakın gəliri özünə çatsın və vəfatından sonra İmam Hüseynin (əleyhis-səlam) olsun. Belə bir vəqf şəri baxımdan səhihdirmi?
Səhihdir, inşallah.
Gecələr cəmərat rəmyinə qadir olan şəxs
Onuncu, on birinci və on ikinci gün cəmərat rəmyinə qadir olmayan qadın, gecələr cəmərəni rəmy edə və ya on üçüncü gün hər üç günü qəzasını yerinə yetirə bilirsə, o, başqa şəxsin tərəfindən naib ola bilərmi? Əgər bu mümkündürsə, sözü gedən hər üç şəkil eynidir, yoxsa fərqləri var?
Onun naib olması səhihdir və gecələr gündüzün əvəzinə rəmy etməlidir.
Qadınlar üçün bəzəkli libasla ehram bağlamaq
Qadınlar üçün ehram halında bəzi hissələri tor və ya güllərlə bəzədilmiş zinət paltarı geymək caizdirmi? Məqnə paltardan sayılırmı?
Ehtiyat onu tərk etməkdədir. Məqnə də paltarın hissəsi sayılır.

